"Sabah bütün dünya I Avropa Oyunlarının ana vətəni olan Azərbaycanın qüdrətinin və inkişafının bir daha şahidi olacaq”. Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün "twitter" səhifəsində yazıb.
N.Məmmədov bildirib ki, ilk Avropa Oyunları həm Azərbaycan, həm də dünya idmanı üçün tarixi hadisə olacaq.