şənbə günü, 14 noyabr 2026
     

Son orfoqrafiya lüğətini hazırlayanlar cəmiyyətdən gələn səsləri nə qədər nəzərə aldılar…

Image


“Ancaq nəzərə alınmayan bəzi təkliflər də oldu”

 

Azərbaycan dilinin müasir dövrdə inkişafı, eyni zamanda da onun işləkliyinin bütün sferalarda təmin edilməsi olduqca vacibdir. Heç şübhəsiz ki, burada dilin norma və qaydalarının da bitkin şəkildə formalaşdırılması əsasdır. Müasir dövrdə “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin hansı formada hazırlanması, milli və alınma sözlərin yeni qaydalarda yazılması məsələsi aktual problemlərdən biri kimi diqqəti cəlb edirdi.

Əvvəlki dövrlərdə hazırlanan “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndə bir sıra ciddi problemlər vardı və bu ən çox özünü alınma sözlərin yazılışında göstərirdi. Bir də bu lüğətlərdə mövcud olan ciddi problemlərdən biri dilimizə daxil olan yeni sözlərin öz əksini tapmaması idi.     

Bildiyimiz kimi, artıq yenilənmiş “Azərbaycan dilinin orfoqrafiya lüğəti” hazırlanıb. Onu da bildirək ki, son dövrlər ən çox müzakirə edilən və barəsində müxtəlif fikirlər səsləndirilən elə “Azərbaycan dilinin orfoqrafiya lüğəti” idi. Məlum olduğu kimi, artıq Azərbaycan dilinin yeni orfoqrafiya normaları bir müddət əvvəl Nazirlər Kabineti tərəfindən təsdiqlənib. Bildirək ki, 69 maddədən ibarət olan orfoqrafiya lüğətinin layihəsi geniş ictimai müzakirəyə çıxarılmışdı və lüğətlə bağlı bir sıra alimlər, dilçilər, ziyalıar təkliflər irəli sürmüşdülər. Nazirlər Kabineti tərəfindən Azərbaycan dilinin yeni orfoqrafiya normaları təsdiqləndikdən sonra da orada yer alan bəzi sözlərin yazılışı ilə əlaqədar mübahisə doğuran fikirlər mətbuatda yer almağa başlayıb. 

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu mətbuata bildirib ki, Azərbaycanda yeni hazırlanan orfoqrafiya lüğətinə 4000 yeni söz daxil edilib. O, həmçinin, bildirib ki, Azərbaycan dilinin son orfoqrafiya lüğəti 2013-cü ildə çap edilib. Həmin dövrdən sonrakı 6 il ərzində dilimizə daxil olan yeni sözlər cəmlənərək yeni lüğətə daxil edilib. M.Nağısoylunun sözlərinə görə, ümumilikdə, yeni lüğətdə 112 minə yaxın söz cəmlənib.

Hazırda lüğət üzərində redaktə işlərinin aparıldığını deyən akademikin sözlərinə görə, mayın sonunda yeni orfoqrafiya lüğətinin hazırlanması prosesinin yekunlaşması və çap üçün təqdim edilməsi nəzərdə tutulur. O vurğulayıb ki, Nazirlər Kabineti tərəfindən Azərbaycan dilinin yeni orfoqrafiya normaları təsdiqləndikdən sonra lüğətə həmin normalar əsasında yazılaraq daxil edilən sözlərin sayı o qədər də çox deyil: “Yeni normaları biz əvvəldən nəzərə almışdıq. Ona görə də yeni normaların təsdiqlənməsi yeni lüğətin hazırlanmasına və lüğətdə ciddi dəyişikliklərin edilməsinə təsir göstərməyib”.

Artıq rəsmi şəkildə təsdiqlənən “Azərbaycan dilinin orfoqrafiya lüğəti” hazırlanarkən ictimaiyyət tərəfindən səsləndirilən təkliflərə nə dərəcədə yer verilib? Lüğət hazırlanarkən ictimai təkliflər nəzərə alınıbmı?

  • “Bu lüğətdə, birmənalı olaraq, azərbaycançılıq məfkurəsi, Azərbaycan tələffüzü əsas götürüldü”

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Tətbiqi dilçilik şöbəsinin müdiri, Dövlət Dil Komissiyasının üzvü, professor İsmayıl Məmmədov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, əvvəlki dövrlərlə müqayisədə yeni hazırlanan lüğətdə əsasən ictimaiyyətin təkliflərinə yer verilib. “Bu lüğət mənim rəhbərlik etdiyim şöbə tərəfindən hazırlanıb. Yeni lüğətdə ictimaiyyətin təklif etdiyi məsələlər 80 faiz nəzərə alınıb. İctimai müzakirələr ona görə keçirildi ki, biz bu məsələdə ictimai rəyi öyrənək. Ancaq nəzərə alınmayan bəzi təkliflər də oldu.  Çünki bəziləri təklif edirdilər ki, məsələn, Əsgər-Əskər, Ələsgər-Ələskər kimi yazılmalıdır, lakin biz bunu qəbul etmədik və həmin sözlər əvvəlki qayda ilə verildi. Bəzi birhecalı sözlərdən, məsələn, boss, kross və s. sözlərdən “s” hərfinin biri çıxarılıb. Biz “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ni milliləşdirdik. Bizim dilin lüğəti baş dillərin lüğət muzeyi deyil ki, onlar necə yazır, biz də elə yazaq. Deyirdilər ki, Vilyam adını Uilyam kimi qeyd etmək lazımdır, ancaq bunu etmədik. Kənar təsirləri qəbul etmədik. Bu lüğətdə, birmənalı olaraq, azərbaycançılıq məfkurəsi, Azərbaycan tələffüzü əsas götürüldü. Bizdə sözlər fonetik prinsiplə yazılır. 2004-cü ildə nəşr edilən lüğətdə qaydalar tam şəkildə yox idi. 1975-ci ildə çap olunan orfoqrafiya lüğəti isə 116 paraqraf idi. Bu dəfə isə əvvəlki lüğətlərdə yer almayan bütün məsələləri nəzərə aldıq. Məsələn, əvvəlki qaydalarda, normalarda daha çox alınma sözlərin yazılışından danışılırdı. Ancaq burada əsasən milli sözlərə diqqət yetirildi və lüğətə milli sözlərimizlə bağlı bir neçə maddə əlavə etdik. Lüğəti milliləşdirdik. Çünki lüğət yalnız alınma sözlərin yazılışı ilə bağlı deyil, bütün sözlərə aiddir” - deyə İ.Məmmədov qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ