şənbə günü, 28 noyabr 2026
     

“Amnesty International”: Şərhsiz, yalnız faktlar...

Image


Avropa Oyunları kimi qitə miqyaslı yarışlar ərəfəsində Azərbaycana qarşı qarayaxma kampaniyasını yürüdən "Amnesty İnternational” ikili standartlar institutu olduğunu öz fəaliyyəti ilə daim isbatlayıb. İnsan haqlarının müdafiəsi pərdəsi altında gizlənən təşkilat hər zaman insan haqlarından siyasi təzyiq aləti kimi istifadə edib.

Bu, "Amnesty İnternational”ın insan haqlarının deyil, kapitalın, sərmayənin, transmilli korporasiyaların və fövqəldövlətlərin maraqlarını müdafiə etdiyini göstərir. Təşkilatın fəaliyyətini bir də faktların gözü ilə izləmək bu fikirləri bir daha isbatlamış olur.

Birinci fakt. Vicdan azadlığından məhrum olan insanların azad edilməsini qarşısına əsas hədəf qoyan "Amnesty İnternational”ın soyuq müharibənin başa çatması, Sovet İttifaqı və aparteid rejimlərinin iflasından sonra heç vaxt nüfuzlu olmayan rolu daha da azalıb. Hal-hazırda özünü universal insan hüquqları bəyannaməsində nəzərdə tutulan bütün müddəaların müdafiəçisi kimi təqdim edən "Amnesty İnternational” real iş görmək əvəzinə bəlli olmayan meyarlar və prinsiplər üzrə bəzi ölkələr və regionları prioritetləşdirir və diqqəti onlara yönəltməklə özünün hələ də lazımlı və faydalı təşkilat olduğunu sübut etməyə çalışır. "Amnesty İnternational”ın sifarişli siyasət aparması nəticəsində Soyuq müharibə dövrü ilə müqayisədə onun üzvləri və donor mənbələrinin sayı əsaslı dərəcədə azalıb. Əsas tənqid məqamlarından biri "Amnesty İnternational”ın öz fəaliyyətində Qərb dövlətlərindəki vəziyyətə toxunmamasıdır.

İkinci fakt. "Amnesty İnternational” korporasiya və ya hökumət orqanı kimi kifayət dərəcədə bürokratik təşkilatdır. Tam mərkəzləşdirilmiş struktura malik olan "Amnesty İnternational”ın idarəçiliyi sovet inzibati amirlik sistemi ilə müqayisə edilir.

Üçüncü fakt. "Amnesty İnternational” özünü üzvlük prinsipinə əsaslanan təşkilat kimi təqdim etməyə çalışır. "Amnesty İnternational” iddia edir ki, onun sıralarında 3 milyon dəstəkləyici, üzv və fəal birləşir. Amma həqiqətdə bu, tamamilə başqa cürdür, həqiqətə zərrə qədər uyğun deyil. "Amnesty İnternational” ABŞ bürosu elektron poçt paylaşımına abunə olan, "Facebook” səhifəsini bəyənən hər bir şəxsi üzv kimi təqdim edir. Bu vasitəsilə "Amnesty İnternational” beynəlxalq ictimai rəyi adlandıraraq, özünü qlobal kütləvi təşkilat kimi təqdim etmək siyasətini yürüdür.

Dördüncü fakt. Əsas hədəf kimi vicdan azadlığından məhrum olan insanların azad edilməsini qarşıya qoyan "Amnesty İnternational” vaxtilə Nelson Mandelaya onun adından kampaniya aparmağa qadağa qoymuşdu.

Beşinci fakt. Beynəlxalq təzyiqlərdən sonra "Amnesty İnternational” 2013-cu ildə etiraf etməli oldu ki, "Al-Qaida”nı maliyyələşdirməkdə ittiham olunan İsveçrə mənşəli qeyri-hökumət təşkilatı ilə əməkdaşlıq edib. ABŞ maliyyə departamentinin araşdırmaları zamanı məlum olub ki, "Amnesty İnternational” ilə dolayısı əməkdaşlıq edən Qatar mənşəli Əbdül Bin Umayir Suriya, İraq, Somali və Yəməndə "Al-Qaida” strukturlarının maliyyələşdirilməsində iştirak edib.

Altıncı fakt. 2011-ci ilin fevralında Böyük Britaniya qəzetləri tərəfindən "Amnesty İnternational”ın əməkdaşı İren Xanın maaşı 132.00 funt sterlinq olduğu halda, ona 533.103 min funt-sterlinq məbləğində ödəniş verildiyi müəyyən edilib. 2009-cu ildə istefa verən sabiq baş katibin müavini Keyt Gilmora isə əlavə ödəniş formasında 320.000 funt sterlinq verilib. Bu ifşadan sonra bəyanat verən "Amnesty İnternational” bu halın unikal olduğunu bildirib, lakin özünə bəraət qazandıra biləcək heç bir dəlil təqdim etməyib.

Yeddinci fakt. Beynəlxalq hüquq üzrə İllionoys Universitetinin professoru və uzun müddət "Amnesty İnternational”ın ABŞ bürosunun İdarə Heyətinin üzvü olan Francis Böyle iddia edir ki, "Amnesty İnternational” ABŞ və Böyük Britaniyanın xarici siyasət maraqlarına uyğun fəaliyyət göstərir. Yəni ABŞ və Böyük Britaniya tərəfindən hansı ölkəyə qarşı kampaniya aparmaq lazım gələn zaman, "Amnesty İnternational” aləti işə salınır. Onun sözlərinə görə, "Amnesty İnternational”ın büdcəsinin 20 faizindən artığı müxtəlif kanallar vasitəsilə ABŞ tərəfindən ödənilir. Böyük Britaniyanın da ödəmələrdə payının çox olması barəsində məlumatlar var.

Səkkizinci fakt. Bu faktı da Frensis Böylenin dilində dinləyək. O əlavə edir ki, insan hüquqlarının müdafiəsindən çox "Amnesty İnternational” öz mövcudluğunu saxlamaq və lazımlı olduğunu sübut etməklə məşğuldur: "Amnesty İnternational”ın qayəsi insan hüquqlarını müdafiə deyil, özünüreklamdır. İkinci əsas qayəsi pul, üçüncü qayəsi isə daha çox üzv əldə etməkdir...”

Doqquzuncu fakt. 1991-ci ildə Körfəz müharibəsi baş verən zaman ABŞ-ın xarici və hərbi siyasətini dəstəkləyən alət kimi "Amnesty İnternational” yalan bəyanatla çıxış edərək iddia etmişdi ki, guya iraqlı əsgərlər tibbi müayinə və dəstək altında olan mülki şəxsləri, o cümlədən yeni doğulan uşaqları bundan məhrum etməklə onların ölümünə səbəb olublar. ABŞ prezidenti Corc Buş televiziyada əsas xəbər vaxtı "Amnesty İnternational”ın bəyanatından müharibəyə başlamaq üçün əsas kimi istifadə etmişdi. Sonradan bu faktın saxta olduğu meydana çıxmışdı.

Onuncu fakt. 2011-ci ilin sentyabrında "Amnesty İnternational”ın məlumatına görə, guya Əsəd rejiminə qarşı çıxan Zeynəb Əl-Hüsninin cəsədi Suriya Silahlı Qüvvələri tərəfindən təhqirə və işgəncələrə məruz qalıb. Amma sonradan televiziya ekranlarına çıxan Zeynəb əl-Hüsni ümumiyyətlə onun ölümü haqqında xəbərlərin yalan olduğunu demişdi.

On birinci fakt. "Amnesty İnternational” insan hüquqlarının müdafiəsi roluna iddia etsə də, xüsusən Avropa ölkələrində özünü qabarıq şəkildə büruzə verən antisemitizm hallarını lazımınca araşdırmayıb. İsrail dövləti real faktlar əsasında "Amnesty İnternational”ın antiseminist siyasət apardığı bəyan edib. 2010-cu ildə "Amnesty İnternational”ın Finlandiya bürosunun rəhbəri Frank Johansson İsraili təhqiramiz formada əldəqayırma dövlət adlandırıb. Təşkilat bu şəxsin işlətdiyi ifadəyə görə nəinki üzrə istəməyib, əksinə onu müdafiə edib.

On ikinci fakt. Əsasən ABŞ və Böyük Britaniya hökumətləri tərəfindən maliyyələşən "Amnesty İnternational”ın maliyyə mənbəyi tamamilə qeyri-şəffafdır. Təşkilat fərdi ianələrlə yanaşı, transmilli korporasiyalardan da ianələr qəbul edir. Nəticə etibarilə, dövlətlərə təsir etmək və onların təbii sərvətlərinə çıxış əldə etmək üçün "Amnesty İnternational” transmilli şirkətlər tərəfindən konkret ölkələrə qarşı məqsədyönlü şəkildə istifadə olunur.

Bu faktların yalnız biri belə "Amnesty İnternational”ın gerçək simasını üzə çıxarmağa kifayət edir. Sadalanan faktlar göstərir ki, "Amnesty İnternational” hüquqları müdafiə edən qurum deyil, insan haqları ilə alver edən, bu hüquqları transmilli korporasiyaların maraqları üçün interpretasiya edən bir institutdur. İnsan haqlarını siyasi alətə çevirən "Amnesty İnternational” özü dünyaya hökm etmək niyyətində olan dövlətlərin, korporasiyaların əlində bir alətə çevrilib. Bu təşkilatın hər hansı ölkəyə qarşı fəaliyyəti yaxın və orta perspektivdə iqtisadi maraqları təmin etməyə hesablanır. Qeyd olunan faktlar "Amnesty İnternational”ın gerçək portretini cızmağa imkan verən ştrixlərdir. Bu ştrixlər birlikdə təşkilat barədə əsl həqiqəti ortaya qoymağa imkan verir. Gerçək "Amnesty İnternational” budur!

APA Analitik Mərkəzi




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər - FOTO

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ