O bildirib ki, nəqliyyat infrasrukturu, qonaqların və turistlərin yerləşdirilməsi, insanların ölkəyə gəlişinin təşkili baxımından çətin olsa da, Azərbaycan bütün bunların öhdəsindən layiqincə gəldi və Bakıya baxarkən şəhərin Oyunlara tam hazır olduğu hiss olunur: "Azərbaycan bu Oyunlara ev sahibliyi etməklə Avropaya və bütün dünyaya bir pəncə açır. Insanların gəlib Azərbaycanın gözəlliklərini görməsi ölkə üçün vacibdir. Bu, ölkənin dünyada nüfuzunun daha da artmasına və turizm sektorunun inkişafına böyük təsir göstərəcək”.