Bildirilir ki, Azərbaycanın qədim şəhəri Bakı Avropanın bütün ölkələrini təmsil edən 6000-dən artıq atleti qəbul edəcək və bu innovativ multi-idman yarışı ilk dəfə olaraq "Sky Sport”un canlı efirində təqdim ediləcək.
Avropa Oyunlarının proqramına daxil edilən idman növləri və yarışlar barədə ətraflı məlumat verilən yazıda, həmçinin Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleqin "Sky Sport” kanalı ilə imzalanan yayım müqaviləsinin əhəmiyyəti barədə fikirlər öz əksini tapıb.