Azərbaycan Velosiped İdmanı Federasiyasından (AzVİF) Trend-ə verilən məlumata görə, hazırda həm portuqaliyalı, həm də xorvatiyalı velosipedçilər Gürcüstan ərazisindədirlər. Onlar iyunun 6-sı, saat 13:30-da Balakən rayonundakı "Mazimçay” sərhəd gömrük-keçid məntəqəsindən Azərbaycan ərazisinə daxil olacaqlar.
Bununla əlaqədar, AzVİF ölkə mətbuatının regional nümayəndəliklərini Avropa Oyunları ilə əlaqədar ölkəmizə gələn velosipedçilərin təntənəli qarşılanma mərasiminə dəvət edir.