şənbə günü, 28 noyabr 2026
     

Azərbaycan rəsmiləri I Avropa Oyunlarında hansı yarışları izləyəcəklər?

Image


Azərbaycanda nazir, komitə sədrləri və millət vəkilləri Bakıda keçiriləcək Birinci Avropa Oyunlarının açılış və bağlanış mərasimlərində iştirak edəcək, idman yarışlarını canlı izləməyə çalışacaqlar.

Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov APA-ya açıqlamasında deyib ki, açılış və bağlanış mərasimlərində iştirak edəcək: "Mən həmçinin Azərbaycan idmançılarının iştirak etdiyi bütün oyunları izləyəcəyəm. İdmançılarımıza bol şans, uğur arzu edirəm".

I Avropa Oyunlarının açılış və bağlanış mərasimlərində iştirak edəcəyini bildirən baş nazirin müavini, Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov APA-ya deyib ki, o, idman yarışları arasında bədii gimnastikanı daha çox izləyir: "Ancaq milli komandamızın iştirak etdiyi yarışların hamısını izləməyə çalışacağam".

Baş nazirin müavini Əli Əhmədov da Avropa Oyunları üçün bilet alıb: "Bir çox idman növlərinə maraq göstərirəm və həmin yarışların bir neçəsini izləyəcəyəm. Azərbaycan idmançılarının daha böyük uğurlar qazanmaq imkanı olacaq yarışlara üstünlük verəcəyik. Məsələn, bədii gimnastika, cüdo yarışlarına baxacağıq. Paralimpiya idmançılarımızın da yarışlarına baxacağıq. Paralimiyaçılarımız bizə söz verdilər ki, medallar qazanacaqlar”.

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov isə APA-ya deyib ki, "Bakı 2015 Avropa Oyunları”nın Azərbaycanda keçirilməsi böyük bir əhəmiyyət daşıyır və tarixi hadisə kimi qeyd olunmalıdır.

H. Bağırov bildirib ki, Avropa Oyunları çərçivəsində keçiriləcək yarışları izləmək üçün müxtəlif ölkələrdən qonaqları gələcək: "Onlar Avropa Oyunları çərçivəsində keçiriləcək idman yarışlarını izləmək istəyirlər və artıq müxtəlif idman növlərini seçiblər. Onlar üçün biletlər də rezervləşdirilib. Mən də qonaqlarla birgə Avropa Oyunlarının açılış və bağlanış mərasimində iştirak edəcəyəm, uyğunlaşdırılmış proqram əsasında onların ölkəmizdə yarışları izləməsinə, həm də tarixi məkanlarla tanış olmalarına çalışacağam. İstəyirəm ki, Azərbaycanı daha yaxından tanısınlar, dəyişiklikləri görsünlər”.

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov APA-ya deyib ki, idman yarışlarını ailə üzvləri ilə birgə izləyəcək. Nazir imkan daxilində idman yarışlarının hamısında tamaşaçı kimi iştirak etmək niyyətindədir.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev APA-ya voleybol, üzgüçülük, boks, cüdo, atıcılıq, güləş, bədii gimnastika, yüngül atletika kimi idman növlərinə maraq göstərdiyini, bu idman növləri üzrə keçiriləcək yarışları izləyəcəyini bildirib.

Əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümov APA-ya açıqlamasında qeyd edib ki, Avropa Oyunları çərçivəsində keçiriləcək yarışları izləmək üçün ailəliklə bilet alıb: "Mən daha çox paralimpiyaçılarımızın cüdo yarışlarının qalibi olmasını istəyirəm. Bütün yarışlarla bərabər, paralimpiyaçıların cüdo yarışlarını da izləyəcəm. Eyni zamanda maraqlı yarışlar çoxdur. Mən idmanın bütün növləri ilə maraqlanıram. Xüsusi olaraq çimərlik futbolu ilə bağlı yarışlara gedəcəyəm. Güləş, bədii gimnastika, taekvondo, boks yarışlarında idmançılarımızın yüksək nailiyyətlər əldə edəcəyinə inanıram və hamımız orada olacağıq. Himnimizin bu yarışlarda dəfələrlə çalınmasını arzulayıram”.

Təhsil naziri Mikayıl Cabbarov da I Avropa Oyunlarının həm açılış, həm də bağlanış mərasimlərində iştirak etməyi planlaşdırır: "Çünki bu Azərbaycanın idman tarixində unudulmaz hadisədir. Ona görə də bu şansı qaçırmaq istəmirəm. İmkan olduqca həftə sonları yarışları stadionda izləməyə qatılacağam. Çimərlik futbolu, voleybol, basketbol kimi daha çox komanda növlərinə aid olan yarışlar mənim üçün daha maraqlıdır".

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə deyib ki, Avropa Oyunlarının həm açılış, həm bağlanış mərasimlərində iştirak edəcək. Bundan əlavə, Avropa Oyunları çərçivəsində xüsusilə gimnastika, voleybol və basketbol oyunlarına xüsusi maraq göstərəcək. Həmin idman növləri üzrə oyunları yarışların keçiriləcəyi məkandan canlı izləyəcək.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, I Avropa Oyunlarının açılış mərasimində iştirak edəcək: "Ən əsası üzgüçülük, bədii gimnastika, yüngül atletika və tennisi arenada canlı izləyəcəyəm”.

Birinci Avropa Oyunlarının açılış və bağlanış mərasimlərində iştirak edəcəyini söyləyən Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev bildirib ki, I Avropa Oyunları miqyasına və kütləviliyinə, birinci dəfə keçirilməsinə və elə ilk oyunların hər zaman Avropa dəyərlərinə böyük hörmətlə yanaşan Azərbaycanda keçirilməsinə görə möhtəşəmliyi ilə fərqlənən bir tədbirdir: "Dövlətini, millətini sevən hər bir azərbaycanlı I Avropa Oyunlarına respublikamızın ev sahibliyi etməsindən qürur duyur. Bu tədbirdə iştirak etmək isə həm tarixi şans, həm də vətəndaşlıq borcudur”.

F. Nəbiyev I Avropa Oyunlarında təmsil olunacaq əksər idman növlərini izləmək həvəsindədir, amma özünün maraq göstərdiyi atıcılıq, boks, karate, güləş, cüdo, voleybol, basketbol, yüngül atletika, gimnastika, idman gimnastikasını idman arenalarında izləməyi planlaşdırır.

Standartlaşdırma, Metrologiya və Patent Komitəsinin sədri Ramiz Həsənov APA-ya açıqlamasında Avropa Oyunları çərçivəsində keçiriləcək idman yarışlarının hamısını izləməyə çalışacağını vurğulayıb: "Çalışacağam ki, müəyyən yarışları elə idman arenalarında izləyim”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı isə APA-ya güləş idman növünə xüsusi marağı olduğunu açıqlayıb: "İmkan və şərait daxilində bu növdə yarışları yerində, bu, mümkün olmadıqda həm güləş, həm də digər idman növləri ilə bağlı yarışları televiziya vasitəsi ilə izləməyə çalışacağam”.

Qafqaz Müsəlmanları İdarəsindən APA-ya bildirilib ki, Şeyxülislam Allahşükür Paşazadə də Avropa Oyunları çərçivəsində keçirilən yarışlara xüsusi önəm verir və bu yarışların bir qismində tamaşaçı kimi iştirak edəcək.

SOCAR prezidenti Rövnəq Abdullayev APA-ya açıqlamasında idman yarışlarının hamısını yerində izləməyə çalışacağını qeyd edib.

Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov da APA-ya imkan daxilində bütün növlər üzrə yarışları izləməyə çalışacağını söyləyib.

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli APA-ya deyib ki, I Avropa Oyunlarının həm açılış, həm də bağlanış mərasimlərində iştirak etməklə bərabər, daha çox voleybol, velosiped, üzgüçülük, idman növlərində keçirilən yarışlarla maraqlanır: "Çalışacağam ki, bəzi yarışları elə idman arenasında, yerində izləyim. O idman arenalarında oturub yarışları izləməkdən iftixar hissi keçirəcəyəm”.

Millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı APA-ya bildirib ki, Avropa Oyunlarının açılış və bağlanış mərasimlərində iştirak etməyə çalışacaq: "Canlı baxmağın ayrı effekti var. Bilet alaraq imkan daxilində Azərbaycan idmançılarının ənənəvi güclü olduğu güləş, karate, sambo, cüdo, boks yarışlarını canlı izləməyə çalışacam”.

Millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa da yarışlara baxmaq üçün bilet alıb, basketbol və çimərlik futbolu üzrə keçirilən yarışları izləyəcək.

Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov da mümkün qədər bütün yarışları canlı izləməyə çalışacaq. A. Məhərrəmov APA-ya açıqlamasında xoşladığı idman növləri sırasında yüngül atletika, gimnastika, üzgüçülük, çimərlik futbolu, çimərlik voleybolu, basketbol, boks, karate, stolüstü tennis, güləş, sambo, atçılıq, oxatma və velosiped yarışlarının adlarını çəkib. BDU-nun rektoru onu da nəzərə çatdırıb ki, bu ali məktəbin 3 min tələbəsi 250 istiqamətdə Avropa Oyunlarına könüllü qismində cəlb olunub.

Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov APA-ya açıqlamasında Avropa Oyunlarının açılış və bağlanış mərasimlərində iştirak edəcəyini, Avropa Oyunları çərçivəsində bədii gimnastika, güləş, üzgüçülük və voleybolla maraqlandığını bildirib: "Övladlarıma da söz vermişəm, oyunları onlarla birgə izləyəcəm”.

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov da Bakı 2015 Avropa Oyunlarının həm açılış həm də bağlanış mərasimlərində iştirak edəcəyini bildirib. O, APA-ya deyib ki, ailəliklə iştirak edəcəyi yarışlar üçün artıq ailə üzvlərinin sayına uyğun olaraq 4 bilet alıb. Avropa Oyunları çərçivəsində bütün oyunlara maraq göstərdiyini deyən rektor daha çox su idman növləri, gimnastika, yüngül atletika güləş, milli idman növü olan güləşə daha çox maraq göstərəcəyini bildirib: "Oyunlarını hər birini imkan daxilində izləyəcəm. Sadəcə Avropa oyunlarının açılış və bağlanış mərasimləri daha kütləvi olduğundan biletləri əvvəldən əldə etmişəm. Avropa Oyunları çərçivəsində digər oyunları da ekspromt şəkildə bilet əldə edib stadiondan canlı izləməyə bilərəm. Bütün hallarda Avropa Oyunlarının bütün yarışlarını izləyəcəm. Avropa Oyunları zamanı Azərbaycan komandasına da uğurlar arzulayıram. İnanıram ki, komandamız öz uğurları ilə Azərbaycanın idman ölkəsi olduğunu sübut edəcək”.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər - FOTO

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ