şənbə günü, 14 noyabr 2026
     

“Uşaqlıqdan ədəbiyyata, jurnalistikaya böyük marağım olsa da, ədəbiyyat, jurnalistika mənə ulduzlar qədər əlçatmaz görünürdü”... - MÜSAHİBƏ

Image


Elçin Məmmədli: “Çap olunan məqaləmə görə poçt vasitəsilə qonorar alanda çox sevinmişdim”

 

Elə insanlar var ki, onların bioloji yaşı haqqında düşünə bilmirsən. Eşidəndə ki, dəyərli həmkarımız, tanınmış jurnalist-şair, satirik, “Təzadlar” qəzetinin əməkdaşı, Qarabağ müharibəsi veteranı Elçin Məmmədlinin 60 yaşı tamam olur, qulaqlarımıza inanmadıq. 22 dekabr onun doğum günüdür. Elçin Məmmədlini redaksiyamıza dəvət etdik ki, həm sevimli həmkarımızı ürəkdən təbrik edək, həm də 60 yaşın kitabını birgə vərəqləyək.

- Ruhən gəncsiniz, bu baxımdan Sizin 60 yaşınızın tamam olduğunu eşidəndə qulaqlarımıza inanmadıq...

- Düz 60 il əvvəl Zərdab rayonunun Seyidlər kəndində doğulmuşam, sonra atamın işi ilə əlaqədar ailəmiz Ağdaş rayonunun Ləki qəsəbəsinə köçüb. Ləki qəsəbəsindəki 6 saylı orta məktəbi bitirmişəm.

- Maraqlıdır, necə şagird olmusunuz?

- Qəribədir, həm çox dəcəl olmuşam, həm də yaxşı oxumuşam. Ümumiyyətlə, adətən dəcəl uşaqlar yaxşı oxuyan olmurlar. Məndə isə əksinə idi. Bu, müəllimlərimi çox təəccübləndirərdi. Orta məktəbi yaxşı qiymətlərlə bitirmişəm. 1977-1979-cu illərdə Almaniyada Sovet qoşunlarının tərkibində hərbi xidmətdə olmuşam. Ali təhsil almaq uşaqlıqdan böyük məqsədim olub. Əsgərlikdən qayıtdıqdan sonra ali məktəbə hazırlaşmışam, onda fəlsəfə və filologiya məni özünə daha çox cəlb edirdi. Bakı Dövlət Universitetinin filologiya fakültəsinə imtahan verdim və bütün fənlərdən yüksək qiymət alsam da, xarici dildən kəsildim. Eşitdim ki, Azərbaycan İncəsənət İnstitutunda qəbul imtahanında xarici dil yoxdur və sənədlərimi bu ali məktəbə verdim, mədəni-maarif fakültəsinə qəbul olundum. Bu fakültəni ona görə seçdim ki, ürəyimdə tutduğum arzulara qovuşum, ədəbiyyatla, fəlsəfə ilə elmi şəkildə məşğul olum. Arzum aspiranturaya daxil olmaq idi. Mənə dedilər ki, aspiranturaya daxil olmaq istəsən, ali məktəbi qırmızı diplomla bitirməsən xarici dildən imtahan verməli olacaqsan.

- Yenə də xarici dil...

- Bəli. Mən isə xarici dildən imtahan verməmək üçün gecəmi gündüzümə qatıb oxudum və ali məktəbi qırmızı diplomla bitirdim. Birinci il aspiranturaya sənəd verdim, müəyyən problemlər üzündən qəbul ola bilmədim. Sonra isə 1988-ci ilin Milli Azadlıq Hərəkatı başladı və Azərbaycanın dövlət müstəqilliyini istəyən bir vətəndaş kimi mən də mitinqlərə qatıldım, meydanlara getdim.

- Milli Azadlıq Hərəkatına qoşulmağınız jurnalistikaya gəlməyinizə təkan oldu?

- Xeyr. Bu hadisələrə qədər artıq yazılarım dövri mətbuatda çap olunurdu. Uşaq vaxtı məndən “böyüyəndə hansı sənəti seçəcəksən” deyə soruşduqda “jurnalist olacağam” cavabını verirdim. Hələ orta məktəbdə oxuyarkən respublikada çıxan bütün qəzetləri oxuyurdum. “Bakı”, “Baku”, “Azərbaycan gəncləri”, “Kommunist” qəzetlərini, “Ulduz”, “Azərbaycan” jurnallarını mütəmadi olaraq izləyirdim.  Uşaqlıqdan məndə ədəbiyyata, jurnalistikaya böyük maraq olsa da, ancaq ədəbiyyat, jurnalistika mənə ulduzlar qədər əlçatmaz görünürdü.

Əsgərlikdən döndükdən sonra, ali məktəbə qəbul olunmamışdan əvvəl peşə məktəbinə qəbul olundum, sonradan da bir müddət peşə məktəbində işlədim. Həmin məktəb keçmiş SSRİ-də yeganə peşə məktəbi idi ki, orada neft üzrə xarici ustalar təhsil alırdılar. O məktəbin direktoru Mirzağa Quluzadə məni yanına çağırdı. Gedib gördüm ki, onun yanında bir kişi var. Onu mənə təqdim edib dedi ki, Xudayat Həsənli “Azərbaycan gəncləri” qəzetinin elm-təhsil və gənclər şöbəsinin redaktorudur. O bizim məktəbdən yazı hazırlamağa gəlmişdi. Direktor ona mənim haqqımda məlumat verdiyi üçün, o mənə dedi ki, yazını götür redaksiyaya gətir, çap üçün baxarıq. Ürəyimdə çap olunmağı çox istəsəm də, yazı çap etdirməyə tərəddüd edirdim. Bir yazım vardı, vetnamlı tələbələrin Azərbaycandakı təhsil və yaşayış tərzi haqqında yazmışdım. Gətirib yazını redaksiyaya verdim, ancaq güman etmirdim ki, yazı çap oluna bilər. Hədsiz dərəcədə həyəcanlı idim. Bir gün baxıb gördüm ki, yazım çap olunub, uçmağa qanadım yox idi. O hissi heç cür ifadə edə bilmirəm... O dövrdə indiki kimi mətbuat bolluğu deyildi və o illərdə çap olunmaq həqiqətən də böyük qəhrəmanlıq idi. İkinci dəfə isə çap olunan məqaləmə görə poçt vasitəsilə qonorar alanda çox sevinmişdim. Bu minvalla da “Azərbaycan gəncləri” qəzetinin ştatdankənar müxbiri kimi fəaliyyətə başladım. Peşəkar jurnalistikaya 1983-cü ildə gəlmişəm.

- Milli Azadlıq Hərəkatına jurnalist kimi qatılmışdınız, yoxsa bir vətəndaş kimi?

- Orta məktəbdə oxuyanda ədəbiyyata, mütaliəyə çox ciddi marağım vardı. Hələ 6-cı sinifdə oxuyarkən Məmməd Səid Ordubadinin “Qılınc və qələm” kitabını oxumuşdum. Daha sonra İlyas Əfəndiyevin və digər yazıçıların əsərləri ilə tanış olmuşdum. Eyni zamanda da İkinci Dünya Müharibəsi qəhrəmanları haqqında çəkilən “Uzaq sahillərdə” və başqa vətənpərvərlik filmləri bizə hədsiz dərəcədə qəhrəmanlıq ruhu aşılamışdı. Sözün açığı, hər birimiz o qəhrəmanlara, o vətənpərvər insanlara bənzəmək istəyirdik. İkinci Dünya Müharibəsi qəhrəmanlarına həmişə elə böyük həsədlə baxmışam ki... Deyirdim ki, müharibə olsa, mən də gedərəm. Almaniyada xidmətimizin bitməsinə 6 ay qalmış Çin və Vyetnam arasında müharibə başladı. Bizdən “kim könüllü müharibəyə getmək istəyir” deyə soruşduqda mən və bir qazax irəli çıxıb könüllü olaraq müharibəyə getmək istədiyimizi bildirdik, lakin bizi müharibəyə aparmadılar.

1988-ci ildə bir vətəndaş kimi Milli Azadlıq Hərəkatına qoşuldum. Meydanda səsləndirilən bütün fikirləri etalon kimi qəbul etmirdim, elə çıxışlar vardı ki, məni narazı salırdı. 1992-ci ildə isə Qarabağ müharibəsinə getdim. Düşündüm ki, sözümü burada yox, Qarabağda deməyin zamanıdır. 

- Döyüş yolunuz haralardan keçdi?

- Mən topçu kimi fəaliyyət göstərmişəm. Döyüş yolum 1992-ci ildə Haramı düzündən başladı. Əvvəlcə batareya komandirinin müavini idim. Komandirimiz 3 əsgərlə birgə yaralandı və mən komandir oldum. Komandir olduğum müddətin 5-ci günündə öz sərbəst koordinatlarım əsasında Qarabağda – Xocavənddə ermənilərin bütün Qarabağı təmin edən mərmi bazasını, 2 tankını, toplarını, BTR-lərini, 100-dən artıq canlı qüvvəsini yaylım atəşi ilə darmadağın etmişdim. Hadisə      1992-ci ilin 22 avqust tarixində baş vermişdi. O vaxt Şəmistan Əlizamanlı cəbhə xəbərlərində bu barədə məlumat yaymışdı, biz də düşmənə vurduğumuz ağır zərbəyə görə qürur hissi keçirirdik. Sonra döyüş yolum Zəngilan, Qubadlı, Laçın və Füzulidən keçdi. Qarabağ müharibəsi veteranıyam.

- Elçin bəy, ilk şeirlərinizi kimə yazmısınız bəs?

- Hamı kimi ilk şeirimi sevdiyim qıza yazmamışam, şeirlərim satira ruhunda olub. 4-cü sinifdə oxuyanda sinfimizdə baş verən qarışıq hadisələrə bir satirik şeir yazmışdım. Mənimki satiradır. Uşaqlıqdan Sabiri, Mirzə Cəlili çox oxuyurdum və mənə onların ruhu çox doğma idi, bu gün də doğmadır. Məni həmişə satira cəlb edib.

Ümumiyyətlə, poeziyanı çox sevirəm və saatlarla şeir deməkdən yorulmuram. Maraqlıdır ki, öz şeirlərimi deməyi sevmirəm, heç onlar yadımda qalmır da. Öz şeirlərimi təhlil etdikdən və poeziyanı daha dərindən duyduqdan sonra gördüm ki, yazdıqlarım poeziya ölçülərinə uyğun gəlmir. Çünki hamıya tənqidi yanaşırdım. Bundan sonra poeziyadan tənqidçiliyə keçdim. Rəhmətlik Bəxtiyar Vahabzadə ilə dostluq edirdim. Mərhum şairimiz Söhrab Tahirlə ata-bala kimi idim. Xalq şairi Nəriman Həsənzadə ilə də çox doğmayıq. Musa Yaqub, Nüsrət Kəsəmənli, Cabir Novruz, Məmməd İsmayılla da həmçinin çox doğma olmuşuq. Poeziyamızın klassiklərindən Mirvarid xanım Dilbazi ilə də yaxın ünsiyyətimiz vardı. Dəfələrlə hər birinin evində olmuşam, şeirlərini dinləmişəm və yeri gələndə tənqidi qeydlərimi bildirmişəm.

- Onları tənqid etdiyinizə görə Sizdən incimirdilər ki?

- Qətiyyən, əksinə, çox sevinirdilər. Bir dəfə Bəxtiyar Vahabzadə kimi nəhəng bir şairin çap olunan şeirlərindən birinə irad bildirib dedim ki, Bəxtiyar müəllim, bu şeirdə bu misra belə olsa, daha yaxşı olar. Dedi, ay oğul, nə gözəl tapmısan. Mən özüm Məmməd Araz, Bəxtiyar Vahabzadə və digər şairlərimizin vurğunuyam.

- Jurnalistika Sizi arzularınıza qovuşdura bildimi?

- Müstəqilliyimizin ilk illərində bəzi dövlət qəzetləri bağlandı, bəzilərinin isə adı dəyişdirildi. Həmin dövrdə mən tərəddüdlər içində qaldım ki, yazılarımı hansı qəzetə verə bilərəm? Həmin dövrdə nəşr olunan “Boz qurd”, “Ədalət”, “Şərq”, “Millət”, “Müxalifət”, “Azərbaycan müəllimi”, “Ədəbiyyat və İncəsənət” və başqa qəzetlərə yazılar verirdim. Bu qədər qəzetlə əməkdaşlıq etməyimə rəğmən, özümü daha çox “Təzadlar”da tapdım. Bu qəzetdə işləsəm də, özümü müstəqil jurnalist hesab edirəm. Çünki başqa qəzetlərlə də əməkdaşlıq edirəm. Hər qəzetin öz ruhu var. “Təzadlar”da mənim “Həftəbecər” rubrikam var.

- Bəli, Sizin bu rubrikanız doğrudan da özünə oxucu auditoriyası toplaya bilib. Bu Sizin jurnalist kimi çox incə yumor və satira ruhunuzu meydana çıxarır. “Həftəbecər” necə yarandı?

- Bayaq qeyd etdim ki, məktəb illərindən Sabirin və Mirzə Cəlilin vurğunu olmuşam. “Hophopnamə”, eləcə də Mirzə Cəlilin felyetonları məni özünə cəlb edirdi. İndiyə qədər də o felyetonların bir çoxu yadımdadır. Yəqin ki, klassiklərimizin satirik ruhu mənim də qələmimə hopub. Ümumiyyətlə, hadisələrə qeyri-ixtiyari olaraq satirik, atmacalı yanaşıram. Hamı kimi mən də hansısa bir xəbəri oxuyuram, amma mən o xəbərdən bir cümlə tapıb ona satirik mizan, ölçü verirəm. Bu yazılar, əslində, neqativləri tənqid edib, bu cür insanları islah etməkdir.  

- Bayaqdan satiradan danışırıq, heç sevgi şeirləri yazmadınız?

- Yazdım, niyə yazmadım... Bir qızın saçları xoşuma gəlmişdi, onun saçlarına bir şeir yazdım.

Özün bir aləmsən, ruhun bir aləm,

Qəlbimə məlhəmdi sənin saçların.

- Yubiley münasibətilə yazdıqlarınızla bağlı kitab çap etmək fikriniz yoxdumu?

- Bu il iki kitab çap etməyi nəzərdə tutmuşdum. Həm “Həftəbecər” yazılarımı kitab şəklində çap etmək istəyirdim, həm də Qarabağ müharibəsilə bağlı xatirələrimi yazıb kitab halına salmaq niyyətində idim. Lakin maddi çətinliklər üzündən nəşr etdirə bilmədim. Arzularım köhnəlmir və nə zamansa o kitabları çap etdirəcəyəm.

- Təbii ki, yaradıcı adamın dayağı ilk növbədə onun ailəsi olmalıdır. Bu baxımdan, Sizi xoşbəxt saymaq olarmı?

- Sözsüz ki, xoşbəxt saymaq olar. Gələn il ailə həyatı qurmağımızın 30 illiyi olacaq. İki övladımız var. Qızımız işləyir, oğlumuz isə tələbədir. Kiçik bir ailəmiz var və ailəmdən çox razıyam.

- Siz kənardan “öz tükünün üstündə dolanan adam” təsiri bağışlayırsınız. Bu doğrudan da belədir?

- Elin gözü tərəzidir. Çalışıram ki, hər kəsə faydam dəysin. Uşaqlıqdan faydalı olmağa çalışıram. Kimin köməyimə ehtiyacı olursa, onun dadına çatıram...

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ