şənbə günü, 28 noyabr 2026
     

“Amnesty İnternational”ın fəaliyyəti: etnik separatizmə dəstək və siyasi reketirlik - TƏHLİL

Image


Azərbaycan dünyada çox az dövlətin üzərinə götürə bildiyi, arzusunda olduğu böyük bir missiyanı yerinə yetirmək ərəfəsindədir. Avropa Oyunları miqyasına görə dünyanın ən böyük idman yarışlarının ilk onluğuna daxildir. Avropa Oyunları formatında kütləvi tədbirlərin mahiyyətində humanizm prinsipləri dayanır.

Hələ qədim dövrlərdən bəri müxtəlif etnik, dini, sosial təbəqələr aralarında ziddiyyətlərin, qarşıdurmaların dayandırılması yolları aranan zaman kütləvi idman tədbirləri ən uğurlu seçim sayılıb. Olimpiadalar zamanı hətta müharibələr dayandırılır, bir-birinə qarşı silah qaldıran dövlətlər gücünü savaş meydanında deyil, idman arenasında sınamağa razılıq verirdi. Buna razılaşmayan tərəflər bütün dünya tərəfindən təcrid olunur, rədd edilir, qəbul olunmurdu. Belə yanaşma Olimpiya Oyunlarının humanist xarakterini daha da gücləndirir və əsrlər keçməsinə rəğmən hələ də kütləvi idman tədbirlərinə sülhün təbliği üçün ən önəmli vasitə kimi baxılır.

Azərbaycan I Avropa Oyunlarına ev sahibliyi edir, Azərbaycan eyni zamanda münaqişədən zərər çəkən, Ermənistanın işğalçı siyasətinin qurbanı olan, müharibə vəziyyətində yaşayan bir ölkədir. Buna rəğmən ölkə ilk Avropa Oyunları kimi böyük bir missiyanı həyata keçirməyi öz üzərinə götürməyi bacarıb. Bakı bu öhdəliyi götürməklə həm də bütün dünyada münaqişələrin sülh və anlaşma yolu ilə həllinə tərəfdar olduğunu nümayiş etdirir, işğala məruz ölkə olmasına rəğmən, dinindən, dilindən, irqindən asılı olmayaraq bütün insanların bir araya gələrək gücünü müharibə meydanlarında deyil, idman meydanlarında sınamasını məqbul sayır. Günümüzdə bu mesajı dünyaya Azərbaycanın verməsi ikiqat vacibdir, çünki bu, həm də 1 milyon qaçqın və məcburi köçkünü olan, torpaqlarının 20 faizi işğal edilmiş bir ölkənin mesajıdır. Təkcə dünyaya verdiyi elə bu mesaj səbəbilə Avropa Oyunlarına ev sahibliyi edən ölkənin missiyası alqışlanmalı və dəstəklənməlidir.

Əslində alqışlanır və dəstəklənir. Avropa ölkələri qitə yarışlarında iştirak etməklə həm də Azərbaycanın bu missiyasına dəstək vermiş olurlar. Qitənin bir ölkəsi belə bu yarışlardan kənarda qalmayıb, hətta Azərbaycan torpaqlarının bir hissəsini işğal etmiş Ermənistanın belə Avropa Oyunlarında iştirakı rəsmi Bakı tərəfindən təmin olunub. Digər tərəfdən Avropa Oyunlarının açılış mərasiminə Avropa dövlətlərinin hökumət və dövlət başçılarının, nazirlərin, Avropa Olimpiya Komitəsi rəhbərliyinin, beynəlxalq federasiyaların rəhbərlərinin qatılması göstərir ki, qitə Azərbaycanın bu humanist missiyasına açıq şəkildə dəstək verir.

Günün real mənzərəsi bundan ibarətdir. Bu mənzərəni inkar etmək, tabloya xələl gətirəcək çalarlar vurmaq Avropa Oyunlarının humanist missiyasını rədd etmək deməkdir. Təəssüf ki, bunu edən marginal qruplar yox deyil. Ən maraqlısı odur ki, günümüzün ən kütləvi miqyaslı humanitar xarakterli tədbirinə xələl gətirmək istəyənlər "human”, yəni insan, insan haqları faktorunu ön planda saxlayan beynəlxalq təşkilatlardır. Əslində bu cümlədə "human” sözündən öncə "guya” sözünü yazmağa ehtiyac var, çünki, belə marginal qrupların göstərdiyi fəaliyyətin insan haqlarına heç bir aidiyyəti yoxdur. Əgər, insan haqlarının müdafiəsi məsələn "Amnesty İnternational” üçün doğrudan da əhəmiyyətli olsaydı, diqqəti Azərbaycanda 1 milyondan çox insanın qaçqın və köçkün durumuna düşməsi üzərinə yönəldərdi. Qaçqınlıq dünyada insan haqlarının toplu şəkildə pozulduğu bir durumdur. Bu duruma düşən insanların birgə yaşayış, mülkiyyət, təhsil, səhiyyə hüquqları toplu şəkildə pozulur. Azərbaycanda işğal faktoru nəticəsində hər 9 nəfərdən biri öz təbii hüquqlarından məhrum olub, bu fakt "Amnesty İnternational”, "Human Right Watch”, "Sərhədsiz reportyorlar” kimi hüquq müdafiə təşkilatlarının əsas diqqət mərkəzində olmalıdır.

Amma deyil. Niyə? Çünki bu təşkilatların missiyası heç də insan haqlarını müdafiə etmək deyil, əksinə siyasi maraq qruplarının sifarişini yerinə yetirməkdir. Siyasi maraq qrupları dedikdə, dünyanın bütün dövlətlərində öz iqtisadi maraqlarını təmin etməyə çalışan, daha çox maddi gəlir əldə etmək istəyən marginal qruplar nəzərdə tutulur. Bu qruplar öz fantastik gəlirlərini daha da artırmaq üçün dövlətlərə qarşı təzyiq mexanizmləri formalaşdırır və bunun üçün insan haqlarını müdafiə edən təşkilatlardan istifadə edirlər. "Amnesty İnternational” kimi təşkilatlar belə qrupların əlində alətdir. Bu səbəbdən məsələn Türkiyədə 35 mindən çox insanın terror qurbanı olduğu faktı "Amnesty İnternational”ı maraqlandırmır, onlar insan haqlarını bəhanə gətirərək Türkiyədə separatizmə açıq dəstək verirlər. Yaxud İraqda müharibələrin qurbanı olan milyonlarla insanın hüquqları "Amnesty İnternational”ın eyninə deyil, çünki onları transmilli korporasiyaların, siyasi qrupların İraqın gəlirli neft sektorunu ələ keçirməsi, bu sektorda böyük pay sahibi olması daha çox maraqlandırır.

Bu misalların sayının dəfələrlə artırmaq olar. Amma faktları ümumiləşdirdikdə "Amnesty İnternational”ın fəaliyyətində ümumi və insan haqları ilə zərrə qədər uyğun gəlməyən bir tendensiya müşahidə olunur. Bu təşkilat bütün ölkələrdə etnik separatizmi açıq şəkildə dəstəkləməklə məşğuldur. Səbəbini söyləmək artıqdır - separatizm dövlətlərin bütövlüyünü sarsıtmaq, qeyri-stabilliyi artırmaq üçün əsas vasitələrdən biridir. "Amnesty İnternational” ona maliyyə ayırna marginal qrupların sifarişini həyata keçirmək üçün məhz bu vasitədən gen-bol yararlanır. Türkiyə, İraq, Rusiya, Çin, Balkanlar, Azərbaycan... "Amnesty İnternational” separatçı hərəkatları dəstəklədiyi ölkələrin, regionların siyahısını daha da artırmaq olar. Təkcə bu tip beynəlxalq təşkilatların illik hesabatlarında Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsini ayrıca subyekt kimi təqdim etməsini xatırlamaq kifayətdir. Bu faktın özü "Amnesty İnternational”ın insan haqlarına necə "önəm” verdiyini sübut edir. Orta statistik azərbaycanlı Dağlıq Qarabağ ayrıca hüquqi subyekt kimi qəbul edən "Amnesty İnternational”ın ölkəmizlə bağlı hesabatlarının obyektiv olmasına niyə və necə inanmalıdır? Və o hesabatlarda 1 milyondan çox hüququ pozulmuş insan barədə bir kəlmə belə yer almırsa, "Amnesty İnternational”ın bitərəfliyini necə qəbul etmək olar?

Qəbul etmək olmaz, çünki "Amnesty İnternational”ın artıq yaradılan zaman üzərinə götürdüyü missiyadan artıq tam uzaqlaşdığını, transmilli korporasiyaların əlində alətə çevrildiyini dünyada hər kəs anlamağa başlayıb. Bu baxımdan "Amnesty İnternational”, "Freedom House”, "Human Right Watch” kimi təşkilatların hansısa ölkəyə qarşı fəaliyyətləri ictimai şurda tam əks effekt verir. Bu, belə anlama gəlir - əgər bir dövlət "Amnesty İnternational”ın "hücumuna” məruz qalırsa, demək bu, transmilli korporasiyaların, Corc Soros kimi avantüristlərin başında durduğu siyasi qrupların həmin ölkəyə hücumudur. Və əgər siyasi qruplar bir ölkəni hədəfə alıblarsa, deməli o ölkədən ilk növbədə maddi, iqtisadi umacaqları var. Başqa sözlə desək, "Amnesty İnternational”ın fəaliyyəti siyasi reketirlikdir. Lakin hər dövrün öz gerçəklikləri var, bu gün dünya bir dövlətin idarə edə biləcəyi dünya deyil və ötən əsrin son onilliklərində uğurla tətbiq olunan siyasi reketirlik kimi üsullar artıq 21-ci əsrdə işə yaramır.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər - FOTO

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ