İlk Avropa Oyunları kimi böyük layihələrin Azərbaycanda reallaşdırılması ölkənin gücünü əyani şəkildə nümayiş etdirir. Bu barədə Trend-ə bu gün Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov deyib.
Onun sözlərinə görə, bu cür idman yarışlarının uğurlu şəkildə təşkil olunması Azərbaycanın dünya arenasındakı nüfuzunu artıracaq: "Belə layihələrin reallaşdırılması Azərbaycanın artan gücünü və əhəmiyyətini əyani şəkildə nümayiş etdirir”.