"Bakı-2015” ilk Avropa Oyunları zamanı idmançılara və qonaqlara Azərbaycan Tibb Universitetinin (ATU) yuxarı kurslarında təhsil alan 400 tələbəsi könüllü ilkin tibbi xidmətlər göstərəcək. Ümumilikdə isə yarışların keçiriləcəyi bütün məkanlarda universitetin 1000-dək tələbəsi könüllü qismində iştirak edəcək.
Bu barədə AZƏRTAC-a ATU-nun tələbə həmkarlar ittifaqı komitəsinin sədri Elşad Novruzov məlumat verib.
Onun sözlərinə görə, tələbələr üçün 3 ay ərzində ATU-nun Tədris-Cərrahiyyə Klinikasında keçirilən günvurma və zədələnmələr zamanı ilkin tibbi yardımlara dair nəzəri və təcrübi təlimlər artıq başa çatıb.