şənbə günü, 28 noyabr 2026
     

Rusiya Olimpiya Komitəsinin prezidenti Bakının Birinci Avropa Oyunlarına hazırlığını yüksək dəyərləndirdi

Image


Rusiya Olimpiya Komitəsinin prezidenti, Rusiya Dövlət Duması sədrinin birinci müavini Aleksandr Jukovun APA-nın Moskva müxbirinə eksklüziv müsahibəsi

- Azərbaycanın I Avropa Oyunlarına hazırlığını necə qiymətləndirirsiniz?

- Son vaxtlar dəfələrlə Bakıda olmuşam. Əminliklə deyə bilərəm ki, şəhər bu geniş miqyaslı idman yarışının keçirilməsinə əla hazırlaşıb. İdman arenaları, idmançılar və rəsmi nümayəndələr üçün yaşayış şəraiti, bütün infrastruktur ən yüksək tələblərə cavab verir. Ümumiyyətlə, bu, təəccüblü deyil. Belə ki, Azərbaycan son illərdə dəfələrlə müxtəlif siyasi, iqtisadi, mədəni və idman tədbirlərinə ev sahibliyi edib və bunu hər zaman yüksək səviyyədə həyata keçirib. Hesab edirəm ki, Birinci Avropa Oyunlarının ideya müəlliflərinin Bakının bu yeni idman turnirini layiqincə keçirəcəyinə heç bir şübhəsi olmayıb, hətta baxmayaraq ki, hazırlıq müddəti çox qısa olub. Mən "Bakı-2015" Təşkilat Komitəsinə və Azərbaycan paytaxtında iştirak edəcək Avropanın ən yaxşı idmançılarına uğurlar arzulamaq istərdim.

- Birinci Avropa Oyunlarında Rusiyadan necə idmançı iştirak edəcək?

- Rusiya komandası Birinci Avropa Oyunlarına tam məsuliyyətlə hazırlaşır. Komandanın tərkibinin formalaşdırılmasına hələ keçən ildən başlanıb. Tezliklə Rusiya Olimpiya Komitəsi yekun siyahını təsdiq edəcək. Lakin indi təxminən 350 idmançımızın Bakıya gedəcəyi məlumdur. Rusiya Birinci Avropa Oyunlarında böyük sayda iştirakçı ilə təmsil olunacaq. Avropa Oyunlarına Rusiyanın ən məşhur idmançıları göndəriləcək. Bizim çox yaxşı ənənəmiz var. Bu, böyük yarışlarda "Rusiya Komandası Evi”ni açmaqdır. Belə evdən biz Bakıda da açacağıq. Orada bizim birgə idman tariximiz təqdim olunacaq. Əminəm ki, bu layihə Azərbaycan paytaxtının sakinlərini, eləcə də rusiyalı azarkeşlər də daxil olmaqla, Avropa Oyunlarının çoxsaylı qonaqlarını maraqlandıracaq.

- Rusiyalı idmançılar hansı idman növləri üzrə iştirak edəcəklər?

- Praktiki olaraq bütün idman növləri üzrə yarışlarda idmançılarımız iştirak edəcəklər. Bunlar gimnastika, boks, güləş, su idman növləri, döyüş idman növləri olan sambo və karate, plyaj futbolu, voleybol və basketboldur. Avropa Oyunları ilk dəfədir keçirilir, sözsüz ki, bu, tamaşaçılar, azarkeşlər üçün maraqlı, idmançılar üçün isə prestijli yarış olacaq. Lakin onu da unutmaq olmaz ki, Bakıda keçiriləcək yarışlarda bir sıra idman növləri üzrə 2016-cı ildə Rio-De-Janeyroda keçiriləcək Olimpiya Oyunlarına lisenziya oynanılacaq ki, bu da həmin yarışlara xüsusi kolorit verəcək. Rusiya komandasının məqsədi çox ciddidir.

- Avropa Oyunlarında Rusiya əsasən hansı idman növləri üzrə qızıl medala iddiaçıdır?

- İlk növbədə biz qeyri-rəsmi komanda hesabında qələbəyə səy göstərəcəyik. Bizim komandamızın potensialı çox böyükdür. Komandamızda çox tanınmış liderlər, perspektivli və ambisiyalı gənclərimiz var. Komandamız əsas qüvvə kimi çıxış edəcək. Rusiya komandasının plyaj futbolu idman yarışında qızıl medal qazanmağa yaxşı şansı var. Bizim yığma komandamız bu gün hələ də bu idman növündə dəbi müəyyən edəndir. Əminəm ki, samboçularımız və güləşçilərimiz ən yüksək yerlər uğrunda mübarizə aparacaqlar. İdman və bədii gimnastikada biz uğurlara ümid edə bilərik. Amma, əlbəttə ki, bu, hələ tam siyahı deyil.

- Keçən ay Moskvada "Bakı-2015” Avropa Oyunlarının təqdimatı keçirildi. Siz də həmin təqdimatda iştirak etdiniz. Təəssüratlarınızı bilmək istəyərdik.

- Moskvada "Bakı-2015" Avropa oyunlarının təqdimatı möhtəşəm keçdi. Azərbaycanın birinci xanımı, "Bakı-2015" Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva gözəl çıxış elədi. Həmin təqdimatda iştirak edənlər Bakının gözəlliyinə bir daha heyran qaldılar və əmin oldular ki, Avropa Oyunları yüksək səviyyədə keçəcək.

- Yəqin məlumatınız var ki, Avropa Oyunları öncəsi Qərbdə bəzi dairələr tərəfindən Azərbaycana qarşı təbliğat kampaniyasına start verilib. Soçidə Qış Olimpiya Oyunları keçirilən zaman Rusiya da belə kampaniya ilə üz-üzə qalmışdı. Bu barədə fikirlərinizi eşitmək istərdik.

- İdmanın siyasətdən kənar olduğuna biz tam əminik. Bütün dünya idman ictimaiyyəti də bu mövqedən çıxış edir. "Qara piar” isə o anda qurtarır ki, nə vaxt idman yarışları başlayır və insanlar ölkənin və oyunların təşkilatçısı olan şəhərin necə yaşadığını öz gözləri ilə görmək imkanı qazanırlar.

- "Bakı-2015" Avropa Oyunlarının açılış mərasimində Rusiya rəsmilərindən kimlərin iştirakı gözlənilir? Siz özünüz açılış mərasimində iştirak edəcəksinizmi?

- Komanda ilə birlikdə Birinci Avropa Oyunlarının açılış mərasimində mütləq iştirak edəcəyəm. Ümid edirəm ki, bizim ölkəmiz açılış mərasimində ən yüksək səviyyədə təmsil olunacaq.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

28.11.2026 / 12:32
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər - FOTO

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ