şənbə günü, 28 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Avropa Oyunlarının açılış günü gəlib çatdı
Tarix: 12.06.2015 / 01:52
Bölmə: Baku 2015
Azərbaycan Avropa idman tarixində yeni səhifə açır. Bakı şadlıqdan, sevincdən libas geyinib bu gün. Həsrət və həyəcanla gözlənilən möhtəşəm hadisə artıq tarixə yazılır. Bu gündən bütün dünya Azərbaycan deyəcək, iki həftə -Azərbaycanın, Bakının, Mingəçevirin adı hər gün canlı olaraq səsləndiriləcək. 12 iyun - dünyanın idman tarixində açılan yeni səhifə bu rəqəmlə başlayır.
Bu yalnız quru rəqəm deyil, özündə böyük tarixi yaşantını, əzəmətli, böyük bir xalqın, gənc, lakin qüdrətli bir dövlətin əzmini ifadə edir. Sabaha açılan neçə-neçə pəncərədən tarix yazan dövlətlər sırasında işıqlı Azərbaycan adı da görünəcək. Onda gələcək nəsillər adınla öyünəcək, Azərbaycan!
Həyəcan... Həyəcandan doğan sevinc, bu sevincin artıb Azərbaycan hüdudlarından kənarlara yayılması günlərini yaşayırıq. Nə xoş halımıza.
Bakı-2015 Birinci Avropa Oyunlarına start verilir bu gün. Yerli tamaşaçılarla yanaşı, dünya tamaşaçıları da böyük həyəcanla canlı olaraq Birinci Avropa Oyunlarının təntənəli açılış mərasimini izləyəcək bu axşam. Bu axşam Bakının əhvalı bir başqadır-ovqatı xoşdur. Bildirək ki, iyunun 12-də yerli vaxtla saat 21:00-da başlanacaq mərasim Bakı-2015 Birinci Avropa Oyunlarının rəsmi saytında canlı yayımlanacaq. Bundan başqa, dünyanın nüfuzlu telekanalları, portalları, internet televiziyaları da birbaşa yayımla tamaşaçılara Azərbaycandan, Birinci Avropa Oyunlarının açılış mərasimindən danışacaq. Səsimiz bütün dünyaya qanadlanacaq. Dostlar sevinəcək, açıq, şad könüllə, fəxarət duyğusu ilə təntənəni izləyəcək. Düşmənlərimiz isə... Bu şad gündə onlardan danışmayaq.
Haqqın qələbə simfoniyası...
Rəsmi məlumatlara görə, Bakı-2015-in yerli vaxtla saat 21-də möhtəşəm açılış mərasimində Azərbaycanın milli mədəniyyəti və Bakı şəhərinin müasir Avropadakı əhəmiyyətli yeri təntənəli surətdə qeyd olunacaq. Bədii rəhbəri Dimitris Papaioannounun olduğu mərasimdə 2 mindən çox səhnə iştirakçısı sehirli şou nümayiş etdirəcək.
Məlumata görə, Bakı-2015-in açılış mərasimi unudulmaz tədbir üçün bütün imkanlara sahibdir və buna dünya miqyasında keçirilən canlı yarış mərasimlərinə başçılıq edən dünyanın ən təcrübəli və tanınmış peşəkarlarından biri olan Katerina Uqvu nəzarət edir. O, Mançester şəhər stadionunda keçirilmiş XVII Birləşmiş Krallıq Oyunları üçün bağlanış mərasiminə prodüserlik etdikdən sonra 2006-cı ildə Qətərin Doha şəhərində baş tutmuş 15-ci Asiya Oyunlarının açılış mərasiminə də prodüserlik edib. Katerina 2010-cu ildə Vankuver Qış Olimpiya Oyunlarının açılış, bağlanış və qələbə mərasimlərinin Strateji Mərhələsi üçün əsas prodüser vəzifəsini icra edib. Bakı-2015-ə qədər onun ən böyük layihəsi 2012-ci ildə Londonda keçirilmiş Olimpiya və Paralimpiya Oyunlarının icraçı prodüseri olmasıdır. O, 2012-ci ildə London Olimpiya və Paralimpiya Oyunlarına verdiyi əhəmiyyətli töhfələrə görə 2013-cü ildə "Britaniya İmperiyasının Order Üzvü" adına layiq görülüb.
Bakıda keçiriləcək İlk Avropa Oyunlarının təntənəli açılış mərasimində çoxlu sayda rəsmi qonaq iştirak edəcək.
Rəsmi məlumatlara görə, iyunun 12-də İlk Avropa Oyunlarının açılışında iştirak etmək üçün Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Türkiyə Cumhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfər edəcəyi planlaşdırılır. Eyni zamanda Lüksemburq hersoqu, Monako knyazı, Yunanıstan, Serbiya, Bolqarıstan prezidentləri iyunun 12-də Bakıda olacaq. Səudiyyə Ərəbistanı, Qətər, eləcə də 20-yə yaxın dövlət və hökumət başçısının, 30 Olimpiya Komitəsi rəhbərinin Azərbaycana gələcəyi vurğulanır. O da bildirilir ki, Rusiya Federasiyasının Dövlət Dumasından çoxlu sayda deputat açılış mərasimində iştirak etmək istəyini bildirib. Mərasimdə həmçinin Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax, Avropa Gimnastika İttifaqının prezidenti Жorj Gelzek, AİBA rəhbəri Çinq Kuo Vunun iştirakı gözlənir.
Oyunlar...
Bakı-2015 Birinci Avropa Oyunlarının keçiriləcəyi obyektlər, idman növləri, onların təsnifat qrupu, keçirilmə tarixi haqqında da oxuculara-tamaşaçılara məlumat vermək istəyirik. Tamaşaçıların maraq və həyəcanla izləyəcəyi möhtəşəm Oyunlar, onların keçiriləcəyi məkanlar diqqət mərkəzindədir.
Bakı-2015:Birinci Avropa Oyunlarının rəsmi saytına istinadən bu barədə olan məlumatları sizə təqdim edirik.
Qərb qrupu:
Bakı Atıcılıq Mərkəzi
Bildirək ki, Bakı-2015 Avropa Oyunları üçün yeni inşa olunan atıcılıq obyektidir. Bu obyekt Bakı şəhərinin mərkəzindən şərqdə, avtomobillə 30 dəqiqəlik məsafədə yerləşir.
Atıcılıq yarışları 16 iyundan başlayaraq 7 gün ərzində keçiriləcək. Atıcılıq yarışlarında 19 qızıl medal uğrunda 330 idmançı mübarizə aparacaq.
Atıcılıq Mərkəzi gündəlik ən çox 500 tamaşaçı tutumuna malik olacaq.
Dağ Velosipedi Parkı
Dağ Velosipedi Parkı Bakı Atıcılıq Mərkəzinin cənubundakı təpələrdə yerləşən və Bakı-2015: Avropa Oyunları üçün hazırlanmış müvəqqəti yerdir. Bu obyekt Azərbaycanda Dağ velosipedi yarışlarının keçirilməsi məqsədilə inşa olunan ilk veloparkdır.
Dağ velosipedi idmanı üzrə yarışlar kişi və qadın idmançılar arasında cəmi bir gündə keçiriləcək.
Ümumilikdə, 75-dən çox idmançı 2 qızıl medal uğrunda mübarizə aparacaq. Oyunlar zamanı Dağ Velosipedi Parkının tamaşaçı tutumu 500 nəfər olacaq.
Dağ Velosipedi-BMX Veloparkı
BMX Veloparkı Bakı-2015: Avropa Oyunları üçün tikilən müvəqqəti obyektlərdəndir. Buna baxmayaraq, Oyunlardan sonra qalan miras olaraq da ölkə ictimaiyyətinin istifadəsinə veriləcək. BMX Veloparkına aid yarış zolağı indi mövcud olan Bakı Velopark Kompleksinə bitişikdir və bu trek oyunlardan sonra kompleksə daxil ediləcək. BMX Veloparkı Bayraq Meydanı və Avropa Oyunları Parkının cənubunda, Ramada Oteli və Şıxov çimərliyi ilə üzbəüz yerləşir.
BMX yarışları 26 iyundan başlayaraq 3 gün ərzində davam edəcək. Ümumilikdə, 48 idmançı 2 qızıl medal uğrunda mübarizə aparacaq. Yarış günlərində bu Veloparkın tamaşaçı tutumu ən çox 990 nəfər olacaq.
Mingəçevir...
Azərbaycanın kanoe və kayak qayıqlarında avarçəkmə komandaları üçün təlim-məşq yeri rolunu oynayan "Kür" İdman və Avarçəkmə Mərkəzi milli olimpiya təlim mərkəzidir. Bakı şəhərindən avtomobillə təxminən 4-5 saatlıq məsafədə olan Mingəçevir şəhərində, Kür çayının mənzərəli sahillərində yerləşir. Avarçəkmə məqsədilə tikilmiş bu obyektin ərazisində otelin olması buranı mükəmməl bir yerə çevirir. Nəticədə il ərzində dünyanın müxtəlif yerlərindən idmançılar təlim üçün buranı seçirlər.
Avarçəkmə üzrə yarışlar 14 iyundan başlayaraq 3 gün davam edəcək. Avarçəkmə yarışlarında ümumilikdə 350 idmançı 15 medal dəsti uğrunda mübarizə aparacaq.
"Kür" İdman və Avarçəkmə Mərkəzinin tamaşaçı tutumu 274, ayaqüstə izləmək üçün isə əlavə olaraq 1000 nəfərlik yer var. Qeyd edək ki, avarçəkməyə marağı olanlar üçün bu oyunu izləmək böyük zövq verəcək.
Bilgəh çimərliyi
Bilgəh çimərliyi idman obyekti Bakıdan avtomobillə 30 dəqiqəlik məsafədə, Amburan Çimərlik Klubunun şimalında, Zaqulba şosesinin yaxınlığında yerləşir. Avropa Oyunları zamanı burada triatlon və şose velosipedi üzrə zamana görə yarış keçiriləcək.
Triatlon yarışları 13-14 iyun tarixlərində, şose velosipedi idmanı üzrə zamana görə yarışlar isə 18 iyun tarixində keçiriləcək.
Triatlon faktları: üzmə: 1500 m, velosiped sürmə: 40 km, qaçış: 10 km
Zamana görə yarışlar: velosiped sürmə: 51.6 km kişilər və 25.8 km qadınlar üçün.
Qeyd edək ki, veloseped idmanı ilə maraqlananlar bu yarışı izləyə bilər.
Bayraq Meydanı qrupu
Bakı Su İdmanı Mərkəzi
Bakı Su İdmanı Mərkəzi Azərbaycan üçün simvolik idman arenasıdır. Bu kompleks Oyunlar zamanı su idmanı növlərinin üç növü - üzgüçülük, suya tullanma və sinxron üzgüçülük üzrə yarışlara ev sahibliyi edəcək.
Su idmanı növləri üzrə yarışlar 14 gün davam edəcək.
Bakı Su İdmanı Mərkəzində 800-dən çox idmançının yarışacağı gözlənir. Oyunlar zamanı bu kompleksdə eyni anda 2003 tamaşaçı yarışları izləyə biləcək.
Bu üzgüçülük idmanı azarkeşləri üçün gözəl fürsətdir.
Sinxron üzgüçülük, suya tullanma idmanına maraq göstərənlər bu oyunları izləyə bilər.
Voterpol Arenası
Voterpol Arenası Avropa Oyunları Parkının tərkibində təşkil olunan müvəqqəti obyektdir.
Bu obyektdə yarışlar 10 gün ərzində keçiriləcək. Yarışlarda 364 idmançı mübarizə aparacaq. Voterpol Arenası yarış zamanı eyni anda 1282 tamaşaçı tutumuna malik olacaq. Hovuz 1 və Hovuz 2, hər ikisi (35m x 22m x 2m) və əlavə məşq üçün hovuzu da (50m x 25m x 2m) idmançılar üçün hazırdır.
Su polosu tamaşaçıların maraqla izləyəcəyi idman növüdür.
Basketbol Arenası
Müvəqqəti olaraq inşa edilmiş Basketbol Arenasında 3-3-ə basketbol yarışı keçiriləcək. Bu cazibədar idman növü Avropa Oyunları Parkının tərkibində olan ümumi ərazidə yerləşən yarış meydançasında keçiriləcək. Bu kompleks parkın şərq hissəsində yerləşir.
Bu obyektdə keçiriləcək yarışlar 4 gün davam edəcək.
Yarışlarda 128 idmançı mübarizə aparacaq.
Basketbol Arenası oyunlar zamanı təqribən 1843 tamaşaçı tutumuna malik olacaq.
Çimərlik Arenası
Çimərlik Arenası Avropa Oyunları Parkının bir hissəsi olaraq inşa edilmiş müvəqqəti obyektdir. Burada çimərlik voleybolu və çimərlik futbolu üzrə yarışlar keçiriləcək.
Çimərlik voleybolu üzrə yarışlar 6 gün, çimərlik futbolu üzrə yarışlar isə 5 gün davam edəcək.
Hər iki idman yarışlarında əsas meydana bitişik kortlardan istifadə ediləcək.
Əsas Çimərlik Arenası oyunlar zamanı eyni anda 1506 tamaşaçı tutumuna malik olacaq.
Çimərlik voleybolu üçün 128, çimərlik futbolu üçünsə 96 idmançının Bakıya gələcəyi gözlənir.
Çimərlik futbolunu və çimərlik voleybolunu sevənlər izləyə bilər.
Bakı Kristal Zalı 1
Kristal Zal Xəzər dənizində yarımadanın Bakı körfəzindəki çıxıntısının üzərində olan simvolik Bayraq Meydanı ərazisində yerləşir. Bu nizamlana bilən və çoxməqsədli məkan 2012-ci ildə keçirilmiş "Avroviziya" Mahnı Müsabiqəsi zamanı açılmışdı və bu kompleks o vaxtdan bəri müxtəlif əyləncə, biznes və idman tədbirlərinə ev sahibliyi edib.
Bakı Kristal Zalı 3 hissəyə bölünüb və 5 idman növünə ev sahibliyi edir - voleybol, boks, karate, taekvondo və qılıncoynatma.
Bakı Kristal Zalı 1-ə aid faktlar
13 iyundan başlayaraq 16 günlük voleybol yarışlarının keçiriləcəyi zalın tamaşaçı tutumu 3796 nəfərdir. Burada
336 idmançı iştirak edəcək. Tamaşaçılar voleybol, karate, taekvondo, qılıncoynatma, boks yarışlarını izləyə biləcək.
Bakı Kristal Zalı 2
Bakı Kristal Zalı Xəzər dənizində yarımadanın Bakı körfəzindəki çıxıntısının üzərində olan simvolik Bayraq Meydanı Obyektlər Qrupu ərazisində yerləşir. Bu nizamlana bilən və çoxməqsədli sahə 2012-ci ildə keçirilmiş "Avroviziya" Mahnı Müsabiqəsi zamanı açılmışdı və bu kompleks o vaxtdan bəri müxtəlif əyləncə, biznes və idman tədbirlərinə ev sahibliyi edib.
Bakı Kristal Zalı 3 hissəyə bölünüb və 5 idman növünə ev sahibliyi edir - voleybol, boks, karate, taekvondo və qılıncoynatma.
Bakı Kristal Zalı 2-yə aid faktlar
16 iyundan başlayaraq 12 gün boks yarışlarının keçiriləcəyi zal 2000 tamaşaçı tutur. Burada 330 idmançı iştirak edəcək.
Tamaşaçılar voleybol, karate, taekvondo, qılıncoynatma, boks turnirlərini izləyə biləcək.
Bakı Kristal Zalı 3-ə aid faktlar
13-14 iyun tarixlərində - 2 günlük karate yarışları
16-19 iyun tarixlərində - 4 günlük taekvondo yarışları
23-27 iyun tarixlərində - 5 günlük qılıncoynatma yarışları.
Karate və taekvondo üçün tamaşaçı tutumu 1495, qılıncoynatma üçün isə 1012-dir.
96 idmançı karate yarışlarında;
128 idmançı taekvondo yarışlarında;
216 idmançı isə qılıncoynatma yarışlarında iştirak edəcək.
Voleybol, karate, taekvondo, qılıncoynatma, boks yarışları tamaşaçıların zövqünü oxşayacaq.
Şəhər Qrupu
Heydər Əliyev adına İdman Arenası
Heydər Əliyev adına İdman Arenası Şəhər Obyektlər Qrupuna daxildir və Tbilisi prospektində yerləşir. Bu obyekt Azərbaycanın ümummilli liderinin adını daşıyır.
Heydər Əliyev adına İdman Arenası 2015-ci ildə təmir edilib. Bu obyekt 1990-cı ildə istifadəyə verilib və bu tarixdən etibarən müxtəlif idman növləri üzrə 30-dan çox beynəlxalq yarışa ev sahibliyi edib.
Oyunlar zamanı Heydər Əliyev adına İdman Arenasının tamaşaçı tutumu 4 min nəfər olacaq və bu obyektdə cüdo, sambo və güləş üzrə yarışlar keçiriləcək.
Cüdo üzrə 466, sambo üzrə 77, güləş üzrə isə 480 idmançı mübarizə aparacaq.
Bu arenada 13-18 iyun tarixlərində güləş, 22 iyun tarixində sambo, 25-28 iyun tarixlərində isə cüdo yarışları baş tutacaq. Tamaşçılar cüdo, sambo, güləş yarışlarını izləyə biləcək.
Tofiq Bəhramov adına Respublika Stadionu
Sovet dövründə məşhur olmuş azərbaycanlı futbolçu və futbol hakimi Tofiq Bəhramovun şərəfinə bu stadiona onun adı verilib. O, 1966-cı ildə keçirilmiş FİFA Dünya Kubokunun finalında yan xətt hakimi olub və Qərbi Almaniyaya qarşı İngiltərənin xeyrinə mübahisəli qolu hesaba almaqla məşhurlaşıb.
Tofiq Bəhramov adına Respublika Stadionu 1951-ci ildə tikilib və 2012-ci ildə yenilənib.
Tofiq Bəhramov adına Respublika Stadionunda əvvəllər futbol yarışları və konsert tədbirləri keçirilib.
Oyunlar zamanı Tofiq Bəhramov adına Respublika Stadionunda kamandan oxatma yarışları keçiriləcək və həmin obyektin tamaşaçı tutumu 1200 nəfər olacaq.
Bu obyektdə keçirilən yarışlarda ümumilikdə 128 idmançı (64 kişi və 64 qadın) mübarizə aparacaq.
Tamaşaçılar burada kamandan oxatma yarışlarını izləyəcək.
Azadlıq meydanı
Şose velosipedi idmanı üzrə yarışların keçiriləcəyi yarış məkanı Hökumət Evinin qarşısında olan Azadlıq meydanından başlayır və İçəri Şəhər daxil olmaqla, Bakının mərkəzindən keçərək 13,5 km-lik məsafəni əhatə edir.
Şose velosipedi idmanı üzrə yarışlarda kişilər treki 16 dəfə, qadınlar isə 9 dəfə qət edəcək.
Şose velosipedi idmanı üzrə yarışlar 20-21 iyun tarixlərində keçiriləcək.
Şose kənarında quraşdırılan izləyici məkanlarından savayı, müvəqqəti inşa olunan bu obyekt yarışlar zamanı 500 tamaşaçı tutumuna malik olacaq.
Tamaşaçılar velosiped idmanı - şose yarışlarını izləyəcək.
Bakı İdman Zalı
Bakı İdman Zalı Şəhər Obyektlər Qrupuna daxildir və Dənizkənarı bulvarda yerləşir.
Bakı İdman Zalı Bakı-2015 Avropa Oyunları üçün yenilənmiş bir obyektdir, Oyunlardan sonra Bakıya, Azərbaycana miras qalacaq.
Bu obyektdə əvvəllər voleybol çempionatları keçirilib.
Oyunlar zamanı Bakı İdman Zalı 918 tamaşaçı tutumuna malik olacaq. Burada badminton və stolüstü tennis yarışları keçiriləcək.
126 stolüstü tennis idmançısı və 160 badminton idmançısı bu obyektdə mübarizə aparacaq.
Bakı İdman Zalında 13-19 iyun tarixlərində stolüstü tennis, 22-28 iyun tarixlərində isə badminton yarışları baş tutacaq.
Kənd Qrupu
Olimpiya Stadionu
Olimpiya Stadionu futbol yarışları və atletika görüşlərinə ev sahibliyi etmək üçün nəzərdə tutulan çoxfunksiyalı kompleksdir. Bu obyekt "Atletlər kəndi"nin (AK) şimalında yerləşir və burada atletika yarışları ilə yanaşı, Avropa Oyunlarının açılış və bağlanış mərasimləri də keçiriləcək. Bu stadion 68195 tamaşaçı tutumuna malikdir.
Obyektə aid faktlar
Stadionun tikintisinə 2011-ci ilin iyunun 6-da Prezident İlham Əliyevin, FİFA və UEFA prezidentləri - Yozef Blatter və Michel Platininin təməlatma mərasimində iştirakı ilə başlanıb.
Açılış mərasimində 6 500 atlet və rəsmilərdən, eləcə də 5 mindən çox mərasim iştirakçısından ibarət heyət stadionda təşkil olunacaq səhnədə yer alacaq.
Komandaların atletika yarışları iki gün ərzində 21-22 iyun tarixlərində bu stadionda baş tutacaq.
Tamaşaçılar atletika yarışını izləyəcək.
Milli Gimnastika Arenası
Milli Gimnastika Arenası "Atletlər kəndi"nin cənubunda yerləşir. Obyektin tikintisi 2014-cü ilin fevralında tamamlanıb. 2014-cü ilin aprelində Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə bu arenanın rəsmi açılışı olub. 5 407 nəfərlik bu kompleks 2015-ci ildə Avropa Oyunları zamanı gimnastika yarışlarına ev sahibliyi edəcək. Eləcə də arenanın ərazisində daldalanacaq yer və geniş təlim zalı var.
Azərbaycan Gimnastika Federasiyası burada yerləşir
Kompleks istifadəyə verildikdən sonra burada keçirilmiş ilk tədbir 30-cu Avropa Bədii Gimnastika Çempionatıdır və bu yarış 2014-cü ilin iyununda baş tutub.
Oyunlar zamanı bu obyektdə 447 idmançının yarışacağı gözlənir.
Birinci dəfədir ki, gimnastikanın beş növü üzrə yarışlar keçiriləcək: idman gimnastikası, bədii gimnastika, tramplin, aerobika gimnastikası, akrobatika gimnastikası, idman gimnastikası, bədii gimnastika, aerobika gimnastikası, akrobatika gimnastikası, batut gimnastikası-tamaşaçıların həyəcanla gözlədiyi oyunlardır.
Atletlər Kəndi
Atletlər Kəndi (AK) Bakı şəhərinin şimal-qərb hissəsində, Milli Stadion və Milli Gimnastika Arenasından az aralıda yerləşir. AK atletləri və komanda rəsmilərini təhlükəsiz, rahat, mehriban və stresdən kənar yaşayış mühiti ilə təmin edəcək. "Evdən kənar ev" sayılacaq bu məkan yarışlara və hazırlıqlara diqqəti cəmləyə bilmək və Oyunlardan zövq almaq üçün iştirakçılara yaxşı imkan yaradacaq.
Atletlər və komanda rəsmiləri 8-13 mərtəbəli 13 yeni tikilmiş daimi binalarda qalacaq. Bu binalar 6-8 çarpayılıq mənzillərdən ibarətdir.
3-4 yataq otaqlı 16 növ mənzil var. Yataq otaqları ölçülərinə görə 19,6 kv. metr - 40,6 kv. metr arasında dəyişir.
Hər binanın birinci mərtəbəsində ümumi İstirahət Mərkəzi yerləri olacaq. Bu yerlərdə yumşaq mebellərdə dincəlmə imkanı, Oyunların yayımlandığı televiziyaya və pulsuz internetə çıxış olacaq.
İyunun 12-də saat 21-də Olimpiya Stadionunda açılış mərasimi olacaq, Bakı-2015 Birinci Avropa Oyunları iştirakçıları ardıcıl olaraq hər gün keçiriləcək oyunlarda öz məharətini göstərəcək.
Azərbaycan idmançıları başda olmaqla bütün idmançılara uğurlar arzu edirik. Azərbaycan dövlətinin, Azərbaycan xalqının iradəsi ilə həyata keçən, reallaşan Bakı-2015 Birinci Avropa Oyunları dövlətimiz, xalqımız, sülhə səs verən bütün insanlar, doğmalar dostlar üçün xeyirli, uğurlu olsun! Yeni qələbələrə, yeni zəfərlərə, yeni uğurlara qarşı, Azərbaycan!
İradə SARIYEVA
DİGƏR XƏBƏRLƏR
Tarix: 15.07.2015 / 22:23
I Avropa Oyunları zamanı yol hərəkətinin tənzimlənməsində fəal iştirak edən yol polisləri mükafatlandırıldı
Tarix: 15.07.2015 / 02:36
Bakıda Avropa Oyunları Muzeyinin yeri...
Tarix: 13.07.2015 / 18:51
Daxili Qoşunların I Avropa Oyunları zamanı xidmətə cəlb edilmiş hərbi qulluqçuları mükafatlandırıldı
Tarix: 13.07.2015 / 18:28
Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi I Avropa Oyunlarının uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik etdi
Tarix: 13.07.2015 / 18:12
Bakıda birinci Avropa Oyunlarına həsr edilən parad və konsert keçirilib
Tarix: 10.07.2015 / 19:13
Alina Maxinya: "Bakı, nağıllar aləminə görə çox sağ ol!"
Tarix: 10.07.2015 / 17:59
I Avropa Oyunları ilə əlaqədar Azərbaycana gələn qonaqlarla bağlı rəqəmlər dəqiqləşdirilir
Tarix: 10.07.2015 / 17:50
“Cəmiyyəti populist çıxışlarla aldatmaq mümkün deyil”
Tarix: 10.07.2015 / 03:40
Təxribatçıların Avropa Oyunlarından sonraya aid etdikləri bir proqnoz da boşa çıxdı
Tarix: 09.07.2015 / 18:14
Britaniyanın keçmiş enerji naziri: “I Avropa Oyunları Azərbaycan və Britaniya təcrübəsinin zəfəri oldu”
Tarix: 09.07.2015 / 18:05
Azərbaycan mülki aviasiyası ilk Avropa Oyunları zamanı qonaqlara yüksək səviyyədə xidmət göstərilməsini təmin edib
Tarix: 09.07.2015 / 18:03
Almaniya səfiri: “Bakıda I Avropa Oyunları zamanı xüsusi əhval-ruhiyyə vardı”
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...
Tarix: 26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...
Tarix: 26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..
SON XƏBƏRLƏR
27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...
27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...
27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...
27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...
27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...
27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...
27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...
27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?
27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür
27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək
27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs:
"Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib
27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır
27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var -
adam rüşvəti kimdən alıb...
27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir -
siyahıda Türkiyə və Qırğızıstan da var...
27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...
27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi
27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür...
Konstitusiya uğrunda...
27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir -
siyasi qərar verildi...
27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...
27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi
27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu
– Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...
27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi
27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar
27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq
– Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...
27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...
27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...
27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı
27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir
– biz hücum etmədik...
27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal
– Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi
27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası
– məşhur aparıcı və həyat yoldaşı saxlanıldı
27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı –
45 milyard avronun taleyi...
27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi
– Bakıdan müsbət mesajlar verildi...
27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı
27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu
27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ
27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...
27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var"
- Estoniyalı nazir
27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili
27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu
- Anar Nəbiyevlə müsahibə
27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı
27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...
27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər
27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin
– YENİ TƏKLİF...
27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR
27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...
27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb
27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
- FOTO
27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya
- tələblər açıqlandı
27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı
– həkimlə bağlı iş yenidən açılır...
27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi
27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi
27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı
- FOTO
27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”
27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal
- Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...
26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq
- Aralıq dənizini müharibə zonasına çevrilməyin…
26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi
26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?)
- PJAK-la müharibə...
26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam
26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...
26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov
26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...
26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə
- Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…
26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir
26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır
- 3 noyabr dərs olmadı...
26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər
- FOTO
26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir
26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı -
Müəmma…
26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...
26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)
26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...
26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...
26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...
26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var
- nə baş verir...
26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri
26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...
26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...
26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..
26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı
26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...
26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat
- ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…
26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...
Tarix: 23.11.2026 / 11:56
Ən çox boşanma bu rayonda qeydə alınıb
– SİYAHI
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
XƏBƏR ARXİVİ