şənbə günü, 28 noyabr 2026
     

Bakı-2015 beynəlxalq medianın gündəmindən düşmür

Image


Ölkəmizin ev sahibliyi etdiyi Bakı-2015: Birinci Avropa Oyunlarına artıq dünyanın bir sıra dövlətləri, media qurumları ciddi dəstək verir. Birinci Avropa Oyunları ilə bağlı ölkə mətbuatı ilə yanaşı, xarici mətbuatda da kifayət qədər məlumatlar yer alır. Artıq bütün dünyanın diqqəti Azərbaycana yönəlib, beynəlxalq mətbuat Bakı-2015: Birinci Avropa Oyunlarına hazırlıq prosesini, ölkəmizdə görülən işləri, indiyə qədər əldə edilən uğurları geniş şəkildə işıqlandırmaqda davam edir.
O da məlumdur ki, 2 minə yaxın mətbuat orqanı Bakı-2015: Birinci Avropa Oyunlarını işıqlandıracaq. Yerli media təmsilçiləri ilə yanaşı, əcnəbi jurnalistlər də Bakı-2015: Birinci Avropa Oyunları Təşkilat Komitəsində qeydiyyatdan keçib.
Bu mötəbər Oyunlara qarşı bəzi qüvvələr nə qədər qaralama kampaniyası aparsa da, heç bir nəticə vermir. Çünki həqiqəti görən, duyan və təbliğ edənlər çoxdur və haqlıdır.
Qeyd etdiyimiz kimi Bakı-2015: Birinci Avropa Oyunları ilə bağlı müxtəlif xarici ölkələrin mətbuatında maraqlı yazılar dərc edilir.

Avropa Stolüstü Tennis Federasiyasının saytında Bakı-2015 Birinci Avropa Oyunları ilə bağlı məqalə dərc olunub

AzərTAc xəbər verir ki, Avropa Stolüstü Tennis Federasiyasının internet səhifəsində Bakı-2015 Birinci Avropa Oyunlarının açılış mərasiminə bütün biletlərin artıq satıldığı barədə məlumat yer alıb.
Federasiyanın internet səhifəsindəki məqalədə Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleqin müsahibəsi yer alıb.
S.Kleq müsahibəsində bildirib ki, Birinci Avropa Oyunlarını keçirmək Azərbaycanın idman tarixində ən böyük hadisə olacaq: "Biz bununla fəxr etməliyik. Artıq 30 aydır ki, biz bu heyrətamiz şou üzərində işləyirik və xəyalları gerçəkliyə çevirməyə nail olmuşuq. Bütün bunlarla yanaşı, Avropanın son 50 illik idman tarixində ilk dəfə olaraq açılış mərasiminin keçiriləcəyi stadionda bir dənə də boş yer olmayacaq. 78 faizi yerli vətəndaşlardan ibarət bütün BEGOC heyətinə bu möhtəşəm işə verdikləri töhfəyə görə təşəkkür edirəm. Birinci Avropa Oyunlarına olan maraq biletlərin satışında özünü göstərir. Təkcə açılış mərasiminin deyil, yarışların biletləri də sürətlə satılır".
BEGOC-un bilet satışı şöbəsinin rəhbəri Mirjam Bogatajın müsahibəsinə istinadən yazıda qeyd olunur ki, satılan biletlərin orijinallığına əmin olmaq üçün ən yaxşısı biletləri Bakıdakı və Mingəçevirdəki kassalardan əldə etməkdir.
AzərTAc-ın məlumatına görə, sözügedən saytda bildirilir ki, bilet əldə edə bilməyənlər üçün açılış mərasimi Oyunların rəsmi internet səhifəsi Baku2015.com-da canlı yayımlanacaq. Mərasim başa çatdıqdan sonra tədbirin 10 dəqiqəlik icmal videosu da sayta yerləşdiriləcək.

Belarusun CTV telekanalı Bakı-2015 İlk Avropa Oyunları ilə bağlı geniş reportaj hazırlayıb

Belarusun CTV kanalı Bakı-2015 İlk Avropa Oyunları ilə bağlı geniş reportaj hazırlayıb. Bu barədə AzərTAc telekanalın rəsmi internet səhifəsinə istinadən məlumat verib. Belarus telekanalının hazırladığı reportajda 150 atletlə təmsil olunacaq Belarus komandasının heyətində müxtəlif idman növləri üzrə Olimpiya, dünya, Avropa çempionları və mükafatçılarının yer aldığı vurğulanır.
Süjetdə bədii gimnastika üzrə dəfələrlə dünya və Avropa çempionu Yekaterina Qalkina və Olimpiya çempionu, kanoeçu Andrey Boqdanoviçlə müsahibələrə yer verilib. Bakıda İlk Avropa Oyunlarında mübarizə aparmağın çox həyəcanlı olacağını deyən atletlər uğur qazanmaqla tarixə düşmək istədiklərini qeyd ediblər.

Almaniyanın "Sport1.de" saytı: Bakı-2015 Avropa idmanı üçün yaxşı başlanğıcdır...

Almaniyanın yunan-Roma güləşi üzrə Avropa çempionu Frank Stabler Azərbaycanda keçiriləcək Birinci Avropa Oyunlarında qızıl medal qazanmaq niyyətindədir. İlk Avropa Oyunları ilə bağlı fikirlərini Almaniyanın "sport1.de" saytı ilə bölüşən F.Stabler Bakıda əsl idman rəqabətinin olacağını bildirib. AzərTAc-ın məlumatına görə, F.Stabler Almaniya mətbuatına Oyunlarla bağlı fikir bildirib: "Mən qızıl medal uğrunda mübarizə aparacağam. Hesab edirəm ki, əsl idman mübarizəsi üçün Azərbaycandan daha yaxşı yer ola bilməz. Çünki Bakıda 12 min tamaşaçı qarşısında tatamiyə çıxacağıq. Biz güləşçilər meydanda olarkən həmişə qızğın atmosferin olmasını arzulayırıq. Almaniyada güləş çempionatlarının nadir hallarda 1000 nəfər tamaşaçısı olur. Ümid edirəm ki, Bakıda daha böyük atmosferlə qarşılaşacağam".
Almaniyalı güləşçi Bakı-2015 İlk Avropa Oyunlarını Avropa idmanı üçün yaxşı başlanğıc adlandırıb.
Qeyd edək ki, Bakı-2015: Birinci Avropa Oyunları ilə bağlı son həftələr davamlı olaraq xarici mediada maraqlı məlumatlar yer alır. Bu yazılarda ölkəmizin ev sahibliyi ilə keçirilən Birinci Avropa Oyunlarına ciddi dəstək verilir.
Onu da bildirək ki, srağagün Bolqarıstanın "24 Çasa" qəzetində İlk Avropa Oyunları barədə məqalə dərc edilib. AzərTAc-ın Sofiyadakı əməkdaşı bildirib ki, Bolqarıstanın nüfuzlu "24 Çasa" qəzetində Azərbaycanın bu ölkədəki səfiri Emil Kərimovdan Bakıda keçiriləcək Birinci Avropa Oyunları ilə bağlı götürülən müsahibə əsasında məqalə dərc edilib. "Azərbaycan Bakıda keçiriləcək Birinci Avropa Oyunlarında iştirak edəcək 6000 idmançını qəbul etməyə hazırdır" sərlövhəli məqalədə səfir İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi barədə danışaraq bu qərarın 2012-ci ildə Romada Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında qəbul olunduğunu diqqətə çatdırır. Diplomat Oyunlarda 20 idman növündə 6000-dən çox atletin iştirak edəcəyindən, ümumilikdə, 253 medal dəsti uğrunda mübarizənin aparılacağından bəhs edir. Bundan əlavə, səfir Oyunların yüksək səviyyədə keçirilməsi məqsədilə 2013-cü il yanvar ayının 17-də Prezident İlham Əliyev tərəfindən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sədrliyi ilə Bakı-2015 İlk Avropa Oyunlarının Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzalandığını diqqətə çatdırır.
AzərTAc bildirir ki, E.Kərimov Azərbaycanın və dünyanın idman tarixində əlamətdar hadisə olan Bakı-2015-in məşəlinin bu il aprelin 26-da alovlandırılması mərasimindən söz açaraq, Prezident İlham Əliyevin, xanımı, İlk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin həmin mərasimdə iştirak etmələrindən, Birinci Avropa Oyunlarının məşəlinin səyahətindən danışıb. Diplomat İlk Avropa Oyunlarının keçiriləcəyi idman kompleksləri barədə də ətraflı məlumat verərək açılış mərasiminin yeni inşa edilmiş 68 min nəfərlik Bakı Olimpiya Stadionunda baş tutacağını qeyd edir. Vurğulanır ki, Oyunlar müddətində idmançılar və komanda rəsmiləri 7300 nəfərlik Olimpiya Kəndində yerləşdiriləcək.
Qeyd olunur ki, son 10 ildə ölkədə bir çox beynəlxalq yarışlar keçirilib. Bədii gimnastika üzrə dünya kuboku yarışları və Avropa çempionatı, boks üzrə dünya çempionatı, gənc qadınlar arasında futbol üzrə dünya çempionatı, sərbəst güləş üzrə Avropa çempionatı və s. buna misaldır.
Yazıda o da qeyd edilir ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra idmana xüsusi diqqətin ayrıldığını, 1994-cü ildə ümummilli lider Heydər Əliyevin fərmanı ilə Gənclər və İdman Nazirliyinin yaradıldığını, gənclər və idman siyasətinin əsasının Ulu Öndər tərəfindən qoyulduğunu diqqətə çatdıran E.Kərimov aparılan müdrik siyasət nəticəsində 1994-2003-cü illər ərzində Azərbaycan idmançılarının beynəlxalq və dünya yarışlarında 456 qızıl, 360 gümüş və 515 bürünc medal qazandıqlarını xatırladıb. Diplomat 1997-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçilmiş dövlətimizin başçısı İlham Əliyevin gördüyü böyük işlər nəticəsində ölkəmizin Olimpiya Hərəkatında yeni bir dövrün başlandığını diqqətə çatdırır. O, Azərbaycanın Olimpiya Oyunlarında əldə etdiyi nailiyyətlər haqqında da məlumat verir.

İsveçrə Teleqraf Agentliyi də Bakı-2015-dən yazıb...

AzərTAc xəbər verir ki, iyunun 9-da İsveçrə Teleqraf Agentliyi (SDA/ATS) Bakıda keçiriləcək Birinci Avropa Oyunları barədə məqalə yayıb. Məqalədə gimnast Culya Steinqruberin Avropa Oyunlarında İsveçrənin bayraqdarı olacağı bildirilir. Agentliyə müsahibəsində Culya Steinqruber İsveçrə Olimpiya Komitəsinin qərarından məmnun olduğunu deyib.
Məqalədə qeyd edilir ki, 13 iyun İsveçrə komandası üçün çox vacib gün olacaq. Həmin gün London Olimpiadasının qalibi, triatlonçu Nikola Spriq Rio-de-Жeneyroda keçiriləcək Olimpiadaya lisenziya qazanmaq üçün yarışacaq. Eyni gündə velosipedçilər Жolanda Nef və Nino Şurter də qızıl medal uğrunda mübarizə aparacaq.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər - FOTO

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ