şənbə günü, 28 noyabr 2026
     

Bakı 2015-ə qarşı “Rusiya-Ukrayna davası” təxribatı…

Image


Bakı 2015 Avropa Oyunları bir çox innovativ idman növünü özündə cəmləşdirən ilk Avropa oyunlarıdır. Beynəlxalq Olimpiya Təşkilatı tərəfindən də dəstəklənən bu oyunlarda dünyanın 50 ölkəsindən 20 idman növü üzrə 6000-dən çox idmançı yarışacaq.

Bu gündən başlayaraq iyunun 28-ə kimi belə bir mötəbər tədbirə ev sahibliyi edəcək Azərbaycan cəmi iki il yarım ərzində yarışlara ən yüksək səviyyədə hazırlaşıb. Mövcud idman qurğuları ilə yanaşı, ən müasir tələblərə cavab verən Atıcılıq Mərkəzi, Gimnastika Arenası, Su İdman Sarayı, Velopark, Bakı Olimpiya Stadionu kimi idman obyektləri də tikilib istifadəyə verilib. Bütün idman obyektlərində təyinatı üzrə yarışların keçirilməsi üçün lazımi şərait yaradılıb. Ölkəmizə gələcək 6 mindən artıq atletin yerləşdirilməsi, qidalanması, istirahəti üçün də gərəkən tədbirlər alınıb. Paytaxt şəhərin mərkəzi ünvanlarından sayılan Heydər Əliyev Prospektində - Bakı Olimpiya Stadionunun və "Koroğlu” metrostansiyasının yaxınlığında idmançılar üçün ən müasir tələblərə cavab verən atletlər kəndi salınıb. Atletlərin vaxtlı-vaxtında təlim-məşq toplantılarına, yarışlara çatdırılması üçün Fransa istehsalı olan müasir avtobuslar, London taksiləri kimi tanınan minik avtomobilləri onların ixtiyarına verilib.

Bütün bu hazırlıqları Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikki də yüksək qiymətləndirib. O, birinci Avropa Oyunları məşəlinin alovlandırılması mərasimində çıxış edərkən, "Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsi tərəfindən bütün hazırlıqların yüksək peşəkarlıqla vaxtında başa çatdırıldığını bildirib. Qeyd edib ki, belə qısa müddət ərzində görülmüş bu qədər işləri hətta ən çılğın arzularla da təsəvvür etmək mümkün deyil. P.Hikki Oyunlar başlamazdan öncə Azərbaycanın bununla dünya rekorduna imza atdığını bəyan edib. AOK prezidentinin söylədiyi məmnunluq dolu bu ifadələr sonrakı müddətdə ən müxtəlif rəsmi şəxslərin dilindən də səsləndirilib. Hətta Pekin, Soçi, London olimpiadalarının iştirakçısı olan, birinci Avropa Oyunlarında iştirak etmək üçün ölkəmizə gələn dünyaşöhrətli əcnəbi idmançılar da Azərbaycanın yarışlara ən yüksək səviyyədə hazırlaşmasından heyranlıqla danışıblar. Hətta AOK rəsmiləri bildiriblər ki, Bakıda keçirilən birinci Avropa Oyunları onların bütün fəaliyyəti dövründə müşahidə elədikləri yeganə məkandır ki, jurnalistlər burdan heç bir şeylə bağlı şikayət etmmirlər. Hər halda Pekin, Soçi və London olimpiadaları dövründə jurnalistlərin çoxsaylı şikayətləri və narazılıqlarına səbəb olan problemlərin heç biri Azərbaycanda müşahidə olunmayıb.

Ancaq bunlara baxmayaraq, Azərbaycanın reallıqlarını görmək istəməyən bəzi xarici dairələr, onların təsiri altında olan media qurumları, beynəlxalq təşkilatlar, həmçinin "5-ci kolon” funksiyasını yerinə yetirən şəxslər ölkəmizə qarşı təbliğata, qarayaxma kampaniyasına başlayıblar. Deznformasiya xarakterli məlumatları tirajlamaqla Azərbaycanda keçirilən yarışların əhəmiyyətini azaltmağa çalışan belə qurumlar, tənqid edəcək nə isə tapmayanda müxtəlif şüurlu təxribatlara da əl atırlar. Atletlər kəndində idmançıların nədənsə narazılıq etməsinə səbəb olmadığı halda, bəziləri süni "səbəblər” yaradır, sonradan bunu şişirdərək "ciddi problem” kimi beynəlxalq mediaya çıxarırlar. Misal üçün, milli hislərini itirmiş Çingiz Sultansoy adlı birisi "Facebook” sosial şəbəkəsində dünən status yazaraq, Bakıdakı atletlər kəndində guya, Rusiya və Ukrayna idmançıları arasında əlbəyaxa dava baş verdiyini, yalnız mühafizə xidməti əməkdaşlarının müdaxiləsindən sonra tərəfləri sakitləşdirməyin mümkün olduğunu yazıb. Xarici dairələrin təsiri altında olan bu adamın məqsədli şəkildə yazdığı "məlumat” dərhal "Azadlıq” qəzetinin (http://www.azadliq.info/xeberler/358-xeber/68472-bakda-rusiya-v-ukrayna-idmanclar-arasnda-kuetlvi-dava.html), "Amerikanın Səsi”nin (http://www.amerikaninsesi.org/content/avropa_oyunlari/2818793.html) saytlarında, səhərisi gün isə "Azadlıq” qəzetinin səhifəsində yer alıb. Sözügedən "xəbər”ə əlbəyaxa dava edən bir neçə gəncin təsvir olunduğu foto da əlavə olunub və qeyd edilib ki, guya bu şəkil həmin hadisə zamanı çəkilib. Açıq-aşkar təxribat xarakteri daşıyan "xəbər” dərhal bu mənbələrə istinad olunmaqla Qərb mediasında tirajlanmağa başlanıb.

Lakin adıçəkilən media qurumları belə bir təxribatı ictimailəşdirərkən özləri də bilmədən ciddi səhv ediblər. Onlar "xəbər”in mənbəsini dəqiqləşdirmək, bunun nə dərəcədə doğru olub-olmamasını yəqinləşdirmək bir yana, "hadisə”nin guya vizual görüntüsünü təşkil edən şəkilə də əhəmiyyət verməyiblər. Beləki, atletlər kəndində Rusiya və Ukrayna idmançılarının əlbəyaxa dava görüntüsü kimi təqdim edilən, oxucunu aldatmağa hesablanan bu şəkil nəinki Bakıda, ümumiyyətlə Azərbaycanda çəkilməyib. Sözügedən foto məhz 2012-ci ildə Varşavada çəkilib (http://www.smh.com.au/sport/soccer/poland-and-russia-fans-fight-at-euro-2012-20120612-208rv.htmlşthash.E3b9vFNT.dpuf). Həmin vaxt Avropa Çempionatının oyunları keçirilib. Bu zaman narazı Rusiya və Polşa azarkeşləri arasında kütləvi dava baş verib. Azərbaycanda çəkildiyi iddia edilən şəkil də məhz o davada çəkilib və dünya mediasında yayımlanıb. Nədənsə belə incə məqamlar "xəbəri” yayan media qurumlarının "diqqətindən yayınıb”. Bundan başqa, həmin media qurumları Bakıda rusiyalı və ukraynalı idmançılar arasında dava düşməsinə dair "xəbər”in Rusiya nümayəndə heyətinin rəhbəri İqor Kazikov tərəfindən təkzib edilməsinə də əhəmiyyət verməyiblər. İ.Kazakovun belə bir hadisənin əsla baş vermədiyini söyləməsinə rəğmən, onun fikirlərinə hazırladıqları "xəbər”də yer verməyiblər (http://tass.ru/proisshestviya/2037230). Ukrayna yığmasının "şef-de-missionu” Anna Sorokina da belə dava olmadığını bildirib (http://az.apa.az/news/387037). Yayılan məlumatların yanlış olduğunu bildirən A.Sorokina qeyd edib ki, bununla bağlı Ukrayna səfirliyi müvafiq yerlərə iki informasiya notası göndərib: "Yalan məlumatların saytlardan çıxarılması tələb olunub. Lakin onlar həmin xəbərləri saytdan çıxarmaq əvəzinə başqası ilə yeniləyib. Hərçənd, bizim idmançılar heç bir davada iştirak etməyiblər”.

Bütün bunlar bir daha sübut edir ki, yarışlar öncəsi, eləcə də bu günün özündə bəzi xarici və yerli media qurumlarında yayılan dezinformasiyalar Azərbaycan əleyhinə aparılan kampaniyanın tərkib hissəsi, I Avropa Oyunlarının əhəmiyyətini azaltmaq üçün təxribatçı qüvvələrin hər gün üçün bir "səbəb” və "xəbər” axtarışıdır.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər - FOTO

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ