Bədii rəhbəri Dimitris Papaioannounun olduğu mərasimdə 2 mindən çox səhnə iştirakçısı sehrli şou nümayiş etdirəcək. Oyunlara gerisayım artıq başladı. İyunun 12-də Bakı vaxtı ilə axşam saat 9-da az.baku2015.com saytında və bütün dünyada televiziyalar vasitəsilə mərasimin canlı nümayişinə baxa bilərsiniz.
Bakı 2015 Açılış Mərasimi unudulmaz tədbir üçün bütün imkanlara sahibdir və buna dünya miqyasında keçirilən canlı yarış mərasimlərinə başçılıq edən dünyanın ən təcrübəli və tanınmış peşəkarlarından biri olan Katerina Uqvu nəzarət edəcək.
Əslən Mançesterdən olan xanım Uqvu 2002-ci ildə doğma yurdunda keçirilən mərasimdə ilk dəfə prodüserlik etməklə mərasimlərin görkəmli prodüserinə çevrilib.
Mançester şəhər stadionunda keçirilmiş XVII Birləşmiş Krallıq Oyunları üçün Bağlanış Mərasiminə prodüserlik etdikdən sonra 2006-cı ildə Qətərin Doha şəhərində baş tutmuş 15-ci Asiya Oyunlarının Açılış Mərasiminə də prodüserlik edib. Katerina 2010-cu ildə Vankuver Qış Olimpiya Oyunlarının Açılış, Bağlanış və Qələbə Mərasimlərinin Strateji Mərhələsi üçün əsas prodüser vəzifəsini icra edib.