Təqdimatdan əvvəl Kollecdə Avropa Oyunları ilə bağlı posterlər yerləşdirilib.
Təqdimat zamanı iştirakçılara Avropanın ən əlamətdar tədbirlərindən biri olan "Bakı 2015” 1-ci Avropa Oyunları haqqında məlumat verilib. Qeyd olunub ki, Bakı şəhərində təşkil olunacaq ilk Avropa Oyunlarında Avropanın 50 ölkəsindən 6200-dən çox idmançı medallar uğrunda mübarizə aparacaq. Oyunlar zamanı 4-ü qeyri-olimpiya, 16-sı olimpiya olmaqla, ümumilikdə 20 idman növü üzrə 253 yarışın keçiriləcəyi haqqında məlumat iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.