Bu kanalın dünyanın bir çox ölkələrində yayımlandığını və kifayət qədər reytinqinin olduğunu xatırladan F.Ağamalı bildirib ki, Azərbaycanın "Euronews” kanalı ilə ayrı-ayrı sahələrdə əməkdaşlığı mövcuddur. Lakin son dərəcə möhtəşəm xarakter daşıyan, Avropa Olimpiya Hərəkatına böyük töhfələr verən, özünün möhtəşəmliyinə, kompozisiya zənginliyinə, fərqli, orijinal təqdimatına görə xüsusi fərqlənən I Avropa Oyunlarının açılış mərasimindən bu kanalın məlumat verməməsi çox təəccüblü sayıla bilər.