şənbə günü, 14 noyabr 2026
     

Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah

Image


Müasir Azərbaycanda əhalinin sosial müdafiəsi işinin inkişaf etmiş ölkələrin standartlarına uyğunlaşdırılması məsələləri dövlət siyasətinin əsas prioritetlərini təşkil etsə də, əslində bu təmayül əsasını ötən əsrin əvvəllərindən alır. Faktlar sübut edir ki, həmin dövrdə bu sahədə ilk dəfə qanunvericilik bazasının əsasını təşkil edəcək qanun qəbul olunub. "İstehsalatda bədbəxt hadisələrə görə işəgötürənlərin məsuliyyəti haqqında" Qanunun 1903-cü ildə qəbulunun ardından 1912-ci ildə "Bədbəxt hadisələrdən və xəstəliklərdən fəhlələrin sığortası haqqında" Qanun qəbul olunub.

Humanizm prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin də sosial siyasətinin əsas istiqamətini ümumi daxili məhsulda istehlak payının artırılması, milli gəlirin və əhalinin məşğulluq səviyyəsinin artırılması, əmək şəraitinin yaxşılaşdırılması, təhsil, səhiyyə, mənzil və kommunal təminatın səviyyəsinin yüksəldilməsi təşkil edib. Açıqlanan arxiv sənədlərindən məlum olur ki, cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin  müzakirə etdiyi 315 qanun layihəsinin 10-u sosial sahəyə aid olub. Maraqlıdır ki, bu təmayül AXC-nin süqutu ilə Azərbaycanda Sovet hakimiyyətinin qurulmasından sonra da davam edib. Bu sıraya "Muzdlu əməklə məşğul olan şəxslərin sosial sığortası haqqında", "Ailə başçısının itirilməsinə görə zəhmətkeşlərin ailələrinin sosial təminatı haqqında" və "Əmək qabiliyyətinin müvəqqəti itirilməsi və analığa görə sosial təminat haqqında" dekretlər daxildir ki, həmin qanunvericilik sənədləri ilə əhalinin pensiya təminatı məsələsi həllini tapıb.

Müstəqilliyini yenidən əldə edən Azərbaycanda sosial təminat sahəsinin sıfırdan qurulması bu sahənin ildən-ilə təkmilləşməsini əsas vəzifələrdən biri kimi qarşıya qoydu ki, bu da dövlətin ardıcıl sosial layihələr həyata keçirməsi, ölkə qanunvericiliyini təkmilləşdirməsi və əhalinin maddi rifah halının gedərək yaxşılaşması yönündə apardığı məqsədyönlü islahatlarda özünü göstərməyə başladı. 2001-ci ildə mərhum prezident Heydər Əliyev tərəfindən "Pensiya İslahatı "Konsepsiyası"nın təsdiq edilməsi, 2003-cü ildə Azərbaycan Respublikası Əhalinin Sosial Müdafiəsi üzrə Dövlət Fondunun və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının birgə layihəsinin yaradılması deyilənlərin real təsdiqi sayıla bilər. Ötən müddət ərzində Dövlət Sosial Müdafiə Fondunun tam avtomatlaşdırılması, fərdi qeydiyyatdan keçmiş sosial sığorta şəhadətnamələrinin istifadəyə verilməsi, sosial kartların dövriyyəyə buraxılması isə bu sahədə islahatların davam edəcəyindən, Azərbaycan dövlətinin vətəndaşların dövlət təminatının yüksək səviyyədə təmin olunmasında maraqlı olduğundan xəbər verir.

Ölkə əhalisinin sosial təminatının yaxşılaşdırılmasında unikal “DOST” təcrübəsi...

Hazırda Azərbaycan dövləti sosial təminat sisteminin bütün istiqamətləri üzrə ödənişlərin davamlı artımı, bu sistemin əhatə dairəsinin genişləndirilməsi, özünəməşğulluq proqramlarının icrasında aztəminatlı və həssas qruplar üçün dövlət dəstəyi, kiçik ailə təsərrüfatlarının biznesə çıxış imkanlarının yaradılması, onların ünvanlı sosial yardım proqramlarından asılılığının azaldılmasını özünün sosial siyasətində prioritet istiqamət kimi qoyur. Prezident İlham Əliyevin bu ilin 9 avqust tarixində imzaladığı Fərmana əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST) konsepsiyası, bunun ardınca - 5 sentyabr tarixində imzaladığı Fərmanla yaradılmış "e-sosial" internet portalı qoyulan hədəflərə çatmaq yönündə atılan ciddi addımlar üçün əsas vasitə kimi nəzərdə tutulur. Verilən məlumata görə, Azərbaycan dövlətinin sosial təminat konsepsiyası 2019-2025-ci illərdə Bakıda və respublikanın regionlarında 31 DOST mərkəzi yaradılmasını hədəfləyir. Bu "DOST" mərkəzləri şəbəkəsinin və müasir texnologiyaların tətbiqi isə imkan verəcək ki, əhali ölkə üzrə əmək, məşğulluq və sosial müdafiə xidmətlərinə rahat çıxış imkanı əldə etsin. Beləliklə də əhalinin ən müxtəlif məsələlərlə bağlı dövlət sosial müdafiə orqanlarına müraciəti zamanı üzləşə biləcəyi bürokratik əngəllər tamamilə ortadan qaldırılır, eyni zamanda dövlətin vətəndaşına daha operativ cavab verməsi təmin olunur ki, bu da nəticədə dövlət-vətəndaş münasibətlərinin daha da yaxşılaşmasına gətirən önəmli faktordur.

Müstəqilliyimizdən ötən müddət ərzində Azərbaycanda sosial müdafiə sisteminin bütün sahələrində uğurlu islahatlar həyata keçirilib. Dövlət büdcəsindən pensiya və müavinətlər, digər sosial ödənişli vəsaitlərin davamlı olaraq artırılması statistik rəqəmlərdə özünü daha qabarıq büruzə verir. Belə ki, rəsmi rəqəmlərə görə, 1997-ci ilin avqust ayında pensiyaçıların yarıdan çoxunun pensiya məbləği 2,2 dəfə, 1998-ci ilin avqust ayında şəhid ailələrinin, müharibə əlillərinin, qaçqın və məcburi köçkünlərin pensiyaları 2 dəfədən çox artırılıb. Eyni zamanda, 1997-ci ilin avqustundan əlilliyi olan şəxslərin, tənha ahıl vətəndaşların, sosial pensiyaçıların pensiyalarına əlavə müavinətlər hesablanıb. O zamankı prezident Heydər Əliyevin 2001-ci il 17 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında Pensiya İslahatı Konsepsiyası" vətəndaşların pensiya ödənişlərinin etibarlı maliyyə təmiatına nail olunması, pensiya təminatı sisteminin bazar iqtisadiyyatı prinsiplərinə uyğunlaşdırılması kimi mühüm vəzifələri müəyyənləşdirdi. Bunun ardınca "Azərbaycan Respublikasında dövlət pensiya sisteminin təkmilləşdirilməsi tədbirləri haqqında", "Minimum aylıq əmək haqqının artırılması haqqında" və "Pensiyaların artırılması haqqında"  fərmanları isə əhalinin sosial müdafiəsinin daha da möhkəmləndirilməsi, onun həssas qruplarının həyat səviyyəsinin yaxşılaşdırılması yönündə islahatların başlamasına təkan rolunu oynadı. Bu fəaliyyətin davamı olaraq sosial pensiyalara əlavələrin edilməsi, 2001-ci il yanvarın 1-dən 20 Yanvar əlillərinin və ölkənin ərazi bütövlüyü uğrunda döyüşlərdə əlil olanların pensiyalarına hesablanan aylıq müavinətlərin orta hesabla 1,5 dəfə artırılması, aztəminatlı ailələrdə uşaq doğularkən verilən birdəfəlik müavinətin 1,4 dəfə, dəfn üçün müavinətin 1,5 dəfə,  üç uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən aylıq müavinətin orta hesabla 1,8 dəfə artırılması dövlətin sosial təminat sahəsində prioritetlərini əks etdirməklə bu islahatların ardıcıl xarakter aldığından xəbər verir.

Müharibə veteranları, şəhid ailələrinə dövlətin xüsusi təminatı: rahat mənzil, avtomobil...

Ölkədə sosial təminat sistemində görülən işlərdən və əldə olunan nailiyyətlərdən danışarkən müharibə veteranlarına, şəhid ailələrinə, fiziki imkanları məhdud şəxslərə və aztəminatlı ailələrə dövlət tərəfindən mənzillərin və minik avtomobillərinin verilməsi xüsusi qeyd olunmalıdır. Rəsmi rəqəmlərə görə, təkcə başa çatmaqda olan 2018-ci ildə dövlət tərəfindən 265 nəfər müharibə əlilinə minik avtomobili verilib, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrindən 35 nəfəri mənzillə təmin olunub və ilin sonunadək bu göstəricinin 500 nəfərə çatması hədəflənib.  Dövlətin pensiya təminatı sahəsində gələn ildən tətbiq etməyi hədəflədiyi pensiya siyasəti isə indidən əhalinin marağına səbəb olub. Verilən məlumata görə, təzə ildən pensiyaların tam avtomatlaşdırılması məqsədilə 2006-cı ilin 1 yanvar tarixinə qədərki 25 illik sığorta stajı avtomatik olaraq hamı üçün hesablanacaq. Eyni zamanda, pensiya yaşı tamam olduqda şəxsin telefonuna SMS vasitəsilə məlumat göndəriləcək ki, bu da vətəndaşın heç bir bürokratik əngəl keçmədən pensiyaya çıxmasına şərait yaradacaq.

2019-cu ildə həyata keçiriləcək daha bir yenilik büdcə-vergi siyasəti ilə bağlı olacaq. Belə ki, bu siyasət nəticəsində məcburi dövlət sosial sığorta haqları üzrə yükün işəgötürən və işçi üzərinə düşən nisbətləri tənzimlənəcək. Hazırda ölkədə sosial müdafiə sistemi vasitəsilə 1 milyon 309 min nəfər əmək pensiyası, 509 min nəfər müxtəlif müavinətlər, 64 min nəfər Azərbaycan Prezidentinin təqaüdünü, 50.2 min ailənin 200 mindən yuxarı üzvü isə sosial yardım alır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin açıqlamasına görə, onlara Nazirlik tərəfindən hər ay 340 milyon manatdan çox vəsait ödənilir. Bu sahədə avtomatlaşdırma sisteminə keçilməklə tam şaffaflığa nail olunmasının hədəf kimi götürülməsi isə pensiya və müavinəti sosial yardım formasında alan 2.1 milyon ölkə əhalisinin təqribən 21 faizini əhatə edən sosial təminat sisteminin gücləndirilməsi və onun uzunmüddətli inkişafının təmin olunması nəzərdə tutulur.

Əhalinin sosial müdafiəsinin təmin olunması istiqamətində atılan önəmli addımlardan biri də Prezident İlham Əliyevin 2018-ci il 19 aprel tarixli Fərmanı ilə ümumilikdə şəhid hərbi qulluqçulardan 9531 nəfərinin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququnun təsbit olunmasıdır. Həmin Fərmandan irəli gələn vəzifələrin icrası məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində fəaliyyət göstərən Komissiya tərəfindən 1223 şəhid hərbi qulluqçunun 1509 vərəsəsinə 11 min manat məbləğində ödəmənin verilməsi yönündə qərar qəbul olunub və ödəmə prosesi bu gün də davam edir.

Əlillərin sosial inteqrasiyası və əməyə cəlbi – humanist əməl...

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası istiqamətində də çoxsaylı layihələrə imza atır və bu fəaliyyətin il-ildən genişləndirildiyi göz önündədir. Bu sıraya əlillərin bərpa və reabilitasiya mərkəzlərinin açılmasından tutmuş, onların uyğun müəssisələrdə işlə təminatı, dövlət xəttilə onlara mənzil və avtomobillərin verilməsi kimi fəaliyyətlər daxildir ki, bu da fiziki imkanları məhdud şəxslərin yaşam şərtlərinin yüngülləşdirilməsi, eyni zamanda cəmiyyətdə bərabərhüquqlu vətəndaş kimi təmsil olunmasında öz sözünü deyir. Verilən məlumata görə, 2018-ci ilin 11 ayı ərzində Dövlət Məşğulluq Xidməti vasitəsilə 500-dən çox əlilliyi olan şəxs işlə, 60-dan çox əlilliyi olan şəxs ödənişli ictimai işlə təmin edilib. Dövlət Məşğulluq Xidməti və ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzi tərəfindən ümumilikdə 320-dək əlilliyi olan şəxs peşə hazırlığına cəlb edilib.

Və sonda...

Lakin təbii ki, hər sahədə olduğu kimi, sosial təminat sahəsində də çatışmazlıqlar, həllini gözləyən problemlər yox deyil. Bu problemlərin bir çoxunun Ermənistanın təcavüzü nəticəsində onillərdir Azərbaycanın müharibə şəraitində olması və 1 milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün həyatı yaşaması ilə bağlı olduğu da aşkardır. Bu insanların dövlət hesabına salınmış qəsəbələrdə hər cür şəraitli rahat mənzillərlə təmin olunması, onlardan ötrü iş yerlərinin təsis edilməsi dövlət sosial siyasətinin əsas tərkib hissələrindən birini təşkil edir və vaxtaşırı biz bu kateqoriyadan olan ailələrin mənzil və işlə təminatının şahidi oluruq. Ölkədə davamlı şəkildə aparılan sosial-hüquqi islahatlar isə düşünməyə əsas verir ki, Azərbaycan bütün mövcud problemlərinin öhdəsindən layiqincə gələrək öz vətəndaşının sosial təminatını bundan sonra da yaxşılaşdırmağa davam edəcək.

Samirə SƏFƏROVA

Yazı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbə-üz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ