"Bu, Avropa Oyunları tarixində ən fərəhləndirici məqamdır. Biz bu gün qitə oyunlarında çatışmayan beşinci halqanı əlavə edirik”. Trend-in məlumatına görə, bunu Bakı-2015 ilk Avropa Oyunlarının rəsmi açılış mərasimində çıxış edən Avropa Oyunları Komitəsinin prezidenti Patrik Hikki deyib.
P.Hikki bütün bunlara görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və xanımı Mehriban Əliyevaya təşəkkür etdiyini bildirib: