Serbiya Prezidenti Tomislav Nikoliç Bakıda I Avropa Oyunlarının açılış mərasimində iştirak edəcək. Trend-in məlumatına görə, bunu Serbiyanın xarici işlər naziri İvitsa Daçiç azərbaycanlı həmkarı Elmar Məmmədyarovla danışıqların yekunları üzrə brifinqdə deyib.