şənbə günü, 28 noyabr 2026
     

Əli Həsənov Avropa Oyunlarına qarşı "oyunbazların" neçə aylıq oyunlarının mahiyyətini açdı

Image


Prezident Administrasiyası və Gənclər və İdman Nazirliyinin I Avropa Oyunları münasibətilə birgə mətbuat konfransı keçirilib. APA-nın məlumatına görə, Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdir müavini Vüqar Əliyev bildirib ki, sabah Bakıda ilk Avropa Oyunlarının startı veriləcək: "Artıq xarici jurnalistlərin Bakı və Azərbaycanla bağlı təəssüratları var. Müraciətlər çox olduğundan bu müraciətləri fərdi qaydada cavablandırmaq çətindir. Ona görə də prezident İlham Əliyevin tapşırığı ilə mətbuat konfransı təşkil olunub".
O, mətbuat konfransında sualların verilməsinin sərbəst olduğunu bildirib. Mətbuat konfransında sualları Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov və gənclər və idman naziri Azad Rəhimov cavablandırıb.

"Azərbaycanda siyasi məhbus yoxdur"

"Azərbaycan hakimiyyəti olaraq o iddiadayıq ki, Azərbaycanda siyasi məhbus yoxdur. Azərbaycanda ayrı-ayrı əməllərinə görə məhkum olunmuş insanlar var. Onların barəsində məhkəmənin qərarları, hökmü var. Heç bir icra hakimiyyəti də məhkəmənin qərarını şübhə altına almaq səlahiyyətində deyil". Bunu Azərbaycanın Respublikası Prezidentinin köməkçisi Əli Həsənov bildirib.
"Əl-Cəzirə" teleşirkətinin nümayəndəsinin Azərbaycanda "Siyasi məhbuslar nə vaxt azad olunacaq" sualına cavab verərkən Azərbaycan Prezidentinin köməkçisi deyib ki, bu, bəzi Qərb dairələrinin ortaya atdığı məsələdir.
Ə.Həsənov qeyd edib ki, Azərbaycanda söz və mətbuat azadlıqları gündəmə gətirilərək təlqin olunur ki, guya burada siyasi məhbuslar var, söz və mətbuat azadlığı pozulur, azad media mövcud deyil: "Azərbaycan 15 ilə yaxındır ki, Avropa Şurasının üzvüdür. Bu o deməkdir ki, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları Azərbaycanda birbaşa keçərlidir. Azərbaycan Avropanın hüquq məkanındadır. Kimisə hansısa məhkəmə qərarı qane etmirsə, həmin məsələni İnsan Hüquqları Məhkəməsinə çıxara bilər. Bu o deməkdir ki, Azərbaycan məhkəmələri istəsə belə, istər siyasi, istərsə də vətəndaş cəmiyyətinin üzvünü Avropa prinsiplərindən kənar məhkum edə bilməz".
Onun sözlərinə görə, Azərbaycan məhkəmələri hakimiyyətin müstəqil qanadıdır. Burada məhkəmələr hüquqi dövlət normalarına uyğun fəaliyyət göstərir.
Prezidentin köməkçisi bildirib ki, burada tam siyasi fəaliyyət azadlığı var: "Azərbaycanda 55 siyasi partiya var. Onlar mitinqlər, yürüşlər, etirazlar, aksiyalar keçirmək, seçkilərdə iştirak etmək kimi tam azadlığa malikdirlər. Avropanın bəzi dairələri tərəfindən geniş kampaniyaya çevrilən "Azərbaycanda siyasi məhbus mövcuddur, insan hüquqları pozulur, mətbuat azadlığı yoxdur" fikirlərinin heç bir əsası yoxdur".

"Bəzi dairələr ciddi-cəhdlə Avropa Oyunlarını siyasiləşdirməyə çalışır"

Cənab Həsənov bildirib ki, bəzi dairələr ciddi-cəhdlə Avropa Oyunlarını siyasiləşdirməyə çalışır. Bunun acısını təkcə Azərbaycan deyil, bütün Avropanın idman cəmiyyəti çəkəcək. Ə.Həsənov deyib ki, son zamanlar Azərbaycanın yürütdüyü müstəqil siyasətə fərqli subyektiv mülahizələrlə yanaşan qüvvələr belə antiazərbaycan platforması formalaşdırıblar və sistemli şəkildə antiazərbaycan fəaliyyətlərini yönəldirlər: "Biz bunu ayrı-ayrı beynəlxalq təşkilatların fəaliyyətində müşahidə edirik. Biz bu işlərə təmkinlə yanaşırıq. Öz müstəqil iradəmizlə hərəkət etməyə çalışırıq, Azərbaycanın doğru yolda olduğunu dünyaya çatdırmağa çalışırıq. Bu yol Avropa ilə qarşılıqlı maraqlar çərçivəsində münasibətlərin qurulması yoludur, regionda sivil və müstəqil siyasətin aparılmasıdır və bundan da çəkinmək fikrimiz yoxdur. Biz antiazərbaycan kampaniyasına görə təəssüf edirik və həmin dairələri nə qədər gec deyil bu kampaniyadan çəkinməyə çağırırıq".

"Amnesty İnternational"ın nümayəndəsi ilə bağlı həqiqət açıldı

"Amnesty İnternational" məsələsi beynəlxalq mətbuatda müzakirəyə çıxarılıb və bunun mahiyyəti ondan ibarətdir ki, Azərbaycan və Olimpiya Komitəsi "Amnesty İnternational" təşkilatının nümayəndəsini akkreditasiyadan keçirməyib". Bunu da Əli Həsənov mətbuat konfransında bildirib.
Ə.Həsənov qeyd edib: "Mən bununla bağlı araşdırma apardım, müvafiq qurumlarla əlaqə saxladım və öyrəndim ki, "Amnesty International" adından Azərbaycana səfərə gəlmək istəyən insanın adı qeydiyyatdan keçməyib, nə BEGOC-da, nə də viza almaq üçün müvafiq qurumda "Amnesty İnternational"dan heç kimin adı yoxdur. Sonra bəlli oldu ki, "Amnesty International" təşkilatını təmsil edən ayrı-ayrı şəxslər dolayı yolla, yəni qeyri-qanuni yolla, müxtəlif qəzetlərin adından istifadə edərək Azərbaycana keçmək istəyiblər. Burada sadəcə dolayı yolla Azərbaycana gəlmək cəhdinin qarşısı alınıb. Ona görə də "Amnesty İnternational"ın adından yayılan bəyanatın heç bir əsası yoxdur".

"Avropa Oyunları Azərbaycan və Ermənistan xalqlarının yaxınlaşmasında müsbət rol oynayacaq"

Əli Həsənovun sözlərinə görə, İlk Avropa Oyunları Azərbaycan və Ermənistan xalqlarının yaxınlaşmasında müsbət rol oynayacaq. Ə.Həsənov deyib ki, Dağlıq Qarabağ əhalisi faktiki olaraq Ermənistandakı bəzi separatçı rəhbərlərin, separatçı düşüncəli şəxslərin girovuna çevrilib: "Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti başlayandan bəri 25 ildən artıqdır ki, 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətində yaşayır. Bu münaqişə ilə bağlı BMT-nin 4 qətnaməsi qəbul edilib, amma Ermənistan tərəfindən yerinə yetirilmir. Bu dövlət BMT-yə meydan oxuyur".
Prezidentin köməkçisinin sözlərinə görə, Ermənistan yenə də təhdidlərini davam etdirir: "Sonuncu, Ukraynada baş verən hadisələr, ondan əvvəl MDB-də baş verən hadisələr göstərdi ki, separatizmə şərait yaratmaq olmaz. Ona görə də, nə qədər ki, Dağlıq Qarabağ münaqişəsi var, dünyada və bölgədə sülhün tam bərqərar olmasından danışmaq olmaz. Nə qədər ki, beynəlxalq qanunlar bütün münaqişələrin həllinə eyni qaydada tətbiq olunmur, bizi bu kimi hadisələr çox gözləyir".

Rəsmi Bakı Afrika ölkələri ilə əməkdaşlığının prioritetlərini açıqladı

Əli Həsənov bildirib ki, Afrika qitəsi müstəqil Azərbaycan dövləti üçün yeni bir məkandır və biz bu məkanla müxtəlif iqtisadi, sosial, siyasi layihələr həyata keçirməkdəyik. Ə.Həsənov qeyd edib ki, Afrika qitəsi ölkələrinin çoxu müsəlman dövləti olduğu üçün Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Afrika dövlətləri ilə kifayət qədər yaxşı əlaqələrə malikdir: "Təşkilat çərçivəsində müxtəlif layihələr həyata keçiririk. Bu münasibətlər dinamik inkişaf edir və gələcəkdə də inkişaf edəcək. Azərbaycan dünyada alternativ enerji mənbəyi kimi tanınır və buna müvafiq olaraq, SOCAR həm Avropanın enerji təhlükəsizliyində öz resursları ilə iştirak edir, həm də biznes strukturu kimi fəaliyyət gpstərir. SOCAR Afrika ölkələrində də fəaliyyət göstərməyi planlaşdırır".
Prezidentin köməkçisi deyib ki, Azərbaycan SOCAR vasitəsilə Afrikanın karbohidrogen resurslarının işlənməsi və dünyaya çıxarılması üçün fəaliyyət göstərməyi planlaşdırır: "Bir neçə il bundan əvvəl Azərbaycan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçiləndə Afrika dövlətləri bizə böyük dəstək verdi və biz bu tribunadan istifadə edərək Afrika problemlərinin dünyaya çatdırılması üçün səmərəli fəaliyyət göstərdik. Bundan sonra da Afrika ölkələri ilə Azərbaycan arasında münasibətlər inkişaf edəcək".

"Bəzi ölkələr vətəndaşlarının, vergiödəyicilərin pulunu Azərbaycana qarşı yönəldir"

"Təəssüf ki, Böyük Britaniya mətbuatı antiazərbaycan "London platforması" yaradıb. Bura böyük media kampaniyalarını cəlb edirlər. Bəzi ölkələr vətəndaşlarının, vergiödəyicilərin pulunu Azərbaycana qarşı yönəldir" - deyə Prezidentin köməkçisi Əli Həsənov bildirib.
Ə.Həsənov qeyd edib ki, son bir ayda Qərb mətbuatında Azərbaycanda insan hüquqları, söz və mətbuat azadlığı ilə bağlı aparılan kampaniyaların arxasında dayanan müəyyən qüvvələr var: "Bunu bilərəkdən idarə edirlər. Bunun niyəsini biz də müəyyən etməyə çalışırıq. Kiçik Azərbaycanın ilk Avropa Oyunlarını yüksək səviyyədə və qısa müddətdə təşkil etməsi bəzi dairələr üçün həddən artıq cəlbedici görünür. O qüvvələr Azərbaycanın uğurlarına kölgə salmaq, belə uğurlara qadir olmadığını sübut etmək istəyirlər".
Ə.Həsənov vurğulayıb ki, hazırda Azərbaycanın dostları bütün dünyada müqavimət göstərir ki, onların bu kampaniyası süquta uğrasın və ciddi nəticəyə gətirib çıxarmasın: "İkincisi, bunların arxasında erməni lobbisi, bəzi sosial qurumlar və QHT-lər durur. Onlar bəzi mənbələrdən maliyyələşərək dərhal antiazərbaycan təbliğatını reallaşdırmağa çalışırlar. Onlar eyni ssenarini Azərbaycanda "Eurovision" yarışması keçirilən zaman da həyata keçirməyə çalışırdılar, indi də edirlər, sabah da, yəqin ki, belə edəcəklər".
Prezidentin köməkçisi deyib ki, Azərbaycanın müstəqil siyasətini qəbul etməyən, öz yanında görmək, təzyiq altında saxlamaq istəyən qüvvələr var: "Mövcud yenilikləri kölgə altına salmaq istəyirlər. Bu təkcə Azərbaycana qarşı deyil, Avropaya, Avropa idman ictimaiyyətinə qarşı hörmətsizlikdir. Bu kampaniya bir müddət sonra dayanacaq. Bu gün antiazərbaycan mövqeyində duran insanlar, vaxt gələcək, səhv etdiklərinin fərqinə varacaqlar. Amma Avropa Oyunlarının tarixində bu qalacaq ki, onlar belə bir kampaniya aparıblar. Tərəqqipərvər bəşəriyyət bu kampaniyanın doğru və ya qeyri-doğru olduğunu özü qiymətləndirəcək".
Ə.Həsənov qeyd edib ki, Prezident İlham Əliyev Azərbaycanın tutduğu yolu dəfələrlə bəyan edib: "Azərbaycanın öz yolu var. Bu, Azərbaycanın milli maraqlarını təmin etmək və dünya ölkələri ilə qarşılıqlı maraqlar çərçivəsində münasibətlər qurmaqdır. Bizə müxtəlif təkliflər gəlir, o cümlədən Avrasiya İqtisadi Birliyinə, Qoşulmama Hərəkatına qoşulmaq təklifi gəlir. Amma Azərbaycan bir yol seçib, biz bölgədə balanslı, qarşılıqlı faydalı əməkdaşlığa söykənən partnyorluq siyasətini seçmişik. O yerdə ki, Azərbaycanın maraqlarına uyğun siyasət var, biz oradayıq, o yerdə ki, Azərbaycanın maraqları yoxdur, orada Azərbaycanın maraqlarını həyata keçiririk".
Prezidentin köməkçisi bildirib ki, Azərbaycan kollektiv maraqları təmsil edən birliklərə tənqidi yanaşır: "Azərbaycan qarşılıqlı faydalı əməkdaşlığa üstünlük verir. Biz bu yolla həm İran, həm ABŞ, həm Rusiya, həm Türkiyə, həm də İsraillə əməkdaşlıq edirik. Heç kimin maraqlarını inkar etməyən bu siyasət Avrasiya geosiyasi məkanında ən keçərli siyasətdir".

"Sübut edilərsə, istefa verməyə hazıram"

"Dünyada hansısa bir audit şirkəti Gənclər və İdman Nazirliyinin büdcəsindən bir manatın kənara xərclənməsini sübut edərsə, mən öz vəzifəmdən istefa verməyə hazıram". Bunu isə gənclər və idman naziri Azad Rəhimov deyib.
A.Rəhimov qeyd edib ki, Azərbaycanın idman büdcəsi ildə təqribən 10 milyon manat təşkil edir və bu vəsait bütün idman növləri üzrə müxtəlif yarışlarda iştirak etmək üçün xərclərə, təlimlərə, idman avadanlıqlarının alınması, dərman təchizatı və digər məsələlərə sərf olunur.
Avropa Oyunlarının büdcəsinə gəlincə isə, nazir bildirib ki, büdcə 960 milyon manat idi və sonradan 1 milyarddan bir qədər çox oldu.
Gənclər və idman naziri A.Rəhimov deyib ki, I Avropa Oyunları dostluğun, həmrəyliyin təntənəsi olmalıdır: "İdman sülh deməkdir və insanları birləşdirir. İdmanı siyasiləşdirmək istəyən təşkilatların heç biri öz məqsədlərinə çata bilməyəcək. Biz görməmişdik ki, hansısa bir ölkənin Olimpiya Komitəsi boykotla çıxış etsin.
Biz bəzi stenoqramlara nəzər saldıqda görürük ki, bunu siyasiləşdirmək istəyirlər".
Nazir qeyd edib ki, əsas məqsədimiz idmandır və gənc nəsli sağlam ruhda yetişdirməkdir: "Birinci Avropa Oyunlarının keçirilməsi Azərbaycanı, onun tarixini, qonaqpərvərliyini, mətbəxini, incəsənətini dünyaya tanıtmağa şərait yaradır. Bu Oyunlar gənclər üçün də qapılar açır. Yeni idman növləri ilə bağlı idman yarışları keçirilir və burada məqsəd gənclərə bu idman növlərinin necə yaxşı olduğunu göstərməkdir. Oyunlar turizm potensialının inkişaf etdirilməsi üçün də vacibdir. İnsanlar gəlib bu gözəl şəhəri, gözəl Azərbaycanı görə biləcəklər".
A.Rəhimov vurğulayıb ki, Avropa Oyunlardan sonra irs qoyulması məsələsi çox vacibdir: "Avropa Oyunları, eləcə də Olimpiya Oyunları qitə baxımından çox əhəmiyyətlidir. Biz Avropa Oyunları üçün idman infrastrukturunu qurmaq məqsədilə öz strategiyamızı yaratdıq. Əvvəla, mövcud idman arenaları təmir olunub, yenidən qurulub. İkincisi, bəzi müvəqqəti idman tikililəri var. Üçüncüsü isə tam yeni idman arenaları tikilərək istifadəyə verilib. Bütün bunlar Oyunlardan sonra irs olaraq ölkəyə qalacaq".

"Ermənistan nümayəndə heyətinin Bakıya gəlməsi ilk dəfə deyil"

A.Rəhimov bildirib ki Ermənistan nümayəndə heyətinin Bakıya gəlməsi ilk dəfə deyil: "Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal olunmasına baxmayaraq, onların idman nümayəndələri Azərbaycanda keçirilən bəzi idman yarışlarında iştirak ediblər".
Nazir qeyd edib ki, məsələn, onlar Bakıda keçirilən güləş üzrə dünya çempionatında, gənclər arasında boks üzrə dünya çempionatında iştirak ediblər: "Bundan əlavə, Ermənistan nümayəndələri Azərbaycanda keçirilən müxtəlif mədəni-siyasi, vətəndaş cəmiyyəti tədbirlərində iştirak ediblər. Bu gün isə Avropa Oyunlarında Ermənistanın 25 nümayəndəsi iştirak edəcək".
A.Rəhimov bildirib ki, qaydalara görə, elə bir şərait yaradılmalıdır ki, hər bir ölkənin nümayəndələri Avropa Oyunlarında iştirak edə bilsin: "Əvvəllər Ermənistanla danışıqlar nəticəsində qarşı tərəfdəki vəziyyət öyrənilirdi. İndi artıq buna ehtiyac yoxdur. İndi sadəcə təminat məktubu yazılır. Bu da yetərli olur ki, idmançılar yarışlarda iştirak etsin. Bu, təhlükəsizliyin təminatıdır".
Gənclər və idman nazir xatırladıb ki, Azərbaycanda 2016-cı ildə "Formula-1", Şahmat olimpiadası keçiriləcək: "Şahmat olimpiadasına Ermənistan komandası da gələcək. Bundan əlavə, Bakıda yelkənli qayıq üzrə dünya çempionatı, 2017-ci ildə İslam Həmrəyliyi Oyunları keçiriləcək, amma bu tədbirlərdə Ermənistan nümayəndələri olmayacaq. 2020-ci ildə futbol üzrə Avropa çempionatında iştirak isə komandanın çıxışından asılı olacaq".

"I Avropa Oyunları ilə bağlı əlverişli nəqliyyat sistemi yaradılıb"

Gənclər və idman naziri qeyd edib ki, Bakı-2015 birinci Avropa Oyunları ilə bağlı Bakıda idmançıların tıxaclarda qalmaması üçün əlverişli nəqliyyat sistemi yaradılıb. İkincisi, mümkün qədər əhalini narahat etməmək üçün sistem yaradılıb: "Çalışmışıq yerli əhali üçün də şərait yaradaq ki, onlar əziyyət çəkməsinlər".
Nazirin sözlərinə görə, Azərbaycan Avropa Oyunlarından sonra irs qoymaq və yeni avtobus parkının yaradılması üçün 200-dən çox yeni kondisionerli avtobus alıb: "İdmançılar üçün ayrıca avtobuslar, həmçinin 440 yeni London taksisi alınıb. Onlar idman arenaları və Atletlər kəndi arasında hərəkət edir. Yerli avtomobil şirkətlərinin xidmətindən də istifadə olunur".
A.Rəhimov deyib ki, Avropa Oyunlarında nəqliyyat sistemində yeni TX abbreviaturasından istfadə olunur: "Bütün TX sistemi birləşdirilib. Bu o deməkdir ki, daha çox avtomobil icarəyə götürmək olur, müxtəlif qrupları nəqliyyatla təmin etmək olur. Biz bütün şəhər nəqliyyat növlərindən istifadə edirik. Elektrik qatarı işə salınıb. Metropoliten gücləndirilmiş rejimdə çalışır. Bundan başqa, dəniz yolu ilə də idman obyektlərinə getmək mümkün olacaq. Bundan əlavə, yüksək təhlükəsizlik tədbirləri görülüb".

"Avropa Oyunlarında əsas məqsədimiz ilk 10-luqda yer almaqdır"

Azad Rəhimov bildirib ki, bu günədək Azərbaycan idman yarışlarında Avropa komandaları arasında həmişə ilk 10-luqda yer alıb. Birinci Avropa Oyunlarında da əsas məqsəd odur ki, bu onluqdan çıxmayaq.
Nazir qeyd edib ki, belə möhtəşəm tədbirlərdə qabaqcadan heç bir proqnoz vermək düzgün deyil: "Yarışların gərginliyi, iştirak edən ölkələrin sayı, ətrafda olan mühit, həyəcan bəzən Olimpiya, dünya çempionlarını yarışdan kənarlaşdırıb, amma təcrübəsi olmayan idmançı qızıl medal qazanıb. Bizim üstünlüyümüz ondadır ki, ev sahibliyi kimi bizə təsnifat yarışlarından keçməyə ehtiyac olmadı. Bizim idmançılar bütün idman növlərində iştirak edəcəklər. Bu bizə bütün idman növlərində medal qazanmağa şans verir. Yarışlara tamaşa etməyə gələn yerli insanların dəstəyi də bizə böyük imkan yaradır".
Qeyd edək ki, mətbuat konfransı Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi tapşırığı əsasında keçirilib. 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər - FOTO

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ