Azarkeşlər Evini Rusiya Olimpiya Komitəsi açacaq.
I Avropa Oyunlarını ilin ən önəmli idman yarışı adlandıran Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov bildirib ki, Rusiya bu yarışda ən güclü idmançılarla təmsil olunacaq.
"Biz azarkeşlərin dəstəyinin idmançılarımız üçün əhəmiyyətini anlayırıq. Bu üzdən Bakıda Azarkeşlər Evinin açılması qərara alındı”, - deyə o vurğulayıb.
Qeyd edək ki, iyunun 12-dən 28-dək fəaliyyət göstərəcək Azarkeşlər Evi Bakıda Xocalı prospekti, 20 ünvanında yerləşəcək.