"Avropa Parlamentinin sessiyasının açılışı zamanı Azərbaycanda həbs edilmiş bəzi şəxslərin fotosundan ibarət köynəklərin bir qrup şəxs tərəfindən geyinilməsi kampaniyası elə adam tərəfindən təşkil edilib ki, o, daim siyasi yaramazlığı ilə tanınıb”.
Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli iyunun 8-də Avropa Parlamentinin vitse-prezidenti, Avropa Yaşıllar Partiyasının üzvü Ulrike Lunaçek və bir sıra avropalı parlamentarların qurumun sessiyasının açılış iclasına azərbaycanlı hüquq müdafiəçilərinin şəkilləri olan köynəklərlə qatılmalarına münasibət bildirərkən deyib.
Ə. Hüseynli qeyd edib ki, Lunaçekin missiyası əvvəldən bəllidir, onun ermənilər tərəfindən ruhlandırılması hamıya məlumdur: "Onların geyimlərində azadlıqlarını tələb etdikləri şəxslər burada konkret maddələr üzrə ittiham olunublar. Hansı ki, burada dövlətin, xalqın təhlükəsizliyindən, milli maraqlarından söhbət gedir. Əgər Lunaçek və onun yanındakılar həqiqətən demokratik prinsipləri əsas götürürlərsə, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, milli təhlükəsizliyi niyə onları düşündürmür? Ona görə ki, əməkdaşlıq etdikləri erməni lobbisi bunu onlara icazə vermir? Azərbaycanda insan haqları, söz azadlığı, demokratik prinsiplər kifayət qədər inkişaf edib və Lunaçek kimilərin burada nöqsan axtarması yersiz və xoş olmayan niyyətdən başqa bir şey deyil.