Bakıda ilk Avropa Oyunlarının rəsmi açılış mərasimi keçirilib. Trend-in məlumatına görə, açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, ölkənin birinci xanımı, Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, müxtəlif dövlətlərin prezidentləri və baş nazirləri daxil olmaqla rəsmi nümayəndələr iştirak ediblər.