Ukrayna səfirliyi Bakıda rusiyalı və ukraynalı idmançılar arasında davanın baş verməsi ilə bağlı bir sıra mətbuat orqanlarında çıxan xəbərləri təkzib edib. Məlumatda bildirilir ki, səfirlik tərəfindən məsələ araşdırılıb, Bakıda və Olimpiya kəndində rusiyalı və ukraynalı idmançılar arasında davanın baş verməsi ilə bağlı məlumatlar həqiqəti əks etdirmir.