Trend-in məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Slovakiya parlamentinin sədrini Azərbaycan Respublikası Milli Məclisinin və "Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin nümayəndələri qarşılayıblar.
Böyük Britaniya XİN-in dövlət katibi
Böyük Britaniya Xarici İşlər Nazirliyinin parlamentlə əlaqələr üzrə dövlət katibi Tobias Elvud iyunun 12-də birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün Azərbaycana gəlib.
Monako Şahzadəsi
Monako Knyazlığının Şahzadəsi II Albert ilk Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün iyunun 12-də Azərbaycana gəlib.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Şahzadə II Alberti Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin və "Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin nümayəndələri qarşılayıblar.
İsveçrə parlamentində Azərbaycanla dostluq qrupunun rəhbəri
İsveçrə parlamentində Azərbaycanla dostluq qrupunun rəhbəri Filippo Lombardi iyunun 12-də birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək məqsədilə Bakıya gəlib.
Qırğızıstan Baş nazirinin birinci müavini
Qitənin ən böyük və mötəbər idman bayramında - birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün bir çox ölkələrin dövlət və hökumət başçıları, yüksək səviyyəli qonaqlar Azərbaycana gəlməkdə davam edirlər.
İyunun 12-də Qırğız Respublikası Baş nazirinin birinci müavini Tayırbek Sarpaşev ilk Avropa Oyunlarının açılışında iştirak etmək məqsədilə Bakıya gəlib.
Avstriya parlamentinin ikinci prezidenti
"Bakı-2015” ilk Avropa Oyunlarının rəsmi açılış mərasimində Avstriya parlamentinin ikinci prezidenti Karlhaynts Kopf da iştirak edəcək.
İyunun 12-də Karlhaynts Kopf bu məqsədlə Azərbaycana gəlib.
Latviyanın sabiq Prezidenti
İyunun 12-də Latviya Respublikasının sabiq Prezidenti Valdis Zatlers ilk Avropa Oyunlarının rəsmi açılış mərasimində iştirak etmək məqsədilə Bakıya gəlib.