"Rossiya 2” (ödənişsiz yayım), "Sport”, "Sport 1”və "Döyüş klubu” (kabel televiziyası) kanallarının birlikdə həyata keçirəcəkləri gündəlik 10 saatlıq yayım vasitəsilə rus tamaşaçılar Bakıdakı idman tədbirini izləyə biləcəklər. Eyni zamanda, Rusiyanın iki aparıcı idman veb səhifəsi - Vesti.ru və Sportbox.ru da Oyunların onlayn yayımını həyata keçirəcək.
Bakı 2015-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib: "Mən, Birinci Avropa Oyunlarının bu cür önəmli bazarda yayımına nail olmaq üçün "Rusiya” televiziya kanalı ilə razılıq əldə etməyimizdən məmnunam. Rusiya Olimpiya Komitəsi Bakıya 300-dən çox ən yaxşı idmançısını göndərəcək və bu ölkənin coşğulu idman ictimaiyyəti də"Rossiya” televiziya kanalı ilə qurduğumuz tərəfdaşlıq çərçivəsində, bütün platformalar üzrə geniş yayımdan zövq alacaq”.
"Rusiya” televiziya kanalının İdman şöbəsinin rəhbəri Aleksandr Tasçin bildirib ki, Birinci Avropa Oyunları dünyanın ən irimiqyaslı idman tədbirlərindən biridir: