şənbə günü, 28 noyabr 2026
     

I Avropa Oyunları yaxınlaşdıqca Azərbaycana dost olmayan qüvvələrin narahatlığı artır

Image


"Bakı-2015 Birinci Avropa Oyunlarına Dəstək Vətəndaş Cəmiyyəti Koalisiyası" "İnsan hüquqlarına yanaşmada beynəlxalq təşkilatların ikili standarları" mövzusunda Dəyirmi Masa keçirib. Trend-in məlumatına görə, tədbirdə millət vəkilləri, KİV və QHT rəhbərləri, politoloqlar və digər qonaqlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov bildirib ki, Avropa Oyunlarının başlanmasına 1 həftədən də az vaxt qalıb: "Şübhə yoxdur ki, ölkəmizə gələn idmançılar və turistlər bu Oyunların yüksək səviyyədə təşkil olunmasının şahidi olacaq".

R.Qonaqov bildirib ki, təəssüflər olsun ki, bu Oyunlar yaxınlaşdıqca Azərbaycana dost olamayan qüvvələrən narahatlığı artır və ölkəmizə qarayaxma kampaniyası güclənir: "Bəzi qüvvələr sülhə, insanların birliyinə yönəlmiş tədbirləri, sabitliyi dəstəkləmək istəmirlər".

R.Qonaqov Avropa Şurasının insan haqları Komissarı Nils Muzinieks, BMT-nin məruzəçisi Mişel Forst və ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunja Mijatoviçin "Opendemocracy” internet portalında dərc edilmiş məqaləsini şərh edərək bildirib ki, bunlar vahid mərkəzdən idarə olunan qüvvələrdir və bütün səylərinin boşa çıxmasını görərək antiazərbaycan fəaliyyətlərini daha da artırılar.

R.Qonaqov bildirib ki, Azərbaycan vətəndaş cəmiyyəti də bu qara qüvvələrə qarşı birlik nümayiş etdirməli və onların cəhdlərinin qarşısını almalıdır.

Daha sonra çıxış edən Koalisiyanın koordinatoru Aydın Quliyev isə bildirib ki, görünən budur ki, Azərbaycan Avropa Oyunlarına yüksək səviyyədə hazırlaşdıqca, Azərbaycana qarşı qarayaxma kampaniyası, ölkəni nüfuzdan salmaq üçün materiallların yayılması artır: "Onlar düşünürdülər ki, Azərbaycan bu Oyunlara vaxtında hazırlaşa bilməyəcək. Ancaq görəndə ki, Azərbaycan Oyunlara yüksək səviyyədə hazırlaşır və hər şey vaxtında yerinə yetirilir, onlar qarayaxma kampaniyasını gücləndirməyə başladılar".

A.Quliyev bildirib ki, Azərbaycan Avropa Oyunlarının siyasiləşdirilməsinin qarşısını almağa çalışsa da, ancaq bəzi qüvvələr bunu siyasiləşdirməkdən əl çəkmirlər: "Əgər bu idman tədbiridirsə, bunu bu qədər siyasiləşdirməyin nə mənası var? Bu, Azərbaycanın daxili işinə qarşmaqdır və hətta insanları hakimiyyətə qarşı qızışdırmaqdır. Onlar bəyan edirlər ki, hansısa beynəlxalq təşkilatın nümayəndəsi guya Azərbaycanda təzyiqə məruz qalıb. Sizcə hansısa beynəlxalq təşkilatın nümayəndəsi Azərbaycanda təzyiqə məruz qalıb? Görünür, Avropa Oyunları yaxınlaşdıqca, bunların narahatlığı artır. Artıq mənasızdır, çünki Azərbaycan Avropa Oyunlarına yüksək səviyyədə hazırlaşıb".

Daha sonra çıxış edən Milli QHT Forumunun Prezidenti Rauf Zeyni isə bildirib ki, illərdir Azərbaycan ikili standartlarla məruz qalır: "Avropa Oyunlarına bir həftə qalmış bu dairələr ikili standartlarını daha da gücləndiriblər. Bu ikili standartların iki səbəbi var. Biri odur ki, bəzi dövlətlər və təşkilatlar böyük tədbirlər ərəfəsində Azərbaycana təzyiq edərək ölkənin təbii sərvətlərindən yararlanmaq istəyirlər. İkincisi isə, Azərbaycanın müstəqilliyinə zərbə vurmaqdır. Azərbaycanın müstəqil siyasət aparması, dünyada nüfuz sahibi olması, öz yolundan dönməyəcəyini bəyan etməsi bu təşkilatların ölkəmizə qarşı hücumlarını daha da artırır".

R.Zeyni bildirib ki, bu qüvvələrin səyləri hər dəfə boşa çıxır və Azərbaycan heç vaxt müstəqil siyasətindən geri çəkilməyəcək.

"İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə isə çıxış edərək bildirib ki, Azərbaycanın dünya birliyində nüfuzunun artması dostlarımız qədər düşmənlərimizin də ortaya çıxmasına səbəb olur: "Bu, kimin kim olduğunu, kimin hansı məqsədə qulluq etdiyini ortaya qoyur. Bu təkcə bu günün problemi deyil. Azərbaycana qarşı bir sıra dövlətlərin və beynəlxalq təşkilatların sərgilədiyi ikili standartlardır. Bir sıra dövlətlər və beynəlxalq təşkilatlar Dağlıq Qarabağ məsələsində Azərbaycana qarşı obyektiv münasibət bəsləməkdə acizdirlər və bunu bilərəkdən edirlər".

V.Rəhimzadə bildirib ki, təbii ki, bütün bu cəhdlər əbəsdir, Azərbaycan müstəqil siyasət yürüdür və inkişaf edir: "Bu baxımdan hesab edirəm ki, hər bir Azərbaycan vətəndaşı ölkəmizə qarşı aparılan bu qarayaxma kampaniyasına qarşı öz qətiyyətli mövqeyini ortaya qoymalıdır. Avropa ölkələrinin bir çoxunda olmayan demokratiya Azərbaycanda var. Həmin ölkələr öz daxillərindəki problemləri görmürlər, ancaq başqa ölkələrə təzyiq göstərmək üçün insan hüquqlarından istifadə edirlər. Bunlar qətiyyələ pislənməlidir və Azərbaycana qarşı ikili standartlara son qoyulması üçün sistemli şəkildə aidiyyati təşkilatlara etirazlarımızı bildirməliyik".

Politoloq Elman Nəsirov ilkin mərhələdə təzyiqlərin Avropa Oyunlarının keçirilməsinə Azərbaycanın hazırlaşa bilməyəcəyi yönündə olduğunu qeyd edib: "Ancaq görəndə ki, Azərbaycan Avropa Oyunlarını keçirməyə hazırdır, təzyiq istiqamətini dəyişdilər. BMT, ATƏT və Avropa Şurası nümayəndəsinin hazırladığı birgə məqalədə də Azərbaycanın siyasəti hədəf seçilib. Bu təzyiqlər Avropa Oyunlarından sonra da olacaq. Avropa Şurası Parlament Assambleyasının yay sessiyasında Azərbaycana qarşı qətnamə layihəsinin qəbulu gündəmə gələcək. Həmməruzəçilər bununla bağıl qətnamə layihəsi hazırlayıblar. Digər tərəfdən, Avropa Oyunları zamanı Azərbaycana gələn jurnalistlərin ölkəmizə qarşı müəyyən məlumatlar toplayaraq müvafiq dairələrə göndərilməsini də proqnozlaşdırmaq mümkündür. Bu təzyiqlərin kökündə bir çox amil dayanır. Azərbaycan prezidenti İlham Əliyev müstəqil siyasət yürütdüyü üçün belə təzyiqlərlə üzləşmişik. Azərbaycanda müəyyən müxalif qüvvələr də Avropa Oyunlarını boykota çağırırlar. Azərbaycan İrana qarşı aksiyada iştirak etmir, Dağlıq Qarabağla bağlı güzəştə getmir, antiazərbayan addımları atmır. Müxalifət əslində, buna sevinməlidir”.

"Olaylar" qəzetinin baş redaktoru Yunus Oğuz isə bildirib ki, bizim bu məsələlərə dərhal reaksiya verməyimiz və gündəmə gətirməyimiz çox vacibdir: "Bizə olan təzyiqlərin qaynaqları da məlumdur. Geosiyasi, geostrateji, geohərbi maraqlar bu təzyiqlərin qaynaqlarıdır. Nə də etsən, onlar bir şey tapıb Azərbaycana qarşı hücum edəcəklər".

Y.Oğuz bildirib ki, birinci Avrpopa Oyunları ərəfəsində də bu iki standartlar davam edir: "Bu gün Avropa Oyunları təkcə idman sahəsində deyil, Azərbaycan mədəniyyəti ilə yanaşı, digər sahələrin də inkişafına təsir göstərir. Avropa Oyunları Azərbaycan tarixində iz qoyacaq və kifayət qədər ölkənin inkişafına təsir göstərəcək".

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, "Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli də çıxış edərək qeyd edib ki, Qərbin Azərbaycana qarşı həyata keçirdiyi qarayaxma kampaniyasında kifayət qədər korporativ maraqlar var. O bildirib ki, "muzdlu üçlük" (Nils Muzinieks, Mişel Forst və Dunja Mijatoviç) Azərbaycana qarşı qərəzli məqaləyə imza atıblar: "Azərbaycanda konkret cinayət əməlinə görə həbs edilən müəyyən şəxslərlə və qrant dəllalları ilə bu üçlüyü müəyyən korporativ maraqlar birləşdirir. Avropa Şurasının insan haqları komissarı Nils Mujnieksin ilkin maraqları insan haqlarının müdafiəsi olmalıdır. Bu şəxs müraciət edir ki, Suriya və digər ölkələrdən gələn insanlar Avropa ölkələrinə buraxılmasınlar. Doğu Prinçek qondarma "erməni soyqırımı” ilə bağlı həbs ediləndə ATƏT-in media azadlığı üzrə təmsilçisi Dunya Mijatoviçin səsi çıxmadı. Bu dairələrin nümayəndələri insan hüquqlarından dəm vursalar da, separatçı və işğalçı rejim tərəfindən girov götürülən azərbaycanlılarla bağlı nədənsə susurlar. İnsan haqları deyiləndə siyasi maraqlar kənarda qalmalıdır. Ancaq bu təşkilatlar siyasi və korporativ maraqları hər zaman əsas tuturlar. Onları heç də insan haqları maraqlandırmır".

E.Mirzəbəli əlavə edib ki, əgər bu gün separatçı Bako Saakyan Avropaya istədiyi zaman səfər edirsə və ona heç bir əngəl yaradılmırsa, bu bir daha Avropanın separatizmi dəstəklədiyini ortaya qoyur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər - FOTO

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ