E.Laziko Azərbaycanın yaxşı təşkilatçılıq təcrübəsinin olduğunu da diqqətə çatdırıb. O qeyd edib ki, Azərbaycan artıq çoxlu sayda beynəlxalq tədbirlərə ev sahibliyi edir: "Bütün bunlar təbii ki, ölkənin inkişafına müsbət təsir göstərir. Mən özüm də Azərbaycanın inkişafına heyran qalıram. Hesab edirəm ki, Azərbaycanın dünyaya göstərə biləcəyi çox uğurları var. Bu baxımdan bu Oyunların ölkə üçün çox böyük əhəmiyyəti var”.
E.Laziko əlavə edib ki, idman daim millətlər arasında dialoqun inkişafına da şərait yaradır: "Bu baxımdan Azərbaycan I Avropa Oyunlarına ev sahibliyi etməklə dünyada dialoqun inkişafına da öz töhfəsini vermiş olur”.