şənbə günü, 14 noyabr 2026
     

Pirallahı məhkəməsinə Qazaxıstandan etiraz gəldi

Image


Qazaxıstanda yaşayan iş adamı Vüsalə Rəhimli Azərbaycan Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edərək, doğma vətənində hüquqlarının pozulması ilə qətnamə çıxarılmış bir məhkəmə prosesindən danışır. Müraciətdə deyilir:

“Hörmətli Prezident!

Sizə, hüquqları öz vətənində məhkəmə orqanları tərəfindən kobud surətdə pozulan xaricdə yaşayan Azərbaycan vətəndaşı kimi müraciət etməyə məcburam. Belə ki, mənə, həyat yoldaşım Sakin Ağayevə və onun qızı, Avropa vətəndaşı Dilarə Ağayevaya qarşı İbrahimov Fikrət Vəli oğlu tərəfindən ərazi üzrə bizə heç bir aidiyyəti olmayan Bakı şəhəri, Pirallahı rayon Məhkəməsində pul vəsaitinin tutulması barədə mülki qaydada əsassız vəsatət qaldırılıb və hakim Əkrəm Sabir oğlu Qəhrəmanovun sədirliyilə bizim iştirakımız təmin olunmadan işə baxılaraq, qarşı tərəfin xeyrinə bizdən birgə qaydada 698000 ABŞ dollar pul vəsaitinin tutulmasına dair qanunsuz  2(094)-396 /2017 nömrəli, 26.07.18-ci il tarixli qətnamə qəbul edilib. Məhkəmə prosesi bərəsində bizə heç bir bildiriş verilməyib və məhkəmə iddiaçı tərəfindən tərtib olunaraq birtərəfli qaydada imzalanan «müqaviləyə» hüquqi sənəd kimi istinad edilərək heç bir məntiqə sığmayan absurd qətnamə çixarıb. F.V.İbrahimovun fırıldağçılığı Qazaxıstan Respublikası Məhkəmələrində açıq məhkəmə çəkişməsində sübuta yetirilib və əksinə, məhz onun bizə borcu olduğuna dair müafiq Qətnamə qəbul edilib. Lakin təəssüf hissilə qeyd etmək istəyirəm ki, bütün bu qanunsuzluqlara və saxtakarlıqlara baxmayaraq, yuxarı məhkəmə instansiyalarında da bu biabırçı və ölkəmizin adına ləkə gətirən qətnamə öz qüvvəsində saxlanıb.

Həyat yoldaşım Ağayev Sakin tərəfindən konstitusiya hüquqlarımızın bərpa edilməsi ilə bağlı AR Konstusiya Məhkəməsinə şikayət ərizəsi verilib. Şikayət ərizəmizdə konstitusiya hüquqlarımızın dəfələrlə pozulması faktı öz əksini tapıb. Konstusiya Məhkəməsi instansiyasında sikayət ərizəmizin hələ 03 oktyabr 2018-ci il tarixində icraata qəbul olunmasına baxmayaraq, bu günə qədər bu işə dair hələ də yekun qərar qəbul edilməyib.

Şikayət məktubunda qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 88-ci maddəsinin tələblərinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qərar verməlidir. Təəssüf ki, kobud saxtakarlıq və qanun pozuntusuna yol verməklə bizə qarşı qanunsuz qətnamələr çıxarılıb və bu qanunsuzluqda da bilvasitə məhkəmələr iştirak edib.”

Bəlkə də buna inanmaq mümkün deyil, amma  məhkəməyə offşor şirkətə dair boş müqavilə blankı, yəni bizim imzamız, möhürümüz olmayan və heç bir əhəmiyyət kəsb etməyən müqavilə blankı təqdim edilib, məhkəmə isə bizim məhkəmə baxışında iştirakımızı təmin etməyərək qərəzli, birtərəfli qaydada, qeyri-obyektiv qətnamə çıxarıb. Hüquqi şəxslər arasında münasibətlər Azərbaycan Respublikası qanunvericiliyinə əsasən inzibati-iqtisadi məhkəmələrdə həll olunur. Buna baxmayaraq, kobud qanun pozuntusuna yol verilib və işə Bakı şəhəri Pirallahı rayon məhkəməsində baxılıb”- deyə şikayət məktubunda bildirilir.

Özü də “Müqavilədə” hüquqi şəxslər arasında olan münasibətdən, yəni hüquqi ünvanı xaricdə olan xarici hüquqi şəxslərdən bəhs edilsə də, işə ümumi məhkəmə baxıb. Hüquqi şəxslər arasında olan çəkişməyə baxan Pirallahı rayon Məhkəməsi fiziki səxslərə qarşı qətnamə çixarıb.          

Bakı şəhəri Pirallahı rayon Məhkəməsi cavabdehlərin heç birinə bildiriş göndərməyib və guya cavabdehlərdən birinə göndərdiyi bildiriş isə ona 19.06.2017-də təqdim edilib. Halbuki, Dövlət Sərhəd Xidmətinin təqdim etdiyi arayışda həmin səxsin respublikaya ancaq 24.06.2017-ci ildə daxil olduğu göstərilib. Bu isə açıq-aşkar saxtakarlıqdır.

Bütün bu saxtakarlıqlarla müşayiət olunan Pirallahı rayon Məhkəməsinin qətnaməsindən tərəfimizdən qanunvericiliyə uyğun səkildə apelyasiya şikayəti verilib. “Lakin Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası (hakimlər E.Q.Nəbiyev (sədirlik edən və məruzəçi), R.Ə.Qurbanov və A.N.İmanov) maddi və prosessual hüquq normalarının pozulması ilə müşayiət olunan qətnamə çıxarıb və 29 yanvar 2018-ci il tarixdə həmin qətnamə ilə Pirallahı rayon Məhkəməsinin qətnaməsini qüvvədə saxlanıb.

“Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Buna baxmayaraq, Bakı şəhər Apelyasiya Məhkəməsi qanunun bu tələblərinə riayət etməyib, həqiqətin aşkara çıxarılması, iş materiallarında olan sübutların tədiqiqi, iş materiallarında olan ziddiyyətlərin aradan qaldırılması məqsədilə, o cümlədən cavabdeh şəxslərin izahatlarının alınması istiqamətində heç bir hərəkət etməyib, qanunsuz və əsassız olan Pirallahı rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Şikayət məktubunda bildirilir ki, “Mülki işə Pirallahı rayon Məhkəməsi tərəfindən baxılması ərazi aidiyyəti prinsipinin pozulması ilə müşayiət olunub. Belə ki, məhkəmədə iştirak edən iddiaçı və cavabdehlərin heç biri Pirallahı rayonunda pasport qeydiyyatında deyil. “İddiaçıya cavabdehin telefon nömrəsini verdiyi üçün” cavabdeh kimi cəlb edilmiş Novruzov Abuzər Novruz oğluna qarşı isə iddiaçı tərəfindən heç bir tələb yönəldilməyib, məhkəmə iclasinda iştirak etməyib, qətnamədə həmin şəxsin yalnız adı qeyd edilib. Sırf bu səbəbdən şəxsin cavabdeh qismində işə cəlb edilməsi absurddur. Digər tərəfdən, Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsindən alınan rəsmi arayışa əsasən, Novruzov Abuzər Novruz oğlunun da Pirallahı rayonunda pasport qeydiyyatında olmadığı aşkarlanıb. Buna baxmayaraq, Pirallahı rayon Məhkəməsinin işə baxan hakimi işə qərəzli şəkildə yanaşaraq və tərəfkeşlik nümayiş etdirərək, heç bir hüquqi əsası olmayan qətnamə qəbul edib.”

Bu saxta məhkəmə qətnaməsi artıq icraya yönəldilib və bunun nəticəsində Qazaxıstanda iş adamı kimi tanınan həyat yoldaşımın «borclu» qismində respublika ərazisindən çıxmasına məhdudiyyət qoyulub.

Vüsalə Rəhimli qeyd edir ki, “İddiaçı İbrahimov Fikrət Vəli oğlu ilə cavabdehlər Rəhimli Vüsalə Mahmud qızı və ya onun ailə üzvləri arasında “metal məhsulunun alqı-satqısına” dair heç bir müqavilə mövcud olmayıb və iddiaçı tərəfindən cavabdehlərə olmayan müqavilə üzrə heç bir ödəniş həyata keçirilməyib. İş materiallarından da göründüyü kimi, iddiaçı məhkəməyə iddia tələbini əsaslandıra biləcək heç bir sübut təqdim etməyib. Buna baxmayaraq, məhkəmə tərəfindən həmin “sənədlər” mötəbər sübut olaraq qiymətləndirilib. Bu isə, öz növbəsində, məhkəmənin maddi hüquq normalarından xəbərsiz olmasını və ya bilərəkdən iş materiallarının dəqiq araşdırmamasını və ya gözardı etməsini sübut edir ki, bu hal da bizdə təəccüb və təəssüf hissi doğurur.

İş materiallarına əlavə edilmiş 698.000,00 ABŞ dolları məbləğində pul vəsaitinin İbrahimov Fikrət Vəli oğlu tərəfindən, guya onun qohumlarından birinə verilməsinə dair kağız parçasına məhkəmə tərəfindən hüquqi qiymət verilməsi və kimin tərəfindən imzalanması məlum olmayan, qanunvericilikə nəzərdə tutulmuş qaydada təsdiqlənməyən, həmçinin Azərbaycan dilinə tərcümə edilməyən “sənədin” mötəbər sübut olaraq qiymətləndirilməsi və həmin kağız parçasına əsaslanaraq yuxarıda göstərilən məbləğdə pul vəsaitinin cavabdehlər Rəhimli Vüsalə Mahmud qızı və onun ailə üzvlərindən tutulması barədə qətnamənin qəbul edilməsi də məhkəmə tərəfindən qanunilik, obyektivlik prinsiplərinin pozulmasını və qətnamənin heç bir hüquqi əsas olmadan qəbul edilməsini bir daha sübut edir.

Xatırladaq ki, Rəhimli Vüsalə və həyat yoldaşı Ağayev Sakin Qazaxıstan Respublikasında biznes fəaliyyəti ilə məşğul olur. “Fəaliyyətimiz dövründə qanunlara hörmətlə yanaşmış, dövlət səviyyəsində müraciət olunan bütün işlərdə daim Azərbaycan Respublikasının mənafeyini əsas tutmuş, problemlərin həllində Azərbaycan diasporasının fəal üzvləri kimi köməyimizi əsirgəməmişik. Qazaxıstan Respublikasında təsis edilmiş müəssisənin təsis payının 50%-nin Azərbaycan Respublikası vətəndaşı İbrahimov Fikrət Vəli oğluna satılması nəticəsində bu şəxsin mənə borcu yaranıb və o, borcunu ödəyəcəyinə söz versə də, ödənişdən müxtəlif bəhanələrlə yayınıb. Qazaxstan Respublikası Məhkəməsi İbrahimov Fikrət Vəli oğlundan sözügedən borcun tutulub mənə ödənilməsi barədə qətnamə çıxardıqdan sonra bu şəxs müxtəlif saxtakarlıqlara əl ataraq, Bakı şəhəri Pirallahı rayon Məhkəməsində mənə və ailə üzvülərimə qarşı qanunsuz qətnamə çıxarılmasına nail olub. Məhkəmə prosesində Qazaxstan Respublikasında İbrahimov Fikrət Vəli oğluna qarşı çıxarılmış və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə heç bir əhəmiyyət verilməyib. Bu qətnamə ilə məhz İbrahimov Fikrət Vəli oğlunun borclu olduğu, ən əsası isə Azərbaycan məhkəmələrində istinad edilən saxta müqavilənin mövcud olmadığı müəyyən edilib. Ölkələrimiz arasında məhkəmə sənədlərinin tanınmasına dair müvafiq müqavilənin mövcudluğunu nəzərə alaraq, Qazaxstan məhkəməsinin qətnaməsinin tanınması üçün qanunvericiliyə uyğun şəkildə Azərbaycan Ali Məhkəməsinə müraciət olunub.Muraciətimizə baxiş 21dekabr 2018-ci il tarixinə təyin olunub.

Vusalə Rəhimli dövlət başçısı cənab İlham Əliyevdən, birinci vitse-prezident Mehriban xanım Əliyevadan kömək istəyərək, pozulmuş hüquqlarının bərpasına yardım etmələrini xahiş edir.

“Cənab Prezident! Siz hər zaman ölkəmizdə qanunların aliliyinin təmin olunmasına şərait yaratmış, vətəndaşların hüquqlarının qorunmasına çalışmısınız. Mən və ailə üzvülərim qurama, heç bir hüquqi əsası olmayan bir iddia ilə üz-üzə qalmışıq. Təəssüf ki, məhkəmələrimiz də haqsız olan tərəfin mövqeyini müdafiə etməklə bizi çətin vəziyyətdə qoyub! Ədalət mühakiməsinə inamın itməsi yaxşı hal deyil. Bu məsələnin araşdırılmasının vacibliyinin diqqətə alınmasına ümid edir və Sizdən kömək gözləyirəm. İnanıram ki, Siz ədalətin bərqərar olunmasına, bizim pozulmuş hüquqlarımızın bərpasına kömək edəcəksiniz. Çünki məhkəmə qərarları dövlətin adından verilir. Amma məhkəmə dövlətin özü deyil. Dövlət və onun qarantı dövlət başçısıdır!

Mən öz dövlətimə, Sizin böyük ədalətinizə hər zaman inanmışam. Bütün bu qanunsuzluqlara son qoyulması üçün səlahiyyətlərinizdən istifadə edərək, işin ədalətli araşdırılması üçün aidiyyəti orqanlara tapşırıq verəcəyinizə böyük ümid bəsləyirəm“.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ