Aksiya zamanı Azərbaycan-Ukrayna Beynəlxalq Alyansın sədri Elmar Məmmədov və Trend İnformasiya Agentliyinin baş redaktorunun müavini, "Düşüncə" İctimai Birliyinin sədri Emil Hüseynli şəhər sakinlərinə və qonaqlarına ilk Avropa Oyunları haqqında məlumat veriblər.
Aksiyanın sonunda ilk Avropa Oyunlarının bukletləri ilə bəzədilmiş şarlar göyə buraxılıb.
Qeyd edək ki, bundan əvvəl də Azərbaycan-Ukrayna Beynəlxalq Alyans, "Düşüncə” Gənclərin İnkişafına Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı və Trend İnformasiya Agentliyinin informasiya dəstəyi ilə Kiyevin tanınmış "Super Barabanşiçı” (Super Barabanhiüı) ansamblı şəhərin mərkəzi Xrişatik küçəsində I Avropa Oyunlarının loqosu olan bayraqlarla birgə marş keçiriblər. Şəhərin mərkəzində bayram yürüşü zamanı, həmçinin paytaxtın sakinlərinə və qonaqlarına I Avropa Oyunları ilə bağlı bukletlər, jurnallar paylanılıb, onlara ilk Avropa Oyunları barədə ətraflı məlumat verilib.