Konsulluqdan Trend-ə verilən məlumata görə, görüşdə birinci Avropa Oyunlarına hazırlıq işlərinin vəziyyəti, bu beynəlxalq tədbirin əhəmiyyəti barədə məlumat verilib. İştirakçılara "Bakı-2015” haqqında əyani vəsaitlər təqdim edilib.
Çıxış edənlər Bakının birinci Avropa Oyunlarına ev sahibliyi etməsinin Azərbaycanın sürətli inkişafı ilə birbaşa əlaqəli olduğunu diqqətə çatdırıblar. Qeyd ediblər ki, bu mötəbər yarışın Bakıda keçirilməsi bütün türk dünyası tərəfindən böyük rəğbətlə qarşılanır.