şənbə günü, 28 noyabr 2026
     

London aksiyası: Qərb texnoloqlarını ifşa edən daha bir addım - TƏHLİL

Image


London aksiyasının təşkilatçısı

İyunun 12-də BP şirkətinin Londondakı baş ofisi qarşısında etiraz aksiyasının keçirilməsi planlaşdırılıb. Platform Londonun təşkilatçılığı ilə keçiriləcəyi elan edilmiş aksiyanın vaxt və məkanı təsadüfi seçilməyib: eyni gündə Bakıda I Avropa Oyunlarının açılış mərasimi olacaq. Aksiya ""Neft "oyunlarının” qarşısında dur” şüarı ilə başlanan kampaniyanın tərkib hissəsidir.
Londonda yerləşən bir təşkilatın stereotipləri qıraraq Böyük Britaniya maraqlarının təmsilçisi olan şirkətə qarşı çıxış etmək cürəti tapması heç də heyrətləndirici deyil. Aksiya təşkilatçılarını cürətləndirən məqam, hədəfin Azərbaycan olmasıdır. Platform London-un "BP-yə qarşı etirazının” səbəbi BP şirkətinin Bakıda keçirilən I Avropa Oyunlarının sponsorları sırasında durmasıdır. QHT təmsilçiləri elan ediblər ki, "Azərbaycanda insan haqlarının durumundan narahatdırlar və BP insan haqları ilə bağlı narahatlıq olan ölkədə keçirilən tədbirə dəstək verməməlidir”. Aksiya iştirakçıları BP ofisindən sonra Azərbaycanın bu şəhərdəki səfirliyi qarşısında toplaşmağı planlaşdırırlar.
Aksiyanı əzəmətli göstərmək üçün PL bütün vasitələrdən istifadə edib. Təşkilat bir həftə öncədən mediada elan verib, sosial şəbəkələrdə kampaniya başladıb. Bakıya gəlmiş idmançılara və jurnalistlərə ünvanlanmış bəyanat da hazırlanıb və aksiya zamanı oxunacağı ehtimal edilir. Bəyanatın məzmunu "Həbsdə olan hüquq müdafiəçilərinin və jurnalistlərin azadlığa buraxılmasına yardım göstərmək”dən ibarətdir. Həmçinin, aksiyanın gedişində BP-nin Azərbaycanda fəaliyyətinə həsr edilmiş və daha çox Azərbaycanın tənqidi üzərində qurulmuş kitabın təqdimatı keçiriləcək.
Yuxarıda təsvir edilənlər Platform Londonun rəsmi açıqlamalarından götürülüb. Açıqlamaya ilk baxışdan belə təəssürat yarana bilər ki, guya Azərbaycanda insan hüquqları ilə bağlı durum "normal deyil”. Dünyanın yüksək imicli təşkilatları isə beynəlxalq ictimaiyyəti səfərbər etməklə Avropanın aparıcı paytaxtlarından birində çox ciddi aksiya keçirib, bu "qeyri-normallığın” aradan qaldırılmasına çalışır.
Amma qısa bir araşdırma aparmaq kifayət edir ki, təqdimatı təmtəraqlı olan bu mətnin aldadıcı köpükdən başqa bir şey olmadığı üzə çıxsın. AntiAzərbaycan ovqatı aksiyanın sifarişçilərini və təşkilatçılarını o qədər çaşdırıb ki, ilk baxışdan özlərini ifşa edəcək faktları yığışdırmağı unudublar. Azərbaycanda insan hüquq və azadlıqları barədə PL-in yanlış təqdimatı bir yana, təşkilatın özünün durumu, qeyri-məqbul imici, təşkil etmək istədiyi aksiyanın qeyri-ciddiliyi və ən əsası, aksiyanın real səbəbləri barədə qeyri-səmimi açıqlamaları aşkara çıxaracaq arqumentlər ortada qalıb.

Reallıq

Platform Londonun vergidən yayınma və digər maliyyə maxinasiyalarına görə həbs edilmiş Rəsul Cəfərovun müdafiəsi üçün sosial şəbəkələrdə apardığı 7 günlük onlayn kampaniyanı yalnız 2 nəfər dəstəkləyib. Xədicə İsmayılovaya həsr edilmiş kampaniyanın dəstəkçiləri isə 3 nəfərdir, baxmayaraq ki, təşkilat facebook kampaniyası çərçivəsində dəstək almaq üçün ümumi elan verməklə yanaşı, 694 nəfərə adlı müraciət göndərib . Amma bütün bunlardan sonra nəinki ciddi sosial dəstək ala bilməyib, əksinə, kampaniyanı tənqid edənlər tapılıb.
Təbii, məqalənin dərcindən sonra, "yanlışlarını” aradan qaldırmaq üçün facebookda "Like”-ləri sürətlə artıracaqlarını istisna etmirik. Həmçinin, keçirəcəkləri piket zamanı sifarişçilərinə göstəriş olaraq "süni izdiham yaratma” vasitələrindən sui-istifadə edəcəkləri də gözləniləndir. Qərb texnoloqları tərəfindən dəfələrlə sınanan bu taktika aksiya hazırlayan QHT-lərə ən sıx tövsiyə olunanlar sırasındadır: əhalinin intensiv axın etdiyi yerdə durub buklet paylamaq adı ilə adamı bir neçə saniyəlik ləngitmək kifayət edir. Marağında olmayan mövzuya həsr edildiyini görüncə, adam təqdim edilmiş bukleti zibil qabına tullasa da, fərq etməz, bu, heç nəyi dəyişmir: artıq aksiya təşkilatçısının təlimatlandırılmış fürsətçil fotoqrafları onu şəklə çevirərək arxivləşdiriblər. Bu, reallıqda 2 nəfər dəstəkçisi olan kampaniyanın auditoriyaya izdihamlı təqdimatı üçün yetərlidir. "Beynəlxalq ictimai rəy Azərbaycana qarşıdır” tezisini isbatlamaq istəyənlər bir neçə saat ərzində yüzlərlə adamın aksiya təşkilatçısı ilə "həmrəylik nümayiş etdirən” şəkillərini paylaşıb sifarişi tamamlamış olurlar.
PL-in rəsmi internet saytında yerləşdirilmiş məlumatdan aydın olur ki, onun nəinki üzvlər baxımından dəstəkçiləri yoxdur, ümumiyyətlə nüfuzlu şəbəkələrlə də effektiv əlaqə qura bilməyib. PL-in adı ekoloji müdafiə üzrə ixtisaslaşmış nüfuzlu beynəlxalq şəbəkələrin siyahısında yoxdur. Tərəfdaşı kimi yalnız Nigeriyada yerləşən Təbiət Hüquqları Aksiyası (Enviromental Rights Action) və Avropada təbiətin dostlarını (Friends of the Earth Europe) göstərib. Baxmayaraq ki, Friends of the Earth Europen onu özünün tərəfdaşı sayması barədə rəsmi saytında heç bir qeyd verməyib. PL ekoloji məsələlərə dair məşhur QHT şəbəkə və birliklərinin heç birində: nə Qlobal Ekoloqlar Fondunda (http://www.globalenvironmentfund.com), nə də Ekoloqların beynəlxalq şəbəkəsində (http://www.environmentnetwork.org ) üzvlüyə layiq görülməyib. BMT-nin Ətraf Mühit (Ekoloji) Proqramının ( http://www.unep.org/ ) ekoloji sahədə uğurlu fəaliyyət göstərən QHT-lər siyahısında da PL-in adına təsadüf olunmur. İnsan hüquq müdafiəçiliyi sahəsində də, PL-in hər hansı addımı qeydə alınmır. Təşkilat bu sahədə fəaliyyətini Amnesty İnternational-la həmrəy olduğunu bildirməklə çərçivələndirir.
1983-cü ildə təsis olmasına baxmayaraq, PL-in 32 illik fəaliyyəti dövründə cəmi 3 yadda qalan aksiyası (daha doğrusu, araşdırması) olub ki, bunların da hər biri Böyük Britaniyanın hədəfində olan regionlara yönəlməklə, dolayısı ilə bu ölkənin maraqlarının müdafiəsi məqsədini güdüb. Yadda qalan aksiyalardan biri 2002-ci ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinə həsr edilib. Bakı-Tbilisi- Ceyhan neft kəmərinin ekoloji problemlər yarada biləcəyini səbəb göstərməklə aparılan kampaniya, nəticə etibarilə Azərbaycanın neft gəlirlərində güzəştə getməsi üçün aparılan ümumi kampaniyanın tərkib hissəsi olub. Bu cür sifarişli aksiyalardan kənarda, PL-in hansısa ciddi bir aksiyası nəzərə çarpmır. Zatən, rəsmi büdcəsi "10-35 avroluq ianələrdən ibarət olan” (http://platformlondon.org/donate/ ) bu təşkilatdan fərqli gözlənti də yoxdur.
GONGO-ları (Qeyri-rəsmi olaraq hakimiyyətlərin maraqlarına xidmət üçün yaradılan Qeyri-Hökumət Təşkilatları) təkcə hakimiyyətlər yaratmırlar. Transmilli şirkətlərin də QHT sektorunda qeyri-rəsmi tərəfdarlar yaratdıqlarını hər kəs bilir. Nüfuz etdikləri ölkələrdə ictimai rəyi nəzarətdə saxlamaq üçün hər bir transmilli şirkətin beynəlxalq statuslu onlarla QHT (GONGO tipli) yaratması taktikası yeni deyil. Həmin "Beynəlxalq QHT”nin "yerli tərəfdaşları” vasitəsilə iş qurduqları ölkələrin ictimai sektorunu nəzarətə götürməklə, transmilli şirkətlər bu ölkələrin hökumətlərinə təsir etmək mexanizmi qazanıb, öz maraqlarını diktə etmiş olurlar. Təbii, özlərinə qarşı formalaşa biləcək etirazları önləmək üçün də bu QHT-lərdən istifadə variantı çox əlverişlidir. Bu baxımdan PL-in son aksiyasını onun BP-nin peykləri sırasında yerini möhkəmlətmək çabası kimi də qiymətləndirmək olardı. BP təmsilçilərinin 05 iyun tarixdə BBC-yə verdikləri açıqlamada PL-in etirazlarını əhəmiyyətsiz saydıqlarını elan etmələrindən sonra PL-in aksiya keçirməkdə israr etməsi isə məsələdə fərqli məqamların olması ehtimalını da artırır.
PL-lə bağlı məsələnin araşdırılması zamanı ciddi məqamlar diqqəti çəkir. Missiyası ekoloji maarifləndirmə olan və uğur qazana bilməsə də, 32 il müddətində bu sahəyə nüfuz etməyə çalışan bir təşkilatın gözləniləmədən aktivləşərək Londonda insan hüquqlarının müdafiəçisi qismində təqdim edilməsi maraq doğurmaya bilməz. İnsan hüquqları sahəsində ixtisaslaşmış onlarca QHT varkən, künc-bucaqda unudulmuş qeyri-ixtisaslı birini tapıb tozunu təmizləmək kimə və nə üçün lazımdır? Sualın cavabını PL-in insan hüquqlarının müdafiəsi sahəsində ilk debütünü antiAzərbaycan aksiyalara qoşulmasında axtaraq. Cavab axtarışı təkcə PL-lə bağlı deyil, həm də ümumilikdə antiAzərbaycan kmpaniyasını idarə edən Qərb texnoloqlarının faydalandıqları çirkin texnologiyalar, həmçinin, onların üzləşdikləri çıxılmaz durum barədə əhəmiyytli bilgilər verir.

Qərb texnoloqları üçün dilemma

Azərbaycana qarşı son bir ildə aparılan qərəzli kampaniya, əslində, bu kampaniyanın təşkilatçıları olan Qərb texnoloqları üçün bumeranq effekti verdi. Ümumi kontekstdə son bir il təkcə Azərbaycanda deyil, bütövlükdə postsovet məkanında Qərb illuziyasının iflas dövrü kimi xarakterizə edilə bilər. Avropa Birliyinin Şərq Tərəfdaşlığı Proqramı müstəvisində 2013-cü ilin noyabrında başlanan böhran, paralel olaraq Avropanın özündə uzun müddət dondurulmuş sosial-iqtisadi, siyasi və ən əsası, mənəvi böhranı aktivləşdirmiş oldu. Ukrayna üzərində oynanılan oyun, postsovet məkanının Qərb üçün tərəfdaş deyil, böyük savaşlar üçün nəzərdə tutulmuş qurbanlıq olduğu faktını ortaya qoydu. Qonşuları vuruşdurmaq, ölkələri qarışdırmaq, daxili çəkişmələri qızışdırmaq fonunda öz maraqlarını təmin etmək taktikasından faydalanmaq bu məkanda nəinki Qərbə olan inamı sarsıdıb, paralel olaraq Qərbin bu oyunlarında hədəf olmaqdan yayınmaq çabalarını artırıb. Prosesin gedişində təkcə qorxunc niyyəti deyil, həm də Qərbin bu regionu qurbanlıq kimi yetişdirmək mexanizmləri ifşa edilib. Xüsusi olaraq vətəndaş cəmiyyəti institutlarından bu oyunda istifadə formalarının qarşısı alınıb.
Fəaliyyətlərinin ifşa edilməsi Qərb texnoloqları üçün gözlənilməz olub və çaşqınlıq yaradıb. Postsovet məkanı üzərində oyunları davam etdirmək üçün yeni metodlar kəşf edilməyib, köhnə metodlar isə ifşa edilib və keçərli deyil. Nə etməli? Müşahidə edilən budur ki, hələlik köhnə metodlardan simvolik dəyişikliklər etməklə faydalanmaq taktikası seçilib. Platform Londonun səhnədə peyda olmasını da bu kontekstdə izah etmək mümkündür. Səhnəyə yeni adlar çıxarılmasına ehtiyac yaranıb.

Qayana Arustamyanla Xədicə İsmayılovanı nə fərqləndirir?

20-21 may tarixlərində Riqada keçirilən Avropa Birliyi Şərq Tərəfdaşlıq Proqramı üzrə Birinci Media Konfransında yadda qalan hadisələrdən biri Ermənistanın araşdırmaçı jurnalisti (freelance) Qayana Arustamyanın məruzəsi olub. O, Avropa Şurasının insan haqları üzrə komissarı Nils Mujnieksin qatıldığı sessiyada Ermənistandakı durum barədə dolğun informasiya verilmədiyindən şikayətləndi. Bildirdi ki, may ayının ilk günlərindən başlayarq, ciddi şəkildə təqib olunmağa başlayıb. O, həbs təhlükəsi, hətta həyatına təhdidlərlə üz-üzədir. Buna baxmayaraq, nə dövlət orqanlarına ünvanladığı müraciətlərə lazımi cavab ala bilmir, nə də beynəlxalq təşkilatlardan istədiyi müdafiəni görmür. Məsələnin maraqlı tərəfi budur ki, məhz bu sessiyada Nils Mujnieks Ermənistanı deyil, Azərbaycanı "azad jurnalistikanın boğulduğu” ölkə kimi tənqid edir, Qayana Arustamyanın Azərbaycanlı həmkarı Xədicə İsmayılın həbsini təhrif olunmuş formada auditoriyaya çatdırmağa çalışır. Bu, onun ənənvi mövqeyidir. Amma cənab bir faktı nəzərdən qaçırır ki, iştirak etdiyi tədbir qapalı toplantı deyil, konfransın gedişi onlayn variantda canlı yayımlanır və bütün dünya, bu riyakarlığı şahidi olur (https://www.youtube.com/watch?t=4781&v=Xbr-BMiwy-c). Konfransın gedişində diqqət çəkən digər bir məqam ondan ibarətdir ki, həm konfrans iştirakçıları, həm də təşkilatçılar Avropa Birliyinin Şərq Tərəfdaşlıq Proqramı başlayandan sonra, proqrama daxil olan ölkələrdə medianın durumunun nənki inkişaf etmədiyini, əksinə, 6 illik dövrdə geriləmə müşahidə edildiyini vurğuladılar. Yaranmış durum Proqramın ideya müəllifləri və icraçılarının yarıtmaz fəaliyyətlərinin nəticəsi kimi şərh edildi.
Qısa bir müddət sonra, mayın sonunda isə Avropa məkanının media təşkilatlarının illik toplantısı keçirilir. Müzakirələrin yekunu belə bir faktı aşkarlayır ki, qitə ərazisində ən ağır durum Balkan ölkələrindədir. Bu bölgədə medianın ciddi problemi təkcə maliyyə böhranı deyil. Bölgə həm də medianın qeyri-rəsmi güclərin təsir dairəsinə düşməsindən, jurnalistlərin təqib və təzyiqlərlə üzləşməsindən əziyyət çəkir. Makedoniyadan olan freelance jurnalist Tomislav Kezarovskinin çıxışını göz yaşları boğur. O, ciddi şəkildə təqib və təhdid olunduğunu, jurnalist fəaliyyətini həyatı bahasına davam etdirdiyini bildirir. Amma sonuc yenə də maraqlı alınır: Avropa Birliyinin konfransa qatılmış təmsilçisi Azərbaycandakı durum barədə müzakirələr aparmağı təklif edir...
Misalların sayını onlarca artırmaq mümkün olsa da, vurğulamaq istədiyimiz məqamın oxucu üçün aydınlaşdığını düşünür və yenidən baş verənlərin Platform Londonun aksiyası ilə bağlılığı üzərinə dönməyi faydalı sanırıq.

AntiAzərbaycan kampaniyasına süni nəfəslik

Qərb texnoloqları on illər boyunca yürütdükləri effektsiz proseslərin, ikili, qərəzli münasibətlərinin, oyunlarının ifşa olunduğunu görüncə, vəziyyətdən çıxış üçün günahı ayrı-ayrı ölkələrin üzərinə yıxmaq taktikasını seçirlər. Təsəvvür edək: Qərbin müdaxiləsi postsovet məkanında heç bir problemi həll etməyib, mövcud münaqişələrdən heç biri həllini tapmayıb, bu region əhalisinin Qərbdən gözləntilərinin heç biri özünü doğrultmayıb. Təbii olaraq, Qərb texnoloqları yarıtmaz fəaliyyətlərinə görə hesabat verməlidir. Proseslərin bu yönə istiqamətlənməsinin qarşısını almaq üçün yeni taktika işlənir və regionun ayrı-ayrı ölkələrini istənilən bir ittihamla üz-üzə qoymaqla vəziyyətdən çıxmağa cəhd edilir. Onlar ictimai rəyi bu yönə istiqamətləndirmək üçün əvvəlcə ələ alınmış ayrı-ayrı "poulyar ekspertlərin müəllif yazılarından”, sonra beynəlxalq QHT-lərin aksiyalarından yararlanmağa çalışdılar. Azərbaycan bu kampaniyalara qarşı dayandı və qarşı tərəfin özünü ifşa edə bildi. Qərb texnoloqları məcbur olub "ağır-artilleriyanı” səhnəyə çıxarır, iyunun 5-də AŞ, ATƏT və BMT insan hüquqları üzrə komissarları birləşmiş bəyanat yayaraq güclərini birləşdirirlər. Azərbaycan vətəndaş cəmiyyəti institutları birgə cavab bəyanatı ilə çıxış edərək bu kampaniyanı da iflasa uğradır. Çıxılmaz durumdur, Qərb texnoloqlarının I Avropa Oyunlarından fürsət kimi yararlanıb Azərbaycanı güzəştlərə məcbur edəcəkləri planı iflasa uğrayıb, bu sahədə onların heç bir uğuru yoxdur. İndi son addımlarını atırlar. Amma səhnəyə çıxarmağa gücləri, deməyə sözləri, isbat üçün arqumentləri yoxdur. Məğlubiyyətlərini etiraf etməmək üçün son ehtiyatlarını meydana çıxarırlar, məsələn, künc-bucaqda qalmış Platform London kimi.
Mövzu ilə bağlı araşdırma apararkən, qarşımıza maraqlı bir fakt çıxdı. Xarici vətəndaş Ema Xyums iyunun 9-da Azərbaycana gələrkən axşam saatlarında Bakı aeroportunda saxlanılıb və hansısa çatışmazlığa görə geri qaytarılıb. Bu informasiyanın birtərəfli qaydada şişirdilərək Azərbaycana qarşı kampaniyada istifadə olunmasına qərar verilir. Bu yöndə ilk informasiya hər hansı bir informasiya agentliyində deyil, gecə yarısı Platform londonun saytında peyda olur. Həm də Rebeka Vinsentin təqdimatı ilə. Rebeka Vinsent imzası Azərbaycan oxucusuna yaxşı tanışdır: 2012-ci ildə Avrovizion müsabiqəsi Bakıda keçirilərkən, ölkəmizin uğurlarına kölgə salmaq üçün yaradılan Azərbaycan üzrə Beynəlxalq Əməkdaşlıq Qrupu adlı QHT koalisiyasının koordinatoru məhz bu xanım idi. Amma iflas oldu, onun apardığı antiAzərbaycan kampaniya nəticə vermədi, əksinə, Avrovizion Bakıda uğurla keçirildi və Azərbaycana şərəf gətirdi. Həm də Azərbaycana etimad göstərilərək, I Avropa Oyunlarının da Bakıda keçirilməsinə qərar verildi. 2015-ci ilin əvvəlində İdman və İnsan Hüquqları Koalisiyası yarandı. Bu Koalisiya da I Avropa Oyunları zamanı Azərbaycan əleyhinə mübarizə aparmalı idi, yenə də koordinatorlardan biri Rebeka Vinsentdir. Və yenidən məğlubiyyət: Azərbaycan vətəndaş cəmiyyəti institutları səfərbər olub bu Koalisiyanın fəaliyyətini də uğursuzluğa düçar etdilər. İndi Rebeka özünə yeni platforma seçmək məcburiyyətində qalıb: Platform London. Təcrübə imkan verir deyək ki, Rebeka və himayədarlarının bu aksiyası da iflasa uğrayacaq və özünüifşadan başqa bir nəticə verməyəcək. Rebekanın antiAzərbaycan ovqatda köklənməsi, onu antiAzərbaycan güclərlə bağlayan səbəblər barədə isə növbəti yazıda məlumat verəcəyik.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər - FOTO

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ