I Avropa Oyunları Azərbaycanı daha yaxşı tanımaq üçün imkan yaradacaq. Bu barədə Trend-ə Avstraliyanın hüquq şirkəti "Hammond Legal”-ın başçısı Con Hemmond deyib. O bildirib ki, Bakıda gördükləri onu heyran edib: "Müasir binalar, park və bağlar – bunların hamısı çox gözəldir”.
C.Hemmond həmçinin azərbaycanlı idmançıların hazırlığını qeyd edib: "Bu gün idmançılarınızın məşqinə baxdım və onların oyunlara kifayət qədər ciddi yanaşdığını hesab edirəm. Onlara uğurlu çıxış və çoxlu medal arzulayıram”.