şənbə günü, 28 noyabr 2026
     

İlk Avropa Oyunlarının mühüm elementi - Bakı Su İdmanı Mərkəzində nələr gördük?

Image


Çoxnövlü idman tədbirlərində su idmanı hər zaman maraqla izlənən yarışlardan olduğu üçün Bakı-2015 Avropa Oyunlarında da bizi eyni ssenari gözləyir. Xüsusi olaraq Avropa Oyunları üçün tikilən və Bayraq Meydanı obyektləri qrupunda yerləşən Bakı Su İdman Mərkəzi üç növdə idman yarışına ev sahibliyi edəcək. Bunlar üzgüçülük, suya tullanma və sinxron üzgüçülükdür.
Bakı Su İdman Mərkəzi 6000 tamaşaçı tutumuna malikdir. Bu idman mərkəzində 800 idmançı öz gücünü sınayacaq.
Qeyd edək ki, Bakı Su İdman Mərkəzi 3 mərtəbədən ibarətdir. Adıçəkilən idman mərkəzinin uzunluğu 220, eni 150, hündürlüyü isə 35 metrdir.
Bakı Su İdmanı Mərkəzində üç hovuz tikilib. Birinci mərtəbədəki hovuz məşq, ikinci mərtəbədəki üzgüçülük, üçüncü mərtəbədə yerləşən hovuz isə sinxron üzgüçülük üçün nəzərdə tutulub. İdmançıların əvvəlcədən məşq edib yarışa getməsi üçün hər cür şərait yaradılıb.
Məlumat üçün bildirək ki, su idmanı növləri üzrə yarışlar üçün nəzərdə tutulan əsas hovuzun uzunluğu 50, eni 25, dərinliyi 2,5 metrdir. Hovuz 3.200.000 litr su tutur. İkinci hovuz suya tullananlar üçündür. Burada 1, 3, 5, 7, 5 və 10 metrdən tullanmalar üçün beşpilləli platforma qurulub. Bu hovuzun uzunluğu 20, eni 25, dərinliyi 5 metrdir.
Sarayda məşqlər üçün üzgüçülük hovuzu da inşa edilib. Bu hovuzun özəlliyi ondadır ki, onu iki hissəyə ayırmaq mümkündür. Hətta hovuzun hissələrindən birinin dibi dəyişə bilir ki, bu da istər böyüklərə, istərsə də uşaqlara məşq etmək imkanı verir. Hovuzun döşəməsi istifadəçilərin boyundan uyğun olaraq aşağıya doğru qalxıb-enir. Bundan başqa, məşq zalına kameralar da quraşdırılıb ki, məşqçinin kamera vasitəsilə idmançını izləyib müvafiq məsləhət verməsinə yardım edəcək.

Su idman növləri arasında ən maraqlısı...

İlk Avropa Oyunlarında su idman növləri arasında üzgüçülük proqramın ən maraqlısı və sevilən idman növlərindəndir. Mütəxəssislərin də fikrincə, yeni Bakı Su İdmanı Mərkəzindəki atmosfer istər yarışlarda iştirak edən idmançıları, istərsə də çılğın tamaşaçıları həyəcanlandıracaq.
İdmançılar medal uğrunda - sərbəst, arxası üstə, qurbağa və kəpənək üslubunda olmaqla dörd əsas növ üzrə üç müstəqil estafetdə yarışacaq.
Sinxron üzgüçülükdə əsas məqsəd yaraşıqlı görünərək, suyun üzündə qalmaq, musiqinin ritmi ilə ayaqlaşmağı bacarmaqdır. Təbii ki, güclərini, atletizmi və bacarıqlarını nümayiş etdirmək üçün idmançılardan xüsusi musiqi hissiyyatı və istedad tələb olunur. Medallar uğrunda yarışlar fərdi, duet, komanda və sərbəst kombinasiya növləri üzrə keçiriləcək.
I Avropa Oyunlarında suya tullanma üzrə 160 idmançı iyunun 18-21-də 8 medal dəsti uğrunda yarışacaq.

Hovuz olimpiya standartlarına uyğun tikilib

Mayın 20-də Bakı Su İdmanı Mərkəzinin əsas yarış hovuzunda I Avropa Oyunları öncəsi 20 gənc üzgüçünün iştirakı ilə təlim-məşqə start verildi.
Bakı-2015-in idman şöbəsinin direktoru Pirs O Kallaqan "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, hovuz olimpiya standartlarına uyğun tikilib. O əminliklə bildirdi ki, idman qurğusu üzgüçülüyün müvafiq növləri üzrə Azərbaycan çempionlarının gələcək nəslinin yetişməsi üçün təlim mərkəzinə çevriləcək: "Bakı Su İdman Mərkəzi şəhər sakinlərinin faydalanması üçün Oyunlardan qalacaq həqiqi mirasın parlaq nümunəsidir".

Gənc idmançılar növbəti uğurlara imza atacaq

Azərbaycan yığmasının baş məşqçisi Rəşad Əbdürrəhmanov isə Oyunların daha çox azyaşlını idmanla məşğuliyyətə cəlb edəcəyinə və gənc idmançıları növbəti uğurlara ruhlandıracağına ümidvar olduğunu dilə gətirdi: "Bakı-2015 Avropa Oyunları Azərbaycan tarixinin ən böyük idman tədbiridir və bu mənim üçün bir idmançı, məşqçi və Azərbaycan vətəndaşı kimi qürurverici bir haldır. İdman sağlam qalmaq və yeni dostlar qazanmaq, məşhur olmaq üçün bir vasitədir".

Bakı Su İdmanı Mərkəzi dünyanın ən yaxşı arenalarından biridir

Tədbirə Bakı-2015-in ulduz elçisi kimi qatılan Murad Dadaşov Oyunlar zamanı ailəsi ilə birgə Azərbaycan idmançılarını dəstəkləyəcəyini, idman tamaşasından zövq alacağını dilə gətirdi. M.Dadaşov Bakı Su İdmanı Mərkəzinin dünyanın ən yaxşı arenalarından biri olduğunu qeyd etdi: "Bu arena I Avropa Oyunlarının su idmanı yarışlarının keçirilməsində böyük rol oynayacaq. Bakı Su İdmanı Mərkəzində üzgüçülüyün bütün növləri üçün hər cür şərait yaradılıb. Mən Oyunlar zamanı burada olacağam və idmançılarımızı dəstəkləyəcəyəm. Azarkeşlər bilet alıb idmançılarımızı dəstəkləsələr, bu, onların daha da uğurlu çıxış etməsi üçün böyük kömək olacaq. Azərbaycan idmançılarına uğurlar arzulayıram".
Qeyd edək ki, Bakı-2015 I Avropa Oyunları üçün tikilmiş və dünya standartlarına cavab verən arena Oyunlar zamanı üzgüçülük, suya tullanma və sinxron üzgüçülük yarışlarına ev sahibliyi edəcək. Oyunlar başa çatdıqdan sonra Mərkəz hamının istifadəsi üçün açıq olacaq.
 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər - FOTO

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ