Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) birinci Avropa Oyunlarına dəstək məqsədilə "Voyage with us” (Bizimlə səyahət et) adlı yeni kampaniyaya start verib. AZƏRTAC xəbər verir ki, kampaniya Almaniyanın Azərbaycandakı səfirliyi ilə birgə həyata keçirilir. Kampaniya çərçivəsində Almaniyanın mədəniyyəti, tarixi barədə məlumat verilib.
Tədbirdə AGAT-ın sədr müavini Nərgiz Xələf və Almaniyanın Azərbaycandakı səfirliyinin ictimai-siyasi məsələlər üzrə birinci müşaviri Fridrix Hanke kampaniyanın əhəmiyyətindən danışıblar.
Sonra incəsənət ustaları mahnı və rəqslər ifa ediblər.
Tədbir iştirakçılarına AGAT və Almaniya səfirliyi tərəfindən müxtəlif hədiyyələr təqdim olunub.