şənbə günü, 28 noyabr 2026
     

Azərbaycan Avropa Oyunlarına yüksək hazırlığı yekunlaşdırdıqca, kənar təzyiqlər də artır

Image


"Onlar ümid edirdilər ki, Azərbaycan bu Oyunlara yüksək hazırlıq görə bilməyəcək. Ancaq..."

"Bakı-2015 Birinci Avropa Oyunlarına Dəstək Vətəndaş Cəmiyyəti Koalisiyası" beynəlxalq təşkilatların ikili standartlarını müzakirəyə çıxardı


"Bakı-2015 Birinci Avropa Oyunlarına Dəstək Vətəndaş Cəmiyyəti Koalisiyası" "İnsan hüquqlarına yanaşmada beynəlxalq təşkilatların ikili standartları" mövzusunda Dəyirmi Masa keçirib. "Trend"in məlumatına görə, tədbirdə millət vəkilləri, KİV və QHT rəhbərləri, politoloqlar və digər qonaqlar iştirak edib. Tədbiri giriş sözü ilə açan Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov bildirib ki, Avropa Oyunlarının başlanmasına 1 həftədən də az vaxt qalıb:
"Şübhə yoxdur ki, ölkəmizə gələn idmançılar və turistlər bu Oyunların yüksək səviyyədə təşkil olunmasının şahidi olacaq".
R.Qonaqov təəssüflər bildirib ki, bu Oyunlar yaxınlaşdıqca Azərbaycana dost olamayan qüvvələrin narahatlığı artır və ölkəmizə qarayaxma kampaniyası güclənir: "Bəzi qüvvələr sülhə, insanların birliyinə yönəlmiş tədbirləri, sabitliyi dəstəkləmək istəmirlər".
R.Qonaqov Avropa Şurasının insan haqları komissarı Nils Muzinieks, BMT-nin məruzəçisi Mişel Forst və ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviçin "Opendemocracy" internet portalında dərc edilmiş məqaləsini şərh edərək bildirib ki, bunlar vahid mərkəzdən idarə olunan qüvvələrdir və bütün səylərinin boşa çıxdığını görərək antiazərbaycan fəaliyyətlərini daha da artırırlar.
R.Qonaqov bildirib ki, Azərbaycan vətəndaş cəmiyyəti də bu qara qüvvələrə qarşı birlik nümayiş etdirməli və onların cəhdlərinin qarşısını almalıdır.
Daha sonra çıxış edən Koalisiyanın koordinatoru Aydın Quliyev isə bildirib ki, görünən budur ki, Azərbaycan Avropa Oyunlarına yüksək səviyyədə hazırlaşdıqca Azərbaycana qarşı qarayaxma kampaniyası, ölkəni nüfuzdan salmaq üçün materiallların yayılması artır: "Onlar düşünürdülər ki, Azərbaycan bu Oyunlara vaxtında hazırlaşa bilməyəcək. Ancaq görəndə ki, Azərbaycan Oyunlara yüksək səviyyədə hazırlaşır və hər şey vaxtında yerinə yetirilir, qarayaxma kampaniyasını gücləndirməyə başladılar".
A.Quliyev bildirib ki, Azərbaycan Avropa Oyunlarının siyasiləşdirilməsinin qarşısını almağa çalışsa da, bəzi qüvvələr bunu siyasiləşdirməkdən əl çəkmirlər: "Əgər bu idman tədbiridirsə, bunu bu qədər siyasiləşdirməyin nə mənası var? Bu, Azərbaycanın daxili işinə qarşmaqdır və hətta insanları hakimiyyətə qarşı qızışdırmaqdır. Onlar bəyan edirlər ki, hansısa beynəlxalq təşkilatın nümayəndəsi guya Azərbaycanda təzyiqə məruz qalıb. Sizcə hansısa beynəlxalq təşkilatın nümayəndəsi Azərbaycanda təzyiqə məruz qalıb? Görünür, Avropa Oyunları yaxınlaşdıqca bunların narahatlığı artır. Artıq mənasızdır, çünki Azərbaycan Avropa Oyunlarına yüksək səviyyədə hazırlaşıb".
Daha sonra çıxış edən Milli QHT Forumunun Prezidenti Rauf Zeyni isə bildirib ki, illərdir Azərbaycan ikili standartlarla məruz qalır: "Avropa Oyunlarına bir həftə qalmış bu dairələr ikili standartlarını daha da gücləndiriblər. Bu ikili standartların iki səbəbi var. Biri odur ki, bəzi dövlətlər və təşkilatlar böyük tədbirlər ərəfəsində Azərbaycana təzyiq edərək ölkənin təbii sərvətlərindən yararlanmaq istəyir. İkincisi isə Azərbaycanın müstəqilliyinə zərbə vurmaqdır. Azərbaycanın müstəqil siyasət aparması, dünyada nüfuz sahibi olması, öz yolundan dönməyəcəyini bəyan etməsi bu təşkilatların ölkəmizə qarşı hücumlarını daha da artırır".
R.Zeyni bildirib ki, bu qüvvələrin səyləri hər dəfə boşa çıxır və Azərbaycan heç vaxt müstəqil siyasətindən geri çəkilməyəcək.
"İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə isə çıxış edərək bildirib ki, Azərbaycanın dünya birliyində nüfuzunun artması dostlarımız qədər düşmənlərimizin də ortaya çıxmasına səbəb olur: "Bu, kimin kim olduğunu, kimin hansı məqsədə qulluq etdiyini ortaya qoyur. Bu təkcə bu günün problemi deyil. Azərbaycana qarşı bir sıra dövlətlərin və beynəlxalq təşkilatların sərgilədiyi ikili standartlardır. Bir sıra dövlətlər və beynəlxalq təşkilatlar Dağlıq Qarabağ məsələsində Azərbaycana obyektiv münasibət bəsləməkdə acizdirlər və bunu bilərəkdən edirlər".
V.Rəhimzadə bildirib ki, təbii ki, bütün bu cəhdlər əbəsdir, Azərbaycan müstəqil siyasət yürüdür və inkişaf edir: "Bu baxımdan hesab edirəm ki, hər bir Azərbaycan vətəndaşı ölkəmizə qarşı aparılan bu qarayaxma kampaniyasına qarşı öz qətiyyətli mövqeyini ortaya qoymalıdır. Avropa ölkələrinin bir çoxunda olmayan demokratiya Azərbaycanda var. Həmin ölkələr öz daxillərindəki problemləri görmürlər, ancaq başqa ölkələrə təzyiq göstərmək üçün insan hüquqlarından istifadə edirlər. Bunlar qətiyyətlə pislənməlidir və Azərbaycana qarşı ikili standartlara son qoyulması üçün sistemli şəkildə aidiyyəti təşkilatlara etirazlarımızı bildirməliyik".
Politoloq Elman Nəsirov ilkin mərhələdə təzyiqlərin Avropa Oyunlarının keçirilməsinə Azərbaycanın hazırlaşa bilməyəcəyi yönündə olduğunu qeyd edib: "Ancaq görəndə ki, Azərbaycan Avropa Oyunlarını keçirməyə hazırdır, təzyiq istiqamətini dəyişdilər. BMT, ATƏT və Avropa Şurası nümayəndəsinin hazırladığı birgə məqalədə də Azərbaycanın siyasəti hədəf seçilib. Bu təzyiqlər Avropa Oyunlarından sonra da olacaq. Avropa Şurası Parlament Assambleyasının yay sessiyasında Azərbaycana qarşı qətnamə layihəsinin qəbulu gündəmə gələcək. Həmməruzəçilər bununla bağlı qətnamə layihəsi hazırlayıblar. Digər tərəfdən, Avropa Oyunları zamanı Azərbaycana gələn jurnalistlərin ölkəmizə qarşı müəyyən məlumatlar toplayaraq müvafiq dairələrə göndərməsini də proqnozlaşdırmaq mümkündür. Bu təzyiqlərin kökündə bir çox amil dayanır. Azərbaycan Prezidenti İlham Əliyev müstəqil siyasət yürütdüyü üçün belə təzyiqlərlə üzləşmişik. Azərbaycanda müəyyən müxalif qüvvələr də Avropa Oyunlarını boykota çağırır. Azərbaycan İrana qarşı aksiyada iştirak etmir, Dağlıq Qarabağla bağlı güzəştə getmir, antiazərbaycan addımlar atmır. Müxalifət əslində buna sevinməlidir".
"Olaylar" qəzetinin baş redaktoru Yunus Oğuz isə bildirib ki, bizim bu məsələlərə dərhal reaksiya verməyimiz və gündəmə gətirməyimiz çox vacibdir: "Bizə olan təzyiqlərin qaynaqları da məlumdur. Geosiyasi, geostrateji, geohərbi maraqlar bu təzyiqlərin qaynaqlarıdır. Nə də etsən, onlar bir şey tapıb Azərbaycana hücum edəcəklər".
Y.Oğuz bildirib ki, birinci Avropa Oyunları ərəfəsində də bu ikili standartlar davam edir: "Bu gün Avropa Oyunları təkcə idman sahəsində deyil, Azərbaycan mədəniyyəti ilə yanaşı, digər sahələrin də inkişafına təsir göstərir. Avropa Oyunları Azərbaycan tarixində iz qoyacaq və kifayət qədər ölkənin inkişafına təsir göstərəcək".
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, "Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli də çıxış edərək qeyd edib ki, Qərbin Azərbaycana qarşı həyata keçirdiyi qarayaxma kampaniyasında kifayət qədər korporativ maraqlar var. O bildirib ki, "muzdlu üçlük" (Nils Muzinieks, Mişel Forst və Dunya Miyatoviç) Azərbaycana qarşı qərəzli məqaləyə imza atıblar: "Azərbaycanda konkret cinayət əməlinə görə həbs edilən müəyyən şəxslərlə və qrant dəllalları ilə bu üçlüyü müəyyən korporativ maraqlar birləşdirir. Avropa Şurasının insan haqları komissarı Nils Mujnieksin ilkin maraqları insan haqlarının müdafiəsi olmalıdır. Bu şəxs müraciət edir ki, Suriya və digər ölkələrdən gələn insanlar Avropa ölkələrinə buraxılmasın. Doğu Perinçek qondarma "erməni soyqırımı" ilə bağlı həbs ediləndə ATƏT-in media azadlığı üzrə təmsilçisi Dunya Miyatoviçin səsi çıxmadı. Bu dairələrin nümayəndələri insan hüquqlarından dəm vursalar da, separatçı və işğalçı rejim tərəfindən girov götürülən azərbaycanlılarla bağlı nədənsə susurlar. İnsan haqları deyiləndə siyasi maraqlar kənarda qalmalıdır. Ancaq bu təşkilatlar siyasi və korporativ maraqları hər zaman əsas tuturlar. Onları heç də insan haqları maraqlandırmır".
E.Mirzəbəyli əlavə edib ki, bu gün separatçı Bako Saakyan Avropaya istədiyi zaman səfər edirsə və ona heç bir əngəl yaradılmırsa, bu bir daha Avropanın separatizmi dəstəklədiyini ortaya qoyur.

Forst, Miyatoviç və Mujnieksin birgə "qara" fikirlərinə qarşı açıq bəyanat...

Dünən "Bakı-2015 Birinci Avropa Oyunlarına Dəstək" Vətəndaş Cəmiyyəti Koalisiyası Azərbaycanı sevməyən qüvvələrin son zamanlar ölkəmizə qarşı apardığı antikampaniya ilə bağlı bəyanat qəbul edib. "Trend"in məlumatına görə, bəyanat "Bakı-2015 Birinci Avropa Oyunlarına Dəstək" Vətəndaş Cəmiyyəti Koalisiyasının təşkilatçılığı ilə "İnsan hüquqlarına yanaşmada beynəlxalq təşkilatların ikili standartları" mövzusunda keçirilən Dəyirmi Masada aparılan müzakirələrin yekunu olaraq qəbul edilib.
Tədbirdə millət vəkilləri, KİV və QHT rəhbərləri, politoloqlar və digər qonaqlar iştirak edib. Bəyanatda deyilir: "Birinci Avropa Oyunlarının başlanmasına bir həftədən də az vaxt qalır. 100 milyonlarla tamaşaçı tarixdə ilk dəfə keçirilən bu möhtəşəm tədbirin açılış mərasimini və Avropanın ən güclü atletlərinin qələbə uğrunda mübarizəsini maraqla izləməyə hazırlaşır. Şübhə yoxdur ki, ölkəmizə gələn idmançılar, jurnalistlər və turistlər yarışların yüksək səviyyədə təşkilinin şahidi olacaq, Azərbaycanın hərtərəfli inkişafı və bənzərsiz gözəlliyi, xalqımızın milli-mənəvi dəyərləri, mədəniyyəti və tolerantlıq ənənələri barədə zəngin təəssüratlar qazanacaqlar. Eyni zamanda, Avropa Oyunları zamanı ərazilərimizin işğalı, qaçqın və məcburi köçkünlər, xalqımıza qarşı törədilmiş soyqırımlar və digər problemlərimiz haqqında dünya ictimaiyyətinə daha dolğun məlumatlar çatdırmaq imkanı yaranacaq.
Lakin bu möhtəşəm idman bayramı yaxınlaşdıqca Azərbaycana dost mövqedə olmayan bəzi dairələrin narahatlığı artır, son aylar ölkəmizə qarşı başlanmış qarayaxma kampaniyası daha da güclənir. Bir mərkəzdən idarə olunan bu qüvvələr Azərbaycan Respublikasının regionda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə, bərabərhüquqlu tərəfdaşlığın genişlənməsinə yönəlmiş müstəqil siyasətini qəbul etmək istəmir, cəmiyyətimizi daxildən parçalamağa uğursuz cəhd göstərirlər. BMT-nin insan haqları üzrə xüsusi məruzəçisi Miçel Forst, ATƏT-in media azadlığı üzrə təmsilçisi Dunya Miyatoviç və Avropa Şurasının insan haqları komissarı Nils Mujnieksin iyunun 3-də "Open Democracy" portalında yayılmış birgə məqaləsi də anti-Azərbaycan şəbəkəsinin növbəti təxribatı olub həmin məqsədə xidmət edir. Görünür, Avropa Oyunlarının əhəmiyyətini azaltmaq, Azərbaycan hökumətini və yarışların Təşkilat Komitəsini ruhdan salmaq, tədbiri boykot etmək kimi çirkin niyyətlərinə nail ola bilməyən antiazərbaycan şəbəkəsi bu dəfə özünün "ağır artilleriyası"nı işə salmaq həvəsinə düşərək həmin "üçlüyü" irəli verib.
Azərbaycanda repressiyaların, vətəndaş cəmiyyətinə basqıların olduğunu iddia edən bu üzdəniraq "üçlük" guya orijinallıq göstərərək yeni üsul düşünmüş, Avropa idmançılarını siyasi təzyiq alətinə çevirərək, konkret cinayət əməllərinə görə mühakimə olunmuş bir neçə nəfəri dəstəkləmək üçün "ayağa qalxmağa" çağırmışdır.
"Bakı-2015: Birinci Avropa Oyunlarına Dəstək" Vətəndaş Cəmiyyəti Koalisiyası hesab edir ki, Ermənistanın təcavüzü nəticəsində hüququ pozulmuş bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün taleyi, Dağlıq Qarabağdakı quldur rejim tərəfindən girov götürülərək işgəncələrə məruz qalan və qanunsuz mühakimə edilən vətəndaşlarımızın hüquqları barədə indiyə qədər bir kəlmə də danışmayan beynəlxalq hüquq müdafiə məmurlarının bu cür məsuliyyətsiz bəyanatlar səsləndirməyə və çağırışlar etməyə heç bir mənəvi haqqı yoxdur. Yaxşı olardı ki, onlar adından fəaliyyət göstərdikləri BMT, ATƏT və Avropa Şurası kimi təşkilatların fəaliyyətinin güclənməsi və məqsədlərinin həyata keçirilməsi sahəsində Azərbaycan Respublikasının oynadığı sanballı rolu nəzərə alaraq, şərin və böhtanın deyil, haqqın və ədalətin yanında yer alsınlar. "Bakı - 2015: Birinci Avropa Oyunlarına Dəstək" Vətəndaş Cəmiyyəti Koalisiyası olaraq bir daha bəyan edirik ki, Azərbaycan demokratiya və insan hüquqları sahəsində üzərinə götürdüyü bütün beynəlxalq öhdəlikləri layiqincə yerinə yetirir.
Ölkəmiz vətəndaş cəmiyyətinin inkişafı, söz və mətbuat azadlığının səviyyəsinə görə keçmiş sovet respublikaları içərisində qabaqcıl mövqedə durur və bir çox ölkələrə nümunə ola bilər".
Bəyanata aşağıdakı qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri qoşulub:
1. Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi
2. İnsan Hüquqları və Maarifçilik İctimai Birliyi
3. Demokratik Jurnalistlər Liqası
4. "ELS" Müstəqil Araşdırmalar Mərkəzi
5. Milli QHT Forumu
6. Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyi
7. Vətən Müharibəsi Veteranları İctimai Birliyi
8. "Konstitusiya Araşdırmaları" Fondu
9. "Paradiqma" İctimai-Siyasi Tədqiqatlar İctimai Birliyi
10. Azərbaycan Gənclərinin Avropaya İnteqrasiya Təşkilatı İctimai Birliyi
11. "İrəli" İctimai Birliyi
12. Jurnalistlərin Həmkarlar İttifaqı
13. "Jurnalist Araşdırmaları Mərkəzi" İctimai Birliyi
14. "Jurnalistika və İnkişaf Mərkəzi" İctimai Birliyi
15. "Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı" İctimai Birliyi
16. "Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası" İctimai Birliyi
17. "Türkiyə Universitetləri Məzunları" İctimai Birliyi
18. "Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı" İctimai Birliyi
19. "Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı" İctimai Birliyi
20. "Dünya Gənc Türk Yazarlar " İctimai Birliyi
21. "Gənc Sahibkarlar Klubu" İctimai Birliyi
22. "Əlil Təşkilatları İttifaqı" İctimai Birliyi
23. "Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti" İctimai Birliyi
24. "Demokratik İslahatçı Gənclər" İctimai Birliyi
25. "Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə" İctimai Birliyi
26. "Bələdiyyələrin İnkişafına Yardım" İctimai Birliyi
27. "Gənc Vətənpərvərlər" İctimai Birliyi
28. "Gənc Mühasiblər" İctimai Birliyi
29. "Demokratiyanın və Milli Dəyərlərin Təbliği" İctimai Birliyi
30. "Sosial Rifah və Tədqiqatlar" İctimai Birliyi
31. "Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı "İctimai Birliyi
32. "Hüquqi və Demokratik İslahatlar Mərkəzi" İctimai Birliyi
33. "SAF Həyat Naminə" Gənclər İctimai Birliyi
34. "Müharibə Veteranları və Beynəlmiləlçi Hərbçilər" İctimai Birliyi
35. Beynəlxalq Mətbuat Klubu İctimai Birliyi
36. "Aqro Tərəqqi " İctimai Birliyi
37. "Gənclərin Sosial-İqtisadi İnkişafına Yardım" İctimai Birliyi
38. "Azərbaycan Maarifçi Gənclər Təşkilatı"
39. "İctimai Problemlərin Tədqiqi Asossiasiyası"
40. "Azərbaycan Gənclər İttifaqı"
41. "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyi
42. "Rəvan" Gəncliyə Dəstək İctimai Birliyi
43. " Demokratik Seçki Mərkəzi"
44. " Demokratik Azərbaycan Naminə" İctimai Birliyi
45. Gənclər Təşkilatları Milli Şurası
46. "Bizim Nəsil" Gənclərin Regional İnkişaf Assosiasiyası
47. Siyasi İnnovasiya və Texnologiya Mərkəzi
48. AVCİYA
49. "İnsan Hüquqları XXI Əsr - Azərbaycan" Fondu
50. "Əlil Sahibkarlar Təşkilatı" İctimai Birliyi
51. Beynəlxalq Avrasiya Fondu
52. "Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi" İctimai Birliyi
53. "Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyi
54. Azərbaycan-Slavyan Gənclər Assosiasiyası
55. "Tərəqqi" Sosial-İqtisadi Araşdırmalar İctimai Birliyi
56. "Kaspi" qəzeti
57. "Azadinform" İnformasiya Agentliyi
58. "Səs" qəzeti
59. "Yeni Azərbaycan" qəzeti
60. "İki sahil" qəzeti
61. "modern.az" saytı
62. "Gündəlik teleqraf" qəzeti
63. "APA" İnformasiya Agentliyi
64. "virtualaz.org" saytı
65. "azvision.az" saytı
66. "aznews.az" saytı
67. "Xalq cəbhəsi" qəzeti
68. "Olaylar" qəzeti
69. "Bakı-Xəbər" qəzeti
70. "Şərq" qəzeti
71. "525-ci" qəzet
72. "Bizim yol" qəzeti
73. "Palitra" qəzeti
74. "Mövqe" qəzeti
75. "qafqazinfo.az" saytı
76. "1news.az" saytı
77. "veteninfo.az" saytı
 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər - FOTO

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ