şənbə günü, 28 noyabr 2026
     

“Azəryolservis” I Avropa Oyunları ilə əlaqədar yollarda görülmüş işlər barədə hesabat verdi

Image


Nəqliyyat Nazirliyi "Azəryolservis” ASC I Avropa Oyunları zamanı müəyyən edilmiş marşrut üzrə əsas yol şəbəkəsinin yaxşılaşdırılması istiqamətində görülmüş işlər barədə hesabat verib.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibliyindən Trend-ə verilən məlumata görə, son illər Azərbaycanda nəqliyyat infrastrukturunun müasirləşdirilməsi istiqamətində çox mühüm tədbirlər reallaşdırılır. Onların arasında paytaxtda və regionlarda inşa olunan çoxsaylı yol ötürücüləri, körpülər, tunellər, yeraltı və yerüstü piyada keçidlərini göstərmək olar. Mühüm məqam isə ondan ibarətdir ki, "Azəryolservis” ASC tərəfindən I Avropa Oyunlarında müəyyən edilmiş marşrut üzrə əsas yol şəbəkəsinin yaxşılaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirilib, "Azərbaycanda avtomobil yolları şəbəkəsinin yeniləşməsinə və inkişafına dair 2006-2015-ci illər üzrə Dövlət Proqramı”na uyğun olaraq xeyli iş görülüb. Bütün bu işlər Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı ilə Nəqliyyat Nazirliyinin hazırladığı "Tədbirlər Planı”na əsasən həyata keçirilib.


Bakı Olimpiya Stadionu

Nəqliyyat Nazirliyi "Azəryolservis” ASC tərəfindən ilk Avropa Oyunlarının açılış və bağlanış mərasimlərinin keçiriləcəyi Bakı Olimpiya Stadionu ətrafında ümumi uzunluğu 14,781 kilometr 4-6 zolaqlı yeni yollar salınıb. Bura H.Əliyev küçəsinin sonundan H.Əliyev və Z.Bünyadov prospektlərinə paralel, "Böyük şor yol qovşağı”nadək olması planlaşdırılan yeni yol da daxildir. Yeni avtomobil yolunun inşasının birinci hissəsi layihəyə uyğun olaraq tam başa çatdırılıb. Çəkilən yolun ümumi uzunluğu 1 kilometrdir, hərəkət hissəsi 2-6 zolaqlıdır.

Prezident İlham Əliyev mayın 19-da Bakı Olimpiya Stadionu ətrafında inşa olunan yol-nəqliyyat infrastrukturunun açılışında iştirak edib.

Atletlər və Media kəndlərindən Bakı Olimpiya stadionuna birbaşa çıxışı təmin etmək üçün Z.Bünyadov prospektinin alt hissəsindən keçməklə 2 avtomobil tuneli inşa edilib. Birinci tunelin uzunluğu 294 metr, ikincinin uzunluğu isə 509 metrdir. Birinci tunelin davamı olaraq birinin uzunluğu 205 metr, digərinin uzunluğu isə 167 metr olan və 5 aşırımdan ibarət 2 avtomobil körpüsü inşa edilib.

Avtomobillər üçün nəzərdə tutulan tunel və körpülərə paralel olaraq ərazidə uzunluğu 900 metrə, eni isə 30 metr olan piyada yolu inşa edilib. Yol üzərində 85 metr uzunluğunda piyada tuneli və 115 metr uzunluğunda kompleksə daxil olan üçüncü körpü tikilib. Yarışları izləmək üçün gələn tamaşaçılar bu piyada yolu ilə birbaşa Bakı Olimpiya Stadionuna rahat hərəkət edəcəklər.

Nəqliyyat vasitələrinin Bakı Olimpiya Stadionuna rahat və maneəsiz hərəkətini təmin etmək məqsədilə "Sabunçu yol qovşağı”ndan geriyə, Bakı Olimpiya stadionuna yeni yol hissəsi salınıb. Bundan başqa, Bakı Olimpiya Stadionunda 3 min 100 yerlik avtomobil parkı, "Media Kəndi”ndə nəqliyyat terminalı, "Atletlər Kəndi”nin yaxınlığında avtobus meydançası, o cümlədən Avropa Oyunları parkı inşa edilib.


Milli Gimnastika arenası

Bakı Avropa Oyunları zamanı yarışların keçiriləcəyi daha bir məkan Milli Gimnastika arenasıdır. Nəqliyyat Nazirliyi "Azəryolservis” ASC tərəfindən Milli Gimnastika arenasına giriş və çıxış yollar hazır vəziyyətə gətirilib.


Heydər Əliyev prospekti

Fəxri qonaqların, idmançıların və tamaşaçıların qarşılanması üçün ən çox istifadə ediləcək H.Əliyev prospektinin Heydər Əliyev Mərkəzindən "Böyükşor yol qovşağı”nadək olan 6.4 km hissəsi əsaslı təmir edilib, 307.2 min m2 sahəyə asfalt-beton döşənib. Ayrıcı zolaqlarda və yol kənarlarında səki daşları dəyişdirilib, zolaqlarda və səkilərdə 11 min m2 sahəyə bəzək daşları düzülüb. Prospektdə zəruri olan ərazilərdə səth sularının normal kənarlaşdırılması üçün yağış kanalizasiya sistemi qurulub, yeni yağış barmaqlıqları yerləşdirilib, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq üst qapaqları dəyişdirilib, yolun kənarında yaşıllıq zonası salınıb.

Prospektdə yerləşən "Bağırov körpüsü” və tunellərdə yeni işıqlandırma sistemləri qurulub, yerüstü piyada keçidinin üzlüyü tam olaraq yenilənib, piyadaların rahat şəkildə hərəkəti üçün eskalatorların istiqaməti dəyişdirilib.

Beynəlxalq Yayım Mərkəzi kimi istifadə olunacaq "Bakı Ekspo" Mərkəzinə H.Əliyev prospekti boyunca, "Böyük şor yol qovşağı”ndan gedən yol və mərkəzə giriş-çıxış yolları da tam hazır vəziyyətə gətirilib.


Ziya Bünyadov prospekti

İdman obyektlərini əlaqələndirən əsas marşrut kimi müəyyən edilmiş Z.Bünyadov prospektinin yenidən qurulması işlərinə 2011-ci ilin yanvar ayında başlanılıb. Yolun ümumi uzunluğu 9.2 km-dir. Prospekt boyunca 5 müxtəlif səviyyəli yol qovşağı, 4 yerüstü, 2 yeraltı piyada keçidi və hər bir istiqamət üzrə 5 olmaqla 10 cərgəli avtomobil yolundan ibarətdir. Bu da nəqliyyat vasitələrinin Z.Bünyadov prospekti boyunca "Böyük şor yol qovşağı” və "20 Yanvar dairəsi” istiqamətində maneəsiz, sürətli hərəkətini təmin edir.

2014-cü ilin dekabr ayının 23-də Prezident İlham Əliyevin iştirakı ilə Ziya Bünyadov prospektinin açılış mərasimi keçirilib.


"20 Yanvar dairəsi”

I Avropa Oyunlarında müəyyən edilmiş hərəkət marşrutuna əsasən Z.Bünyadov prospektini Moskva prospekti ilə birləşdirən "20 yanvar dairəsi”nin Z.Bünyadov prospektinə birləşən hissəsində və dairənin girişlərində yolun hərəkət hissələri genişləndirilib. Moskva prospektində, "Şamaxinka” adlanan ərazidən keçməklə dairəyə daxil olan yan yolda edilən dəyişiklikdən sonra nəqliyyat vasitələri dairədə gözləmədən hərəkətlərinə davam edə bilirlər. Nəticədə sözügedən ərazilərdə nəqliyyat sıxlığı xeyli azalıb.

Moskva prospekti, "Şamaxinka” ərazisində də nəqliyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkəti üçün avtomobillərin hər iki istiqamətdən geri dönmələri məqsədilə əlavə yol hissələri inşa edilib, ərazidə yolun hərəkət hissəsi genişləndirilib.


Biləcəri enişi

Biləcəri enişindən Stend atıcılığı idman kompleksinə və Bakı Dairəvi-1 avtomobil yoluna nəqliyyat vasitələrinin çıxışını təmin etmək üçün Nəqliyyat Nazirliyi "Azəryolservis” ASC tərəfindən Beynəlxalq Avtovağzala gedən təqribən 400 metrlik giriş yolu və dairə yenidən qurulub. Mövcud 11 metr enində yol genişləndirilərək 22 metrə çatdırılıb, 16 min kvadrat metr əraziyə yeni asfalt-beton örtüyü döşənib. Sözügedən ərazidə yolayrıcıları inşa edilib, işıq dirəkləri quraşdırılıb, yolboyu səki daşları düzülüb, səkilərə bəzək daşları döşənib, abadlıq işləri aparılıb. Beynəlxalq Avtovağzalın qarşısında yerləşən yol ötürücüsünün alt hissəsində də yenidənqurma işləri həyata keçirilib.


Bakı Dairəvi-1 avtomobil yoluna çıxan yeni yol

Nəqliyyat Nazirliyi "Azəryolservis” ASC tərəfindən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun "Avtovağzal dairəsi” adlanan ərazisinin Bakı Dairəvi-1 avtomobil yoluna birləşdirilməsi məqsədilə 1070 metr uzunluğunda yeni yol inşa edilib. İnşasına 2014-cü ilin sentyabr ayında başlanılan, 2015-ci ilin may ayında yekunlaşan yolun ümumi uzunluğu 1070 metrdir. Yolun körpüyə qədər 618.7 metrlik hissəsinin eni 22 metrdir və 4 hərəkət zolağından ibarətdir. 15 aşırımdan ibarət körpünün uzunluğu isə 451.3 metr, eni 13 metrdir. Yol kənarlarında 2.5 metr enində səki salınıb, 1 metr enində ayrıcı zolaqlar qurulub. Ümumilikdə 10 min m2 sahəyə asfalt-beton örtük döşənib.


Stend Atıcılığı idman kompleksi

I Avropa Oyunları zamanı istifadə ediləcək idman arenalarından biri Stend Atıcılığı idman kompleksidir. Bu məqsədlə kompleksə gedən uzunluğu 1354.5 metr, eni isə 21.5 metr olan yeni yol inşa edilib. İnşasına 2014-cü ilin iyun ayında başlanılan yolda təmir-tikinti işləri 2015-ci ilin may ayında bitib.

2015-ci il may ayının 19-da prezident İlham Əliyev Beynəlxalq Avtovağzal ərazisindən Bakı dairəvi-1 avtomobil yolunu birləşdirən körpünün və Stend Atıcılığı Kompleksinə gedən yolun açılışında iştirak edib.


Bakı Dairəvi-1 avtomobil yolu

I Avropa Oyunlarında müəyyən edilmiş marşrutda istifadə edilən əsas yollardan biri də Bakı Dairəvi-1 avtomobil yoludur. Bu məqsədlə uzunluğu 13,7 km olan yolun "Lökbatan dairəsi” - Biləcəri qəsəbəsi istiqamətində 3 hərəkət zolaqlı hissəsinin 181.5 min m2 sahəsi əsaslı təmir edilib.Təmir-tikinti işləri zamanı yol yatağının deformasiyaya uğramış hissələri qazılaraq çıxarılıb, həmin hissələrdə yeni yol yatağı salınıb. Yolda 8 min kubmetr torpaq işləri görülüb, təqribən 240 min kvadratmetr yeni asfalt-beton örtüyü salınıb. Yolda zədələnmiş və əyilmiş əyrixətli tirlər yeniləri ilə əvəzlənib. Bundan başqa yol kənarlarında və ayrıcı zolaqların mümkün hissələrində abadlaşdırma və yaşıllaşdırma işləri həyata keçirilib. Ümumilikdə yolda 6 min ağac əkilib.


Bakı-Ələt yolunun 2-14-cü kilometrlik hissəsi

I Avropa Oyunlarında müəyyən edilmiş marşrutda istifadə edilən əsas istiqamətlərdən biri də Bakı-Ələt yolunun 2-14-cü kilometrlik hissəsidir. Yol üzərində BMX-Velosipedi yarışlarının keçiriləcəyi məkan - Velopark yerləşir. Veloparka gedən yollar, idman obyektinə giriş və çıxış yolları yarışların keçirilməsi üçün hazır vəziyyətə gətirilib.


Bakı Su İdman Sarayı

I Avropa Oyunlarının keçiriləcəyi 18 yarış obyekti arasında yeni tikilənlərdən biri də su idman növləri üzrə yarışların keçiriləcəyi Bakı Su İdman sarayıdır. Saray ətrafında yeni yolların tikintisinə 2013-cü ilin aprel ayında başlanılıb. Burda ümumi uzunluğu 6,63 kilometr uzunluğunda müasir standartlara cavab verən yeni yollar salınıb. Yollar 4-6 zolaqlıdır. Bakı Su idman sarayına gələn nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkəti üçün Bakı-Ələt avtomobil yoluna çıxan yeni yol hissəsi də salınıb. Bundan başqa piyadaların Bakı Su İdman Mərkəzinə təhlükəsiz gedişini təmin etmək məqsədilə yeni piyada keçidi də inşa olunub. Piyada keçidinin uzunluğu 226 metr, eni 8 metr, hündürlüyü isə 4 metrdir.


Oyunlarla bağlı salınmış əlavə yollar

I Avropa Oyunlarının təchizat bazasına gedən yeni yol inşa edilib. Yolun uzunluğu 6 kilometr olmaqla 2 hərəkət zolaqlıdır. Burda 29.7 min m2 sahəyə qalınlığı 25 sm asfalt-beton örtüyü döşənib.

"Məşəl proqramı”na uyğun olaraq, Suraxanı rayonunda yerləşən "Atəşgah” Məbədinə gedən S.Bəhlulzadə və O. Əliyev küçələrinin təmiri aparılıb, uzunluğu 4.9 km olan yolun 40.7 min m2 sahəsinə asfalt-beton döşənib. Bundan başqa Ağdam rayonu ərazisində ümumi sahəsi 51min m2 olan Tərtər-Hindarx yolunun 4,6 km hissəsi, Xocavənd rayonu ərazisində məcburi köçkünlərin qəsəbəsinə gedən sahəsi 37,6 min m2 uzunluğu 5,2 km olan yolun, sahəsi 40,5 min m2 olan Ələt-Astara yolunun 5,4 km hissəsi, Samux rayonu ərazisində sahəsi 6 min kvadrat metr, uzunluğu 4 km olan Qovlarsarı-Qaraarx yolunun orta təmiri, 13,1 min kvadrat metrlik Yuxarı Qarabağ kanalı -Beyləqan-Daşburun yolunun 2,6 km hissəsinin orta təmiri, sahəsi 15,5 min kvadrat metr olan Göyçay rayonu ərazisində Mallı Şıxlı-Ərəb Şahverdili yolunun orta təmiri, və s. bu kimi işlər yerinə yetirilib.


Oyunlara aid yol nişanları və "Oyunların loqosu”

Ümumi uzunluğu 47 kilometr olan əsas marşrut şəbəkəsinin Oyunlara aid yol nişanları və "Oyunların loqosu” əks olunan zolaqlar ilə təmin edilməsi istiqamətində bütün işlər başa çatdırılıb. Yarışların əsas yol şəbəkəsi boyu ümumilikdə 200 km uzunluğunda sarı xətt, 400 ədəd loqotip çəkilib.

Cari ilin fevral-may ayları ərzində, I Avropa Oyularına hazırlıqla bağlı Nəliyyat Nazirliyi "Azəryolservis” ASC-nin tabeliyində olan idarə və müəssisələr tərəfindən ümumilikdə 600 min kvadrat metrdən çox sahəyə asfalt-beton örtüyü döşənib.

Ölkə başçısı cənab İlham Əliyevin göstərişinə əsasən, Nəqliyyat Naziri Ziya Məmmədovun nəzarəti altında "Azəryolservis” ASC tərəfindən I Avropa oyunlarında müəyyən edilmiş marşrut üzrə əsas yol şəbəkəsinin yaxşılaşdırılması istiqamətində kompleks tədbirlər vaxtında və yüksək keyfiyyətlə həyata keçirilərək, yekunlaşdırılıb.

Bir sözlə I Avropa oyunlarında müəyyən edilmiş marşrut üzrə əsas yol şəbəkəsi oyunların keçirilməsi üçün tam hazır vəziyyətə gətirilib.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər - FOTO

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ