Tədbirdə çıxış edən Azərbaycanın Argentinadakı səfiri Məmməd Əhmədzadə Azərbaycanın müstəqillik illərində keçdiyi yol, əldə olunmuş tərəqqi, ölkəmizin inkişaf strategiyası, regional proseslərdə və beynəlxalq siyasətdə rolu, Bakı 2015 Birinci Avropa Oyunları, bu oyunların yüksək səviyyədə təşkili məqsədilə ölkəmizdə görülmüş tədbirlər, eləcə də növbəti illərdə Azərbaycanın digər beynəlxalq idman yarışlarına ev sahibliyi edəcəyinə də toxunmuşdur. Səfir çıxışında son illərdə Azərbaycan-Argentina əlaqələrinin inkişafı barədə danışmış və Argentina hökumətinə bu xususda verdiyi dəstəyə görə təşəkkür edib.
Sonra Bakı 2015 Birinci Avropa Oyunları ilə bağlı videoçarx nümayiş etdirilib.
Tədbirlə bağlı nüfuzlu "EFE America" informasiya agentliyi tərəfindən xüsusi olaraq hazırlanmış "Azərbaycan Bakı 2015 Birinci Avropa Oyunlarını Buenos-Ayresdə təqdim edir" başlıqlı video-reportaj və "Bakı 2015 Birinci Avropa Oyunlarının təqdimatı Buenos-Ayresə gəlmişdir" başlıqlı məlumat dünyanın ispandilli mətbuatının böyük marağına səbəb olub və həmin video-reportaj və məlumat "MSN", "Television Data 99", "Eurosport Yahoo", "Noticias Terra", "Hola Ciudad", "Que Pasa", "Worldnewsenespanol", ""TRT espanol" və digər müvafiq KİV-lərin portallarında da dərc olunub.
Məlumatlarda tədbirlə yanaşı, Azərbaycanın yüksək iqtisadi inkişafı, Avropa Oyunlarına hazırlıq çərçivəsində görülmüş işlər diqqət mərkəzində olub, səfir M.Əhmədzadən götürülmüş müsahibədən hissələr verilib, habelə ölkəmizin inkişafını göstərən kadrlar əks olunub.