"Azərbaycana, Birinci Avropa Oyunlarına xoş gəlmisiniz. Oyunların açılış mərasimi ilə bağlı Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm”. APA-nın məlumatına görə, bu sözləri "Bakı-2015” I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva oyunların rəsmi açılış mərasimində çıxışında deyib.
Mehriban Əliyeva bildirib ki, Azərbaycanın müstəqillik illərində əldə etdiyi uğurlar nəticəsində bu gün Avropa Oyunlarının tarixində yeni səhifə yazılır: "Bu səhifəni biz, Azərbaycan xalqı yazır. Qoy Tanrı hər zaman Azərbaycanı qorusun. Azərbaycan fəxr edir ki, ilk Avropa Oyunları Bakıda keçirilir. Atəşgahda alovlanan ruh hər birimizi bir araya gətirir. Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkiyə bu oyunların Azərbaycanda keçirilməsinə verdiyi dəstəyə görə təşəkkür edirəm”.