şənbə günü, 28 noyabr 2026
     

Avropa Oyunlarına Dəstək Vətəndaş Koalisiyası ABŞ-da insan hüquqlarının vəziyyətini müzakirəyə çıxardı

Image


Neoimperializmin yeni mərhələsinə baxış keçirildi

"Əks halda bizim də ABŞ-ı müzakirəyə çıxararaq gəlinən nəticələri dünya ilə bölüşmək hüququmuz yaranır"

Dünən "Bakı-2015 Birinci Avropa Oyunlarına Dəstək Vətəndaş Cəmiyyəti Koalisiyası" və "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasının birgə təşkilatçılığı ilə "ABŞ-da insan hüquqlarının vəziyyəti. Neoimperializm yeni mərhələdə" mövzusunda dinləmələr keçirilib. "Trend"in məlumatına görə, tədbirdə millət vəkilləri, KİV və QHT rəhbərləri, politoloqlar və digər qonaqlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, Koalisiyanın koordinatoru Rufiz Qonaqov bildirib ki, Avropa Oyunları yaxınlaşdıqca ölkəmizə qarşı antitəbliğat kampaniyası daha da güclənir: "Azərbaycanın güclənməsi, uğurları sözsüz ki, bəzi dairələri narahat edir".
Sonra "Müstəqil dövlətlərdə keçirilən beynəlxalq idman və mədəniyyət tədbirlərini siyasiləşdirmək cəhdləri: anti-Azərbaycan kampaniyası" mövzusunda çıxış edən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, "Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyib ki, hələ qədim zamanlardan idman yarışları sülhü, əmin-amanlığı bərqərar edən hadisə idi: "Bu gün də bu ənənə öz nüfuzunu qoruyub saxlayır. Belə olduğu təqdirdə, Bakıda keçiriləcək I Avropa Oyunlarına qarşı aqressiya nədəndir? Məgər müstəqil siyasət yürüdən dövlətlərin keçirdiyi tədbirlər, elə bu Oyunlar sülhün təbliğinə xidmət etmirmi? Əlbəttə edir".
O qeyd edib ki, hər il bəzi aparıcı güclər, birliklər, eləcə də onların himayəsində olan beynəlxalq təşkilatlar dünyanın ayrı-ayrı bölgələrində mövcud olan münaqişə və qarşıdurmaları tənzimləmək iddiası ilə ictimai diplomatiya xarakteri daşıyan müxtəlif tədbirlərin həyata keçirilməsi üçün miyardlarla dollar vəsait xərcləyir, layihələr reallaşdırır: "Belə olduğu təqdirdə, Bakıda Avropa Oyunlarına münasibətdə sərgilənən həddən artıq aqressiya ilk baxışda təəccüb doğurmalıdır. Dünyanı müharibə ilə idarə etməyə çalışan, milyonlarla insanın faciəsi üzərində öz iqtisadi və geosiyasi maraqlarını təmin etməyə çalışan güclər, sözün əsl mənasında, barışa, sülhə maraqlı deyil".
E.Mirzəbəyli bildirib ki, beləliklə, maskalar yırtılır və gerçək simalar üzə çıxır: "Bu gün bəşəriyyəti fəlakətə sürükləyənlər bununla kifayətlənmir, hər şeyi əllərində cəmləməyə çalışırlar".
Onun sözlərinə görə, anti-Azərbaycan kampaniyasını idarə edənlərin kimliyinə diqqət etdikdə maraqlı mənzərə ortaya çıxır: "Onların Ermənistanla əlaqələri var. Azərbaycan idmançılarının erməni idmançılar üzərində qələbəsinə siyasi don geydirənlər bunu başqa cür qələmə verir. Aran Vandaryanın bu Oyunları boykota çağırması isə bu işdə ermənilərin əlinin olduğunu açıqca ortaya qoyur".
"ABŞ-da irqi və dini zəmində ayrıseçkilik təzahürlərinin güclənməsi" mövzusunda çıxış edən Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının sədri, hüquq müdafiəçisi Sahib Məmmədov bildirib ki, Birinci Avropa Oyunlarına qarşı kampaniyada ABŞ dairələri də fəal iştirak edir.
S.Məmmədov vurğulayıb ki, dini və etnik tolerantlığın yüksək olduğu Azərbaycan irqi ayrıseçkiliyin tüğyan etdiyi ABŞ tərəfindən müzakirəyə çıxarılır. O qeyd edib ki, ABŞ heç zaman multikulturalizmi dəstəkləmir, baxmayaraq ki, orada müxtəlif xalqların nümayəndələri yaşayır: "ABŞ ölkədə yaşayan bütün xalqların mədəniyyətini birləşdirərək panamerika mədəniyyəti formalaşdırmağa çalışır ki, bu da fiaskoya uğrayır".
O bildirib ki, ABŞ heç bir insan hüquqları konvensiyasını təsdiqləməyib: "Dövlətlər bir-birində olan insan hüquqlarının vəziyyəti ilə bağlı məsələyə toxuna bilər, amma ilk növbədə özlərindəki vəziyyətə baxmalıdır".
S.Məmmədov qeyd edib ki, ABŞ-da ağdərili polislər qaradərililərin üzərinə silah çəkir və bunu heç nədən çəkinmədən edir: "Çünki onlar arxayındırlar ki, məhkəmələrdə olanların böyük əksəriyyəti ağdərilidir və heç vaxt ağdərililərin əleyhinə qərar verməyə imkan verməzlər".
Daha sonra "ABŞ-ın müstəqil siyasət yürüdən ölkələrə təzyiq vasitələri: insan hüquqları ilə manipulyasiya, rəngli inqilablar və onların fəsadları" mövzusunda çıxış edən politoloq Elman Nəsirov deyib ki, ABŞ Azərbaycan üçün strateji tərəfdaşdır, lakin ABŞ adekvat addımlar atmır. Onun sözlərinə görə, ABŞ başqa dövlətlərin işinə qarışır, özünün strateji tərəfdaşı olan Azərbaycanın da daxili işlərinə qarışmağa çalışır.
Politoloq qeyd edib ki, ABŞ ilk növbədə alqı-satqını dollarla aparmaq istəməyən dövlətlərə qarşı çıxır: "Səddam Hüseyn OPEK-dən tələb etdi ki, neft alqı-satqısı dollarla aparılmasın, taleyi də məlumdur. Liviyanın sabiq prezidenti Qəddafi neft satışını avro ilə aparacağını bəyan etmişdi, az sonra ona qarşı inqilab təşkil etdilər. 2011-ci ilin yanvarında Bəşər Əsəd neft əməliyyatlarını rus rublu və Çin yuanı ilə aparacağını açıqladı, həmin ilin martında Suriyada qarşıdurma başladı. Yəni ABŞ ilk növbədə dolların dünyada mövqeyini gücləndirməyə və buna qarşı çıxanlarla mübarizə aparmağı əsas məqsəd kimi qarşıya qoyub. ABŞ özünə müstəsnalıq hüququ verib və yalanı o qədər deməyə çalışırlar ki, həqiqət kimi qəbul edilsin. Lüter Kinq arzu edirdi ki, ABŞ başqa ölkələrin daxili işlərinə qarışmağa, "narıncı inqilab"lar törətməyə son qoysun".
Koalisiyanın koordinatoru, "Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev çıxış edərək bildirib ki, irqi ayrıseçkiliklə bağlı baş verən qətllər, korrupsiya halları bu məsələdə başqa dövlətləri tənqid edən ABŞ-da da baş verir: "ABŞ-da insan hüquqlarının vəziyyəti barədə məruzəçilər çoxsaylı konkret hadisə danışdılar, faktlar saydılar. Xüsusən də son il yarımda ABŞ-ın bir neçə şəhərində baş vermiş qaradərili qətlləri, jurnalist təşkilatlarının Obamaya narazı müraciəti, şəxsi həyatlara müdaxilələr, telefon danışıqlarının izlənməsi bir daha ortaya belə bir sual qoyur ki, doğrudanmı bu, Amerikadır? Təəssüf ki, belədir.
Biz bu mövzunu müzakirə etməklə ABŞ-ın daxili siyasətini dəyişmək, ya yönəltmək istəmirik. Onu istəyirik ki, dünya həqiqətən gücündən asılı olmayaraq bütün dövlətlərin bərabər hüquqları və bərabər mənafeləri üstündə qurulubsa, gərək hər bir dövlət başqasının daxili işinə qarışmasın, öz modelini ilahiləşdirib başqasını aşağılamasın, özünü qəbul etdirməyə səy etməsin. Əks halda bizim də hüququmuz yaranır ki, ABŞ-ın insan haqları siyasətini müzakirə edək, gəldiyimiz qənaətləri dünya ilə paylaşaq. ABŞ-ın İstiqlaliyyət bəyannaməsi və Konstitusiyası ən ideal demokratik idarəçilik mexanizmi kimi qiymətləndirilir. Orada insanın yaşamaq, azadlıq və toplaşmaq kimi fundamental hüquqları təsbit olunur və hər hansı formada məhdudlaşdırılması qadağan edilir. Ancaq praktikada da bu belədirmi? Əgər deyildiyi kimi milli-dini əlamətlərə görə qətllər varsa, deməli insanın təhlükəsiz yaşamaq kimi fundamental hüququna təhlükə var. Bu yalnız bir istiqamətdir mən dedim, ancaq müqayisədə Azərbaycan ABŞ-dan daha üstündür, çünki insanın təhlükəsiz yaşamaq hüququ baxımından Azərbaycanla həqiqətən müqayisə oluna bilən ikinci ölkə bəlkə də yoxdur. Bunlar o deməkdir ki, Azərbaycanın müstəqil inkişaf yolu doğrudur, bundan sonra da müdafiə olunmalıdır, Avropa Oyunları kimi müstəqil addımları inamla davam etdirməlidir. İnanıram ki, iki gündən sonra açılış mərasimi uğurla baş tutacaq".
"İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə isə deyib ki, ABŞ-da insanlığa qarşı atılan addımlar narahatlıq doğurur. Onun sözlərinə görə, ABŞ-da yetkinlik yaşına çatmayan gəncin edam olunması bu ölkədə vəziyyətin nə yerdə olduğunu göstərir: "ABŞ-ın başqa ölkələrin daxili işlərinə qarışması tamamilə yolverilməzdir. ABŞ-da qaradərili insanlara kifayət qədər təqib və təzyiqlər varsa, hansı demokratiyadan danışa bilərlər? Sadəcə, insan hüquqlarını bəhanə edərək başqa ölkələrin daxili işlərinə qarışmağa çalışırlar. İnsan hüquqlarına hörmət etməyən ölkənin başqa ölkələrdə bunu bəhanə edərək həmin ölkənin daxili işlərinə qarışması ikili standartdır. Azərbaycana qarşı "qara piar" kampaniyasına ABŞ-dan başlanması da təsadüfi deyil. Onlar yeni müstəqillik qazanmış ölkələri öz təsir dairələrinə salmağa çalışırlar".
Tədbirdə bir sıra başqa çıxışlar da oldu.
 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər - FOTO

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ