şənbə günü, 28 noyabr 2026
     

Milli Məclisin deputatları Avropa Parlamentində keçirilmiş dinləmələr ilə bağlı bəyanat verib

Image


Azərbaycan Milli Məclisinin bir qrup deputatı iyunun 10-da Avropa Parlamentində keçirilmiş dinləmələrlə bağlı bəyanat veriblər.

Trend-in məlumatına görə, bəyanatda qeyd olunur: "Biz, Azərbaycan Respublikası Milli Məclisinin bir qrup deputatı "Bakı-2015” birinci Avropa Oyunları ilə bağlı 2015-ci il iyunun 10-da Avropa Parlamentində keçirilmiş dinləmələri Avropa Parlamentinin sədri cənab M.Şults və sədr müavini xanım U.Lunaçek başda olmaqla bəzi siyasi qruplar tərəfindən ölkəmizə qarşı aparılan qərəzli və məqsədyönlü kampaniyanın davamı kimi qiymətləndiririk. Artıq neçənci dəfədir ki, həmin qrupların guya Azərbaycanda insan hüquqlarının pozulmasına dair qondarma problemi müxtəlif bəhanələr altında inadla və məqsədyönlü şəkildə gündəliyə gətirməyə çalışdıqlarının şahidi oluruq. Bu dəfə Azərbaycanı nüfuzdan salmaq üçün Avropa idman hərəkatının tarixində yeni mərhələ açacaq möhtəşəm idman tədbirinə istinad edilməsi yalnız təəssüf hissi doğurur”.

Bildirilir ki, əsrlər boyu idman müxtəlif mədəniyyətləri və sivilizasiyaları təmsil edən insanları daha da yaxınlaşdıran bir amil rolunu oynayıb: " İdmanın siyasətlə qarışdırılması, yaxud siyasi proseslərdə bir alət kimi istifadə edilməsi yolverilməzdir. BMT Baş Məclisinin 2014-cü il oktyabrın 31-də qəbul etdiyi "İdman təhsilin, sağlamlığın, inkişafın və sülhün dəstəklənməsi vasitəsi kimi” A/Res/69/6 saylı Qətnamədə də idmanın, idman oyunlarının və Olimpiya hərəkatının təşkili üçün məsuliyyət daşıyan qurumların müstəqil olması zərurəti təsbit edilmişdir. Bu müstəqilliyə hökumətlər, beynəlxalq siyasi qurumlar və ayrı-ayrı siyasət adamları tərəfindən hörmət bəslənilməsi vacibdir. İdmanın siyasətdən ayrı bir sahə kimi mövcudluğuna müxtəlif siyasi mülahizələr ilə xələl gətirilməməsinə və idman yarışlarının bundan sonra da ölkələr və xalqlar arasında birləşdirici körpü rolunu davam etdirməsinə xüsusi diqqət yetirilməlidir. Narahatlıq doğuran hal budur ki, Azərbaycana qarşı növbəti qərəzli hücum üçün nəcib ideallara xidmət edən Avropa Oyunları kimi hadisədən istifadə etməyə cəhd göstərilmişdir”.

Bəyanatda vurğulanır ki, müasir dövrdə insan və vətəndaş hüquqlarının aliliyi dünyanın əksər ölkələri tərəfindən qəbul edilib: "Azərbaycan da bu ölkələrin sırasına daxildir. Ölkəmizdə insan hüquqlarının və əsas azadlıqların təmin olunması üçün xeyli iş görülmüşdür və bu iş indi də davam etməkdədir. Azərbaycan Konstitusiyasının üçdə bir hissəsi insan hüquq və azadlıqlarına həsr olunmuşdur. Ölkədə tam müstəqil məhkəmə-ədliyyə sistemi formalaşdırılmışdır. Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsinin yurisdiksiyasına daxil olduğu üçün milli məhkəmələrin qərarlarından razı qalmayan hər bir ölkə vətəndaşının Avropa Məhkəməsinə üz tutmaq hüququ təsbit olunmuşdur. Bunlarla yanaşı, üzv olduğu beynəlxalq təşkilatlar ilə sıx əməkdaşlıq çərçivəsində Azərbaycan insan hüquqları sahəsində mütərəqqi islahatları həyata keçirməkdə davam edir. Azərbaycanda insan hüquq və azadlıqlarına tam hörmətə əsaslanan demokratik sistem formalaşdırılmışdır və bu sistemin daha möhkəm təməllər üzərində inkişaf etdirilməsi ilə bağlı siyasi iradə vardır”.

Qeyd olunur ki, Azərbaycanda insan hüquqlarının və əsas azadlıqların təmin olunmaması, hüquq müdafiəçilərinin və jurnalistlərin həbs olunması ilə bağlı Avropa Parlamentində səsləndirilən fikirlərə gəlincə, bütün bunların həqiqətdən nə qədər uzaq olduğu ölkəmizi yaxından tanıyan hər kəs üçün aydındır: "Çoxu Azərbaycana səfər etməmiş, Azərbaycan haqqında məlumatı az olan deputatların kənardan onlara təqdim olunan birtərəfli informasiyaya əsaslanaraq bütöv bir ölkə barəsində mühakimələr yürütməsi, xalqın tam dəstəyinə arxalanan bir dövlətə öyüd verməyə çalışması parlament diplomatiyası prinsiplərinə və etikasına da qətiyyən uyğun gəlmir. Azərbaycanda peşə fəaliyyətinə görə həbs edilmiş hüquq müdafiəçisi və ya jurnalist yoxdur. Eləcə də, bu cür peşə sahiblərinin cinayət törətdikləri halda məsuliyyətdən azad olunacaqlarına dair hər hansı qanun da mövcud deyildir. Avropa Parlamentində Azərbaycana təzyiq vasitəsi kimi istifadə edilən bu faktlar konkret cinayət əməlləri ilə bağlıdır.

Təəssüf hissi ilə qeyd etməliyik ki, həm Avropa Parlamenti, həm də onların hüquq müdafiəçisi adlandırdığı ayrı-ayrı şəxslər 20 ildən çoxdur Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində bütün hüquq və azadlıqlarından məhrum edilmiş 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün tapdalanmış insan ləyaqəti barəsində susmağa üstünlük vermişlər. İkili standartların ifadəsi olan bu qərəzli mövqe tamamilə yolverilməzdir.

Əslində cənab M.Şults, xanım U.Lunaçek və Azərbaycana qarşı qərəzli mövqedə dayanan digər parlament üzvləri Avropada kifayət qədər təsir gücünə malik olan erməni lobbisinin yedəyində gedirlər. Bəzən iş o yerə çatır ki, xanım U.Lunaçek və Avropa Parlamentinin bir qrup deputatı Azərbaycanı gözdən salmaq niyyəti ilə parlamentin iclasına ölkəmizdə cinayət əməlləri törətmiş şəxslərin şəkilləri olan maykalarla gəlmək kimi çirkin fitnəkarlıq hərəkətlərinə də əl atırlar”.

Deputatlar bildirirlər ki, ölkəmizi öz gözləri ilə görən, buradakı vəziyyətə bələd olan hər bir şəxs, o cümlədən parlament üzvləri Azərbaycanın həqiqətən açıq və azad cəmiyyət olduğunu təsdiq edirlər: "Əlbəttə, biz ölkədə müəyyən qanun pozuntularının olduğunu inkar etmirik. Lakin belə hallar dünyanın istənilən ölkəsində baş verməkdədir. Əsas məsələ ondan ibarətdir ki, ölkədə mövcud olan siyasi iradə qanun pozuntularının tamamilə aradan qaldırılmasına və qanunun aliliyi prinsipinin daha da möhkəmləndirilməsinə istiqamətlənmişdir. Azərbaycan müstəqillik dövründə misilsiz inkişaf yolu keçmişdir. Həm xalqın rifah halı yüksək səviyyəyə qalxmış, həm də ölkəmiz tamamilə müasirləşmişdir. Azərbaycan gündən-günə daha da inkişaf edir və möhkəmlənir. Bunu gözü götürməyən bəzi "siyasətçilər” isə hər bir xırda məsələni əsas gətirərək Azərbaycanı gözdən salmaq cəhdlərindən əl çəkmirlər. Təəssüf ki, bunun üçün onlar Avropa Oyunlarını ən yüksək standartlara uyğun şəkildə keçirmək istəyindən də istifadə etməyi özlərinə rəva görmüşlər”.

Qeyd olunur ki, Azərbaycan Avropa Parlamenti ilə münasibətlərin hüquq bərabərliyi əsasında hərtərəfli inkişafında maraqlıdır: "Lakin ölkəmizə qarşı yönəlmiş bu cür qərəzli kampaniyalar ikitərəfli münasibətlərimizin inkişaf perspektivlərinə xələl gətirməklə yanaşı, Avropa Parlamentinin nüfuzuna da zərbə vurur. İnanırıq ki, belə kampaniyalar həm ölkəmizin, həm də bütövlükdə Avropanın idman həyatında mühüm hadisəyə çevriləcək birinci Avropa Oyunlarının yüksək səviyyədə keçməsinə maneə törədə bilməyəcəkdir. Əminik ki, idmançılar və idman həvəskarları bu oyunlardan həzz alacaq, birinci və növbəti Avropa Oyunları Avropa xalqlarının daha çox qaynayıb-qarışmasına, bir-birini daha yaxından tanımasına və ortaq ümumbəşəri dəyərlər ətrafında daha sıx birləşməsinə öz töhfəsini verəcəkdir”.

Bəyanatı Ziyafət Əsgərov, Bahar Muradova, Valeh Ələsgərov, Siyavuş Novruzov, Asim Mollazadə, Fazil Mustafa, İlyas İsmayilov, İqbal Ağazadə, Sabir Rüstəmxanlı, Sabir Hacıyev, Xanhüseyn Kazımlı, Qüdrət Həsənquliyev, Fəzail Ağamalı, Fərəc Quliyev, Səməd Seyidov, Sahibə Qafarova, Fuad Muradov, Sevinc Fətəliyeva, Gülçöhrə Məmmədova, Məlahət İbrahimqızı, Jalə Əliyeva, Sevinc Hüseynova və Sədaqət Vəliyeva imzalayıblar.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər - FOTO

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ