Rusiya 2019-cu ildə II Avropa Oyunlarının keçirilməsi məsələsini nəzərdən keçirmir. Bu barədə Trend-ə Rusiyanın idman naziri Vitali Mutko deyib. O bildirib ki, buna səbəb 2021-ci ilədək təqvimlərinin sıx və gərgin olmasıdır: "Bildiyiniz kimi, Konfederasiyalar kuboku və futbol üzrə dünya çempionatına ciddi hazırlıq gedir, buna görə hələlik II Avropa Oyunlarının keçirilməsi məsələsinə baxmırıq”.