Ölkəmizin ev sahibliyi etdiyi Bakı-2015 Birinci Avropa Oyunlarınını izləmək üçün paytaxtımıza saysız turist gəlib. Oyunlara bir neçə gün qalmışdan şəhərimizdə hər gün müxtəlif dövlətlərin vətəndaşı olan turistlərlə qarşılaşırıq.
Demək olar ki, gündəlik olaraq xarici turistlərlə rastlaşır onların şəhərimizi, tarixi abidələrimizi, muzeylərimizi heyranlıqla gəzdiyini, müşahidə etdiyini görürük. Bakı-2015 Birinci Avropa Oyunlarını izləmək, eyni zamanda da şəhərimizi gəzmək üçün bura kütləvi gələn turistlər ictimai nəqliyyatdan da geniş istifadə edir. Artıq son günlər Bakı Metropolitenində Avropa Oyunları ilə bağlı bir sıra yeniliklər edilib. Onlardan biri də qatarlar bələdçilərinin stansiyalar barədə məlumatları Azərbaycan dili ilə yanaşı ingilis dilində də səsləndirməsidir. Turistlər çox rahatlıqla avtobuslarla yanaşı yeraltı nəqliyyatdan da istifadə edə bilir.
Əsgər HƏSƏN