I Avropa Oyunları Təşkilat Komitəsi tənqidlərə və müxtəlif çəkişmələrə fikir verməməlidir.
Trend-in məlumatına əsasən, bunu Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov Azərbaycanda Rusiya Azarkeş Evinin açılış mərasimində jurnalistlərə deyib. O bildirib ki, hər böyük idman tədbirindən əvvəl müxtəlif qüvvələr kiçik, lazımsız və əhəmiyyətsiz detallara fikir verməyə başlayırlar.
Jukov deyib ki, Bakıda keçirilən I Avropa Oyunları bu ilin ən mühüm idman hadisəsidir.