şənbə günü, 28 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Sevin(l), Azərbaycan! - İlk Avropa Oyunlarında ilk qələbə, ilk məğlubiyyət...
Tarix: 02.06.2015 / 03:54
Bölmə: Baku 2015
Tarixdə Böyük Olimpiya Oyunlarının da qədim köklərinə gedib çıxan buna bənzər bir çağırış olub. Eradan əvvəl 490-cı ildə Marafon düzündə Əhəməni şahlarını məğlub etmiş yunanların qələbəsini düz 42 kilometr qaçaraq Afinaya çatdıran və son dəfə «sevinin afinalılar, biz qalib gəldik» deyərək ürəyi partlayan döyüşçü sonradan məşhur bir olimpiya idman növünün simvoluna çevriləcəyini, sözsüz ki, bilmirdi. Hələlik biz də bilmirik İlk Avropa Oyunlarında nələr uzun müddət yaşayan simvollara çevriləcək.
Ancaq dəqiq bilinən odur ki, İlk Avropa Oyunları tariximizdə arxa və ön görüntüləri olan hadisələrdən biri kimi qalacaq. Onun baş tutması üçün çalışan təşkilatçılar, əleyhinə işləyən antitəşkilatçılar, konkret uğurları özü üçün hədəfləmiş idmançılar, könüllülər və sair - hər kəs tarixdə öz adı ilə yaşayacaq, yaşadılacaq və ya lənətlənəcək.
Kimisi qaliblərin, kimisi məğlubların yanında özünə yer alacaq. Qalib-məğlub deyəndə tək o kəslər nəzərdə tutulmur ki, iyunun 12-28 arası müddətdə meydana çıxaraq bir-birini məğlub etməyə çalışacaqlar. Bu qəbil qaliblərin-məğlubların kimliyini sayılı qalan günlərdən sonra, təbii, biləcəyik. Ancaq elə bu gün, Avropa Oyunları hələ başlamamışdan, necə deyərlər, «pre-oyun» dövrünün kimin üçünsə qələbə, kimin üçünsə məğlubiyyət işartıları özünü artıq göstərməyə başlayıb. Onu görmək üçün güləşçi, voleybolçu, marafonçu və sair olmağa ehtiyac yoxdu, sadəcə həssas və obyektiv təhlilçi olmaq yetər. Məsələ ondadır ki, idmançılar «döşək üstünə» çıxmazdan çox əvvəl İlk Avropa Oyunlarının təşkilatçıları və antitəşkilatçıları ən müxtəlif məkanlarda iddialı şəkildə, hətta bəzən qatı düşmənçilik motivləri ilə üz-üzə gəliblər. Beynəlxalq idman yarışlarının başladığı son 140 illik tarixdə bəlkə ilk dəfədir ki, belə təzahürlə üzləşirik. İdmançılardan qabaq təşkilatçıların və antitəşkilatçıların üz-üzə gəlməsi İlk Avropa Oyunlarını müxtəlif səpkili beynəlxalq idman yarışlarından fərqləndirən ən parlaq özəllik kimi özünü göstərir. Başqa heç bir beynəlxalq idman turnirində belə hallar olmayıb.
Üz-üzə gəlmələr, «qurşaq-bilək tutmaları» varsa, deməli ilk qalib, ilk məğlub, ilk qələbə və ilk məğlubiyyət də var...
Ondan başlayaq ki, 2012-ci ilin dekabrında Avropa Oyunlarının Azərbaycanda keçirilməsi barədə qərarın əleyhinə 8 ölkə səs verəndə bunun gələcəkdə ölkəmizə qarşı irimiqyaslı qaralama kampaniyasının ilk işartısı olduğunu hələ az-az adamlar görürdü. Beləliklə, səsvermə prosedurunda «diş qıcayanların» sonra nələr edəcəyini görmək üçün çox vaxt lazım olmadı. Mehriban Əliyevanın rəhbərlik etdiyi komitə təşkilatçılıq istiqamətində planlar cızıb iş gördükcə, antitəşkilatçıların da məkrli planlarının bir-birindən zəhərli maddələri üzə çıxmağa başladı. 2012-ci ildə əleyhimizə səs verən 8 ölkənin hansı motivlərlə hərəkət etdiyini dəqiq söyləmək, təəssüf ki, heç vaxt mümkün olmayacaq. Nəyin necə olduğunu onlar bir özləri, bir də göydə allahları (əgər tanıyırlarsa) bilir. Biz isə ancaq ehtimallarla danışmaq zorundayıq. Əleyhimizə səs verən 8 ölkənin bir qrupunun «Azərbaycan bunu bacarmaz» mülahizəsi ilə, digər qrupunun isə «Bacarar, ancaq bununla niyə dünyadakı nüfuzu bir az da artsın» mülahizəsi ilə hərəkət etdiyi şəksizdir. Burada üçüncü ehtimal birmənalı yoxdur və 8 ölkəni xarakterizə edən ehtimalın hər ikisi Azərbaycan barədə xoş olmayan niyyətlərin ifadəsi kimi başa düşülməlidir.
Lehimizə səs verən 38 ölkənin də hərəkət motivlərinə birmənalı yanaşmaq düzgün olmazdı. «38 ölkə lehimizə səs veribsə, deməli onların 38-i də bizi istəyənlərdi» nəticəsini çıxarmaqda tələsməyək. İstisna deyil ki, onların da bir qrupu «Azərbaycan bunu yüksək səviyyədə bacaracaq» inamı ilə, başqa bir qrupu «Azərbaycan bacarmayacaq və rüsvay olacaq» ümidi ilə hərəkət edirdi. «Görək nə olacaq» prinsipi ilə «hə» deyən ölkələrin də olduğunu qəbul etsək, burada dördüncü variant sadəcə yoxdur.
İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi barədə qərar verilərkən bəlkə də çoxlarının nəzərindən yayınmış bir məsələnin illər ötəndən sonra maraqlı əlamətləri çılpaq şəkildə üzə çıxmaqdadır. Mənzərə Avropanın özünü sivil, demokratik sayaraq başqa qitə ölkələrinə nümunəlik iddiası sərgiləyən ölkələrinin özlərindəki daxili vəziyyət və insanın fundamental haqqı sayılan təhlükəsiz yaşamaq hüququ ilə bağlıdır. Alovları Avropanın nəinki Aralıq dənizi sahillərini, hətta az qala uzaq Norveçi, Danimarkanı qarsmış Ərəb inqilabları 2012-ci ildə yenicə alovlanırdı, Misirin, Liviyanın, Tunisin, Suriyanın sonrakı taleləri hələ bəlli deyildi, bu ölkələrdə «qanları qaşığa qoyulmuş» diktatorların bir sıra Avropa liderləri ilə dünənki «bratanlıqlarını göstərən» fakt və videokadrlar təzə-təzə üzə çıxmaqda idi. Bir yandan yeni-yeni başlayan qaçqın ərəblər dalğasının gəlişi, digər yandan dinlərarası və məişət zəminində fərdi və kütləvi qətllər Avropa dövlətlərinin daxili palitrasının seçilən parlaq boyalarına çevrilməkdə idi.
Belə mənzərənin sabahkı müəyyən və qeyri-müəyyən hallarını yaxşı görən Avropa liderləri İlk Avropa Oyunlarının təhlükəsizliyinə Azərbaycan kimi stabil bir ölkə qədər təminat verə bilməyəcəklərini vaxtında başa düşdülər, qısa desək, Avropa Oyunlarına ev sahibliyi etməkdən qorxdular, kənara çəkildilər və yaxşı mənada Azərbaycanı tək buraxdılar.
Göründüyü kimi, Azərbaycan çox mürəkkəb və çoxşaxəli oyunların içində İlk Avropa Oyunlarının təşkilatçılığını qəbul etdi.
Azərbaycanın özünün təşkilatçılıq fəaliyyətindən qabaq «antitəşkilatçılığa» başlayanlar ilk əvvəl çalışdılar ki, dünyada Avropa Oynlarına qarşı misilsiz «boykot hərəkatı» formalaşdırsınlar. Pullar tökdülər, başlar sındırdılar, sabiq və fəaliyyətdə olan dövlət rəsmiləri ilə xosunlaşmağa, onları ələ almağa, Avropa Oyunlarına komanda göndərməkdən imtinaya çəkməyə çalışdılar.
Görəndə ki, bu yöndə işlər istənilən nəticəni vermir, həmin şəxsləri guya Azərbaycanda insan haqları və demokratiyanın pozulduğu tezisi ilə şantaj etməyə çalışdılar ki, belə bir ölkənin idman yarışlarına necə dəstək olmaq olarğ! «Avroviziya» vaxtı başlanmış «Demokratiya naminə oxu» kimi əndrəbadi kampaniyanın daha sonradan «İnsan haqları naminə qaç» kimi əcaib formalar alması məhz o mərhələnin «ağızbüzən meyvələri» kimi xatırlanacaq. Maraqlıdır ki, əsası gizli şəkildə hələ 2012-ci ilin dekabrındakı səsvermə zamanı qoyulmuş «antitəşkilatçılar kampaniyası» sonradan Azərbaycan hökumətinin İlk Avropa Oyunlarına guya kasıb-kusubdan kəsilmiş pullar hesabına hazırlaşdığı barədə tezisə də baş vurdu. Bununla Avropa dövlət rəsmilərini Azərbaycanla əməkdaşlıqdan imtinaya yönəldəcəklərinə ümid edən antitəşkilatçılar yanıldıqlarını sonradan özləri də dərk etdilər. Axı buna oxşar tezisi 2011-ci il «Avroviziya» mahnı müsabiqəsi vaxtında da dövriyyəyə buraxmışdılar, guya müsabiqəyə hazırlıq naminə Bakıda «kasıb-kusubun ev-eşiyini» buldozerin qabağına verib düzləyirlər. Ancaq ortaya fərqli mənzərə çıxdı, Bakıda kimsənin evi başına yıxılmadı, mövcud qanunlar çərçivəsində hər kəsə artıqlaması ilə haqqı ödənilmiş sivil dövlət-vətəndaş əməkdaşlığı nümunələri ortaya qoyuldu.
Beləliklə, antitəşkilatçıların xaricdə başlatdığı «boykot hərəkatı» istənilən nəticəni vermədi, əksinə, xaricdə Avropa Oyunları kontekstində Azərbaycanı dəstəkləyən təmənnasız «lobbiçilər hərəkatı» formalaşmağa başladı. Əvvəllər Avropa Oyunları ilə bağlı xarici dövlət dairələrindən yalnız tək-tək tənqid, inamsızlıq reaksiyaları eşidirdiksə, indi «lobbiçilik hərəkatı getdikcə o qədər güclənir ki, onun içində antitəşkilatçıların tənqid və boykot çağırışları eşidilməz olmağa başlayır.
Avropa ölkələrində saysız parlament üzvlərinin, sabiq və hazırkı dövlət xadimlərinin Oyunlara dəstək reaksiyaları, Bakı-2015-in Təşkilat Komitəsi ilə əməkdaşlıqlar, komitə sədri Mehriban Əliyevanın dünya paytaxtlarında keçirdiyi təqdimat mərasimlərinə yüzlərlə rəsmi şəxslərin qatılması həmin «lobbiçilik hərəkatının» formalaşma prosesinin detalları deməkdir. Beləliklə, antitəşkilatçıların Avropa Oyunlarına qarşı planladıqları «boykot hərəkatı» özündən qat-qat güclü «lobbiçilik hərəkatı» formalaşdırdı. Bu, Avropa Oyunlarına qədərki mərhələdə təşkilatçının, yəni Azərbaycanın ilk böyük qələbəsi, antitəşkilatçıların ilk genişmiqyaslı məğlubiyyəti oldu.
Antitəşkilatçıların əsas fəaliyyət istiqamətlərindən biri də ölkəmizin içinə doğru yönəldilmişdi. Ən müxtəlif mülahizələrlə Avropa Oyunlarını xalqın gözündən salmağa, xalqı Oyunlara qarşı qaldırmağa, ölkədə siyasi gərginlik salmağa, «bulanıq suda istədikləri balığı tutmağa», ya da «bulanıq sulara istədikləri balıqları buraxmağa» çalışdılar. Etiraf edək ki, ilk əvvəl Avropa Oyunlarının dövlətçilik tarixində, xüsusən Qarabağ probleminin həlli yönümündəki əhəmiyyətini lazımı dərəcədə görə bilmədiyi üçün cəmiyyətimizin müəyyən hissəsi antitəşkilatçı dairələrə sərf edən ya passiv laqeydlər, ya da əleyhdarlar mövqeyinə keçirdi. Lakin çox tezliklə, xüsusilə də son bir neçə ayda xaricdə və ölkə içində aparılan təbliğat işləri nəticəsində cəmiyyətimiz hansı tarixi tutuma malik hadisənin ərəfəsində olduğunun fərqinə varmağa başladı, anladı ki, Avropa Oyunları Qarabağa ən qısa yol olmaqla bərabər, həm də tariximizin, mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin şəriksiz tanıdılmasının alternativsiz yoludur. Xaricdə antitəşkilatçıların qaralama kampaniyası gücləndikcə, Azərbaycan cəmiyyətinin Avropa Oyunlarının təşkilat Komitəsinə təşəbbüskar dəstəyi də gücləndi. Bunun nəticəsidir ki, bir vaxtlar tək dövlət başçısının başlatdığı Avropa Oyunları prosesi indi Azərbaycan xalqının, vətəndaş cəmiyyətinin, medianın, xaricdəki milli diaspor və lobbi dairələrinin dəstəklədiyi qlobal bir prosesə çevrilib. Antitəşkilatçıların iradəsinə və planlarına əks olan bu proses Avropa Oyunlarının başlanmasına qədərki dövrdə saysız qara-qura planları poza bilmiş Azərbaycanın ilk böyük qələbəsi deyilmiğ
Bu qələbədən çoxlarına pay düşür. Adbaad sadalamayacağıq. Ancaq ilk gündən və sonradan prosesə bu və ya digər formada qoşularaq Azərbaycanın Avropa Oyunlarını yüksək səviyyədə keçirməklə bir sıra digər problemlərin də həllinə baza yaradacağına öz içində möhkəm inanan hər kəsin adı bu siyahıdadır. Əlbəttə, İlk Avropa Oyunlarına hazırlıq üzrə Təşkilat Komitəsinin siyahıda xüsusi yeri nəzərə alınmaq şərti ilə...
Mehriban Əliyeva son illərdə saysız dost və təəssüf ki, həm də düşmən nəzərlərini Azərbaycana çəkmiş ikinci böyük Təşkilat Komitəsinə rəhbərlik edir.
«Avroviziya» mahnı müsabiqəsinin Təşkilat Komitəsini qüsursuz idarə edib başa çatdırmaqla Birinci xanım tək ailə qismətindən doğan status sahibi yox, həm də yüksək şəxsi qabiliyyət və bacarıqlara söykənən ictimai ləyaqət simvolu olduğunun əlamətlərini bütün dünyaya nümayiş etdirdi. Mehriban Əliyevanı dünyanın başqa birinci xanımlarının mütləq əksəriyyətindən fərqləndirən də məhz «ailə qisməti statusundan» «ictimai ləyaqət simvoluna» qədər yüksələ bilməsidir. Bu yüksəlişin birinci pilləsi «Avroviziya» mahnı müsabiqəsi idi, Avropa Oyunlarına hazırlıq üzrə Təşkilat Komitəsi isə ikinci pillə kimi görünməkdədir. Etiraf edək ki, pillədən pilləyə keçid kənardan yaradılan çətinlik və maneələrin artım tendensiyası ilə müşayiət olunur. «Avroviziya» müsabiqəsi zamanı kənardan Azərbaycana çətinliklər yaratmaq taktikasını bir növ sınaqdan çıxaranlar Avropa Oyunlarının kölgəsi altında Azərbaycanın üstünə hətta «super dövlət katiblərinin» belə səfərbər olunduğu daha böyük qüvvələrlə gəldilər. Fərqi görürsünüzmüğ Kənardan yaradılan çətinliklərin özünəməxsus artım tendensiyasının səbəbləri çoxdu. Azərbaycanın «sözəbaxan əl quzusu» olmamasını şərtləndirən daxili güc, inkişaf meylləri, stabillik, sosial-milli-siyasi həmrəylik və sair kimi faktorlar kənarda qısqanclıq və düşmənçilik hissiyyatlarının alovlanmasında öz sözünü, təbii ki, deyir. Ancaq irimiqyaslı beynəlxalq tədbirlərin təşkilatçısı olaraq, təcrübə və qabiliyyətlərini sürətlə təkmilləşdirmək yolunda özünü göstərən Mehriban Əliyeva faktorunun doğurduğu qısqanc və bədxah münasibətləri də unutmaq olmaz. Beynəlxalq tədbiri üzünə tutaraq Azərbaycana təzyiqləri artıranlar yaxşı bilir ki, indi Avropa Oyunlarının təşkilat Komitəsinə sədrlik edən Mehriban Əliyeva 5 il əvvəl «Avroviziya» TK-na rəhbərlik etmiş Mehriban Əliyeva deyil. İndi o, hədəfə doğru daha inamla irəliləyən, Prezidentin miqyaslı fəaliyyətini tamamlayan, daha çoxşaxəli fəaliyyət taktikasını mənimsəyən, daha çox potensialları bir xətt üstdə hərəkətə gətirə bilən ideoloq-təşkilatçı xadimə çevrilib. Təşkilatçılıq və idarəçilik qabiliyyətlərini, təcrübəsini böyük zəhmət hesabına artırmaqla inanılmaz nəticələr ortaya qoya bilən Birinci xanım getdikcə öz ölkəsi üçün hətta əlçatmaz görünən hədəfləri belə vurmaq gücünə sahiblənməkdədir. Azərbaycanın Avropa Oyunlarından şərəflə çıxmasının ən böyük təminatlarından biri məhz bu gücdür. Bütün bunlar dünyanın, necə deyərlər, dost-düşmənlərin gözləri qarşısında baş verir. Ölkəsinin müstəqilliyinin möhkəmlənməsi və geniş tanınması üçün gələcəkdə də çox işlər görməyə qadir olan bir xadimin yoluna indidən çıxmaq, onu daşlamaq, həyata keçirmək istədiyi böyük layihəni qaralamaq yalnız bədxahların əl ata bildiyi taktikadır. Bu mənada Avropa Oyunları əleyhinə yönəldilmiş fəaliyyətlər birinci xanımın artan nüfuzunu qaralamaq cəhdlərinin müəyyən ifadə forması kimi də başa düşülə bilər.
Ancaq inkişaf, irəliləyiş, uğurlar belə taktikanın üstündə qurulmur və qurula bilməz...
Aydın QULİYEV
«Bakı-Xəbər»in baş redaktoru,
Bakı-2015: İlk Avropa Oyunlarına Vətəndaş Dəstəyi Koalisiyasının koordinatoru
DİGƏR XƏBƏRLƏR
Tarix: 15.07.2015 / 22:23
I Avropa Oyunları zamanı yol hərəkətinin tənzimlənməsində fəal iştirak edən yol polisləri mükafatlandırıldı
Tarix: 15.07.2015 / 02:36
Bakıda Avropa Oyunları Muzeyinin yeri...
Tarix: 13.07.2015 / 18:51
Daxili Qoşunların I Avropa Oyunları zamanı xidmətə cəlb edilmiş hərbi qulluqçuları mükafatlandırıldı
Tarix: 13.07.2015 / 18:28
Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi I Avropa Oyunlarının uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik etdi
Tarix: 13.07.2015 / 18:12
Bakıda birinci Avropa Oyunlarına həsr edilən parad və konsert keçirilib
Tarix: 10.07.2015 / 19:13
Alina Maxinya: "Bakı, nağıllar aləminə görə çox sağ ol!"
Tarix: 10.07.2015 / 17:59
I Avropa Oyunları ilə əlaqədar Azərbaycana gələn qonaqlarla bağlı rəqəmlər dəqiqləşdirilir
Tarix: 10.07.2015 / 17:50
“Cəmiyyəti populist çıxışlarla aldatmaq mümkün deyil”
Tarix: 10.07.2015 / 03:40
Təxribatçıların Avropa Oyunlarından sonraya aid etdikləri bir proqnoz da boşa çıxdı
Tarix: 09.07.2015 / 18:14
Britaniyanın keçmiş enerji naziri: “I Avropa Oyunları Azərbaycan və Britaniya təcrübəsinin zəfəri oldu”
Tarix: 09.07.2015 / 18:05
Azərbaycan mülki aviasiyası ilk Avropa Oyunları zamanı qonaqlara yüksək səviyyədə xidmət göstərilməsini təmin edib
Tarix: 09.07.2015 / 18:03
Almaniya səfiri: “Bakıda I Avropa Oyunları zamanı xüsusi əhval-ruhiyyə vardı”
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...
Tarix: 26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...
Tarix: 26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..
SON XƏBƏRLƏR
27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...
27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...
27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...
27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...
27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...
27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...
27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...
27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?
27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür
27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək
27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs:
"Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib
27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır
27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var -
adam rüşvəti kimdən alıb...
27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir -
siyahıda Türkiyə və Qırğızıstan da var...
27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...
27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi
27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür...
Konstitusiya uğrunda...
27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir -
siyasi qərar verildi...
27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...
27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi
27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu
– Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...
27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi
27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar
27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq
– Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...
27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...
27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...
27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı
27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir
– biz hücum etmədik...
27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal
– Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi
27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası
– məşhur aparıcı və həyat yoldaşı saxlanıldı
27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı –
45 milyard avronun taleyi...
27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi
– Bakıdan müsbət mesajlar verildi...
27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı
27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu
27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ
27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...
27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var"
- Estoniyalı nazir
27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili
27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu
- Anar Nəbiyevlə müsahibə
27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı
27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...
27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər
27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin
– YENİ TƏKLİF...
27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR
27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...
27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb
27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
- FOTO
27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya
- tələblər açıqlandı
27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı
– həkimlə bağlı iş yenidən açılır...
27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi
27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi
27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı
- FOTO
27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”
27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal
- Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...
26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq
- Aralıq dənizini müharibə zonasına çevrilməyin…
26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi
26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?)
- PJAK-la müharibə...
26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam
26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...
26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov
26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...
26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə
- Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…
26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir
26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır
- 3 noyabr dərs olmadı...
26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər
- FOTO
26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir
26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı -
Müəmma…
26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...
26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)
26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...
26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...
26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...
26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var
- nə baş verir...
26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri
26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...
26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...
26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..
26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı
26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...
26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat
- ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…
26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...
Tarix: 23.11.2026 / 11:56
Ən çox boşanma bu rayonda qeydə alınıb
– SİYAHI
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
XƏBƏR ARXİVİ