Azərbaycan, I Avropa Oyunları Təşkilat Komitəsi və Oyunların hazırlığına aidiyyəti olan hər kəs sözünün üstündə durdu. Trend-in məlumatına əsasən, bunu mətbuat konfransında Avropa Olimpiya Komitəsinin (AOK) Əlaqələndirmə Komissiyasının sədri Spiros Kapralos deyib.
S.Kapralos bildirib ki, AOK yarışların ilk gününün nəticələrindən çox razıdır: "Tamaşaçılarla dolu böyük meydanlarda ən yüksək səviyyəli idman nümayiş etdirilir”.