şənbə günü, 28 noyabr 2026
     

Paytaxt teatrları I Avropa Oyunları qonaqlarını qarşılamağa hazırdır?

Image


Bakı-2015: Birinci Avropa Oyunlarına bütün yaradıcı qurumların, mədəniyyət ocaqlarının, teatrların böyük dəstək verdiyi bəllidir. Elə bir mədəniyyət təşkilatı tapmaq çətindir ki, Birinci Avropa Oyunlarına dəstək məqsədilə silsilə tədbirlər təşkil etməsin. Bəlkə də heç elə bir qurum yoxdur. Mədəniyyətin aparıcı qollarından olan teatrlar bu sahədə öz fəallığı ilə diqqəti daha çox cəlb edir. Kütləvi maraq cəlb edən teatrlarımız Bakı-2015: Birinci Avropa Oyunlarının keçirildiyi günlərdə qonaq tamaşaçıların asudə vaxtının səmərli keçməsi və Azərbaycan teatr sənətini təbliğ etmək məqsədilə tamaşalar göstərəcək.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin saytına istinadən bildirək ki, ölkəmizin ev sahibliyi edəcəyi daha bir möhtəşəm tədbirə - Bakı-2015 İlk Avropa Oyunlarına teatrlar öz töhfəsini hazırlayır. Mədəniyyət ocaqlarının da bu mötəbər tədbirə ciddi hazırlaşdığını xəbər verən rəsmi saytda gedən məlumatlara görə, paytaxtın teatrları 50-dək ölkədən gələcək qonaqlar üçün maraqlı repertuar tərtib edib.
Məlumata görə, Birinci Avropa Oyunları müddətində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının repertuarındakı ən məşhur nümunələr səhnəyə çıxarılacaq. Tamaşaların libretto mətnləri ingilis dilinə tərcümədə təqdim olunacaq. Bundan başqa, proqram və afişalar Azərbaycan, rus və ingilis dillərində çap ediləcək. Nazirliyin saytında verilən xəbərə görə, qonaqlar "Leyli və Məcnun", "Trubadur", "Traviata" operalarını və "Yeddi gözəl", "Min bir gecə" kimi məşhur balet nümunələrimizi izləyə biləcək. Teatrın rəhbərliyi bu səhnə əsərlərinin bəzilərində aparıcı partiyaların ifası üçün məşhur opera və balet artistlərini dəvət edib. Fərəc Qarayevin "Qobustan kölgələri" baleti iyunun 17-də Qobustanda açıq səma altında da nümayiş etdiriləcək.
Akademik Milli Dram Teatrının rəhbəri, professor İsrafil İsrafilov nazirliyin saytına bildirib ki, Oyunlar müddətində kollektiv tam gücü ilə işləyəcək: "Bu dövrdə ölkəmizə gələn minlərlə qonağa zəngin mədəni proqramla xidmət göstərilməsi, əlbəttə ki, az əhəmiyyətli məsələ deyil. Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmrinə əsasən, paytaxtımızın müəyyən teatr və konsert salonları kimi, Akademik Milli Dram Teatrı da həmin günlərdə işçi rejimdə çalışacaq. Yəni biz tam gücümüzlə, repertuarımızda olan yüksək bədii səviyyəyə malik olan, artıq tamaşaçı rəğbəti qazanan səhnə əsərlərinə üstünlük verəcəyik".
Nazirliyin saytında verilən digər məlumata görə, Azərbaycan Dövlət Musiqili Teatrı da Avropa Oyunları ilə bağlı xüsusi tədbirlər planı hazırlayıb. Teatrın direktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayevin bildirdiyinə görə, iyun ayında 15 tamaşanın 24 dəfə nümayiş olunması nəzərdə tutulur: "Bu səhnə əsərlərinin siyahısına klassik, müasir və uşaq tamaşaları daxildir. Ölkəmizə dünyanın müxtəlif ölkələrindən qonaqların gələcəyini nəzərə alaraq repertuarımızda olan bir sıra əsərləri ingilis dilinə tərcümə etmişik. Həmin nümunələr ingilis dilində tərcümə sətirlər - müvafiq titrlər vasitəsilə əcnəbi qonaqlarımız üçün nümayiş olunacaq. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə yaradılan bu imkanlar bundan sonra tamaşalarımızın xarici dillərdə nümayişinə də imkan yaradacaq. Biz bu günlərdə artıq bu təcrübədən istifadə etmişik. Mayın əvvəlində Bakıda keçirilən Asiya İnkişaf Bankının Rəhbərlər Şurası illik toplantısının iştirakçıları - təqribən 70-ə yaxın dövləti təmsil edən 400-dək qonaq teatrımızda dahi Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" tamaşasını izlədi. Qonaqlar çox böyük zövq aldıqlarını bildirdilər. Yeri gəlmişkən, bildirim ki, eyni zamanda bir sıra tamaşalarımız rus dilində nümayiş olunacaq".
Azərbaycan Dövlət Rus Dram Teatrının məlum tədbir müddətindəki repertuarı da zəngindir. "Karamazov qardaşları", "Maskarad", "Müsyö Жordan və dərviş Məstəli şah", "Yeddi gözəl", "Yay gecəsində yuxu", "Büllur sarayda" kimi nümunələri səhnəsinə çıxaracaq teatrda premyera tamaşanın da nümayişi nəzərdə tutulub. Teatrın direktoru Ədalət Hacıyevin sözlərinə görə, bu, "Şəhrizadla daha bir gecə" tamaşasıdır. Direktor qalan nümunələrin ingilis dilində titrlər vasitəsilə nümayiş olunacağını dedi.
Gənc Tamaşaçılar Teatrının direktoru, əməkdar artist Mübariz Həmidov beynəlxalq tədbirlə əlaqədar müvafiq hazırlıq işləri gördüklərini bildirib: "Teatrımıza təşrif buyuracaq turistlərin tamaşalara daha rahat şəkildə baxmaları üçün cari repertuarımızda olan səhnə əsərlərinin ingilis dilinə tərcümə olunaraq səhnədəki qurğu ilə titrlər vasitəsilə ötürülməsi təmin ediləcək. Artıq teatrın cari ilin iyun ayı üçün nəzərdə tutulmuş repertuarı tərtib edilib. Qonaqlara dünya dramaturgiyasının ən məşhur nümunələri ilə bərabər, Azərbaycan milli dramaturgiyasından da klassik örnəkləri - "Müsyö Жordan və dərviş Məstəli şah", "Pəri cadu", "Şeyx Sənan" kimi sanballı səhnə əsərlərini təqdim edəcəyik. Teatrımız mədəniyyətimizi layiqincə təmsil etmək üçün son hazırlıq işlərini başa vurmaq üzrədir".
Azərbaycan Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadə beynəlxalq idman bayramında ölkəmizin mədəni səviyyəsini layiqincə təqdim etmək üçün səfərbər olduqlarını dedi: "Dənizkənarı Milli Parkda yerləşən teatr binamız daim turistlərin diqqət mərkəzində olur. Ona görə də teatrımızla maraqlanan hər bir turistə diqqətlə yanaşıb, onları maraqlandıran suallara cavab veririk. Yarış günlərinin repertuarı müəyyən olunub, teatrımıza gələcək qonaqların ən yüksək formada qarşılanması, nümayiş olunacaq səhnə nümunələri ilə bağlı məlumatlandırılması üçün vasitələr hazırlanır. Klassik və müasir əsərlərin əsasında hazırlanmış tamaşalarla qonaqların və tamaşaçılarımızın xidmətində olacağıq".
Paytaxt teatrları Bakı-2015: Birinci Avropa Oyunlarına gələn qonaqları qarşılamağa hazırdır. Artıq teatrların bəlli repertuarı var, bu istiqamətdə bütün zəruri işlər həyata keçirilib.





DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər - FOTO

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ