Bakı-2015 birinci Avropa Oyunları məşəlinin İçərişəhər estafetinə iyunun 9-da Alov qüllələrindən start verilib. Trend-in məlumatına görə, məşəl Bakıdakı bir sıra tarixi binalara aparıldıqdan sonra UNESCO-nun Dünya Mədəni İrs siyahısına daxil olan qədim İçərişəhərə gətirilib.
Bakı-2015 məşəlinin İçərişəhərdə səyahəti saat 16:00-da Kiçik Qala küçəsindən başlayıb. Məşəl Kiçik Qala küçəsi ilə Qoşa Qala Qapısı meydanına, daha sonra isə Qüllə küçəsi ilə aparılaraq Buxara və Multanı karvansaralarının yaxınlığından Qız Qalası meydanına gətirilib.